İkinci Şıxlı

Kənd
İkinci Şıxlı
41°18′37″ şm. e. 45°06′04″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Gəncə-Qazax
Rayon Qazax rayonu
Tarixi və coğrafiyası
Əvvəlki adı Şıxlı
Sahəsi 52.45[1]
Mərkəzin hündürlüyü 431 m
Saat qurşağı UTC+4 , yayda UTC+5
Əhalisi
Əhalisi 3,831[1] nəfər
Milli tərkibi Azərbaycanlılar
Rəsmi dili
İkinci Şıxlı xəritədə
İkinci Şıxlı
İkinci Şıxlı

İkinci ŞıxlıAzərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Düzənlikdədir. 1950-ci ildə r-nun ərazisindəki SarıvəlliDəllər (Hüseynoğlu) kəndlərinin genişlənərək birləşməsi nəticəsində yaranmış bu yaşayış məntəqəsi yaxınlığındakı eyniadlı kəndin adı ilə Şıxlı adlandırılmış, sonralar bu kəndlər birinci və ikinci komponentləri ilə fərqləndirilmişdir. Oykonimin ikinci komponenti etnotoponimdir.[2]

Tarixi

İkinci Şıxlı kəndi düzənlikdə yerləşir. 1950-ci ilə qədər mövcud olmuş Sarıvəllı və Dəllər kəndlərinin genişlənərək birləşməsi nəticəsində yaranmış və İkinci Şıxlı adlandırılmışdır. Kənd Gürcüstanla sərhəddə, Qazax rayonu mərkəzindən 34 kilometr aralıqda yerləşir. Gəncə arxeoloji ekspedisiyası tərəfindən aparılan qazıntılar zamanı Kürlə Anaxatır (Xrami) çayının birləşdiyi yerdə qədim şəhərin xarabalıqları aşkar edilmişdir. Arxeoloqların rəyinə görə, xarabalıqlar bu vaxtadək Tovuz rayonu ərazisində lokalizə edilən Xunan şəhərinə aiddir (1↑ В Азербайджане обнаружен старинный город (рус.), Day.Az (18 мая 2011).[3] Bundan əlavə kənd özü də çox qədimdir. Kənddə mədəniyyət mərkəzləri, mədrəsələr, məscid olub. Lakin Gürcü quldurlarının buraya hücumu və kəndin yayda dağlara (əsasən Dilican ərazisinə) getməsi bu yerlərin dağılmasına səbəb olub. Sovet qoşunları isə olan qopan hər izi silib

Toponimikası

İkinci Şıxlı oyk, mür. Qazax r-nunun eyniadlı i.ə.v.-də kənd. Düzənlikdədir. 1950-ci ildə r-nun ərazisindəki Sarıvəlli və Dəllər kəndlərinin genişlənərək birləşməsi nəticəsində yaranmış bu yaşayış məntəqəsi yaxınlığındakı eyniadlı kəndin adı ilə Şıxlı adlandırılmış, sonralar bu kəndlər birinci və ikinci komponentləri ilə fərqləndirilmişdir. Oykonimin ikinci komponenti etnotoponimdir.[4]

Coğrafiyası və iqlimi

İkinci Şıxlı kəndi GürcüstanErmənistan ilə həmsərhəddir. İqlimi Yayı mülayim, qışı sərt keçən iqlimə malikdir. Ən isti günlərin müşahidə olunduğu aylar əsasən 2 iyuldan 30 avqusta kimidir. Kəndin Cənubi Qafqaz dağları ilə əhatə olunduğu üçün day mehi adlandırılan soyuq astasürətli küləklərdə əsir. Kiçik Qafqaz dağlarının yükəsklikləri olan Babaker, Kakel, Yaştağ kənd ərazisində yerləşir

Əhalisi

Görkəmli şəxsləri

  • Əliağa Şıxlinski (1865-1943) — Rusiyanın və Azərbaycanın tanınmış hərbçisi, artilleriya generalı. Artilleriya general-leytenantı, Azərbaycan Demokratik Respublikasının Hərbi nazirinin müavini, "Rus artilleriyasının Allahı" adı ilə məşhurdur. Görkəmli hərb alimi, Milli hərbi lüğətimizin banisi, ilk hərbi memuarlarımızın müəllifi, ilk hərbi jurnalımız olan "Hərbi bilik" dərgisinin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaradıcısıdır. Artilleriya tarixində ilk dəfə topların gözlə görünməyən hədəfə atəş açmaq texnikasını işləyib hazırlamışdır. Generallar arasında ən yaxşı hərb alimi, ən məşhur artilleriya generalı olmuşdur. Anası Şahyəmən xanım Mirzə Məhəmməd qızı Qayıbova Molla Vəli Vidadinin qız nəvəsidir. Nigar Şıxlinskayanın (Qayıbova) həyat yoldaşıdır. İkinci Şıxlı kəndindəndir, Aşağı Salahlı (Qazaxlı) kəndində anadan olub.
  • İsmayıl Şıxlı (1919-1995) — Azərbaycanın xalq yazıçısı, alim-pedaqoq, nasir, ədəbiyyatşünas, publisist, ssenarist, filologiya elmləri namizədi (1954), Azərbaycan komsomolu mükafatı laureatı,(1976), ictimai-siyasi xadim, Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986, 1990), 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının sədri (1986-1987), Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991).
  • Mehdi Hüseyn (1909-1964) - Azərbaycanın xalq yazıçısı (1964). Görkəmli yazıçı-dramaturq, nasir, tənqidçi, 1943-cü ildən AYB-nın üzvü, SSRİ Dövlət mükafatı laureatı (1950), Stalin mükafatı laureatı (1950), "Qırmızı Əmək Bayrağı" ordenli, Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958-65), 1941-cı ildən Sov.İKP üzvü.
  • Osman Sarıvəlli (1905-1990) - Azərbaycanın xalq şairi. 1937-ci ildən ildən AYB-nin üzvü, , Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun müdir müavini, "Oktyabr İnqilabı" ordenli.
  • Cavad bəy Şıxlinski (1876-1940) — Rusiyanın, İranın və Azərbaycanın tanınmış hərbçisi, general-mayor, diviziya komandiri, Gəncə üsyanının əsas təşkilatçılarından biri. “Müqəddəs Georgi” və “Müqəddəs Vladimir” ordenli. Əliağa Şıxlinskinin qardaşı oğlu, Rüstəm Şıxlinskinin qardaşıdır, Hüseyn Əfəndi Qayıbovun nəvəsi, yazıçı İsmayıl Şıxlının dayısıdır. İkinci Şıxlı kəndindəndir, Aşağı Salahlı kəndində anadan olub.
  • Mustafa ağa Arif (Şıxlinski) (1774-1845) — Azərbaycanın xalq şairi. Azərbaycan mühacirət ədəbiyyatının ilk nümayəndələrindən biridir.
  • Kazım ağa Salik (Şıxlinski) (1781-1842) — Azərbaycanın xalq şairi. Molla Pənah Vaqif ənənələrini öz şerlərində yaşatmaqdır.
  • Teymur Bünyadov – (1928) akademik, AMEA Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibinin müavini, əməkdar elm xadimi, tarixçi-etnoqraf. Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı.[6], eyni zamanda Milli Məclisin Elm və Təhsil Məsələləri Daimi Komissiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimika komissiyasının sədr müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Arxeologiya” və “Etnoqrafiya” ixtisasları üzrə dissertasiyaların müdafiəsi şurasının sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Şöhrət” ordenli.
  • Ənvər Şıxlinski (1911 - 1992) — coğrafiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan EA–nın müxbir üzvü, Azərbaycan Dövlət Pedaqoji Univer­sitetinin Coğ­rafiya fakültəsinin dekanı, Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru, iqlimşünas alim, Azərbaycan Hidrometeoroloji Xidmət İdarə­sinin iqlim şöbəsinin rəisi, Azərbaycan Dövlət Mükafatı laureatı. SSRİ Coğrafiya Cəmiyyətinin xüsusi diplomlarına layiq görülmüşdür. Azər­baycanın, Dağıs­tanın və Xəzər dənizinin iqliminə dair ilk məlumat kitab­çaları məhz Ə.Şıxlinskinin iştirakı və rəhbərliyi ilə çap olunmuşdur. Res­pub­lika ərazisinin fiziki-coğrafi rayonlaşdırılmasını vermiş (V.Q.Zavriyevlə birlikdə) və bunu “Azərbaycan SSR-in coğrafiya atlası”nda (1949) çap etdir­mişdir. Qırmızı Əmək Bayrağı, ikinci dərəcəli Vətən müharibəsi ordenləri və medallarla təltif edilmişdir. İkinci Şıxlı kəndindəndir, Qazaxbəyli kəndində anadan olub.
  • Rüstəm Şıxlinski (d. 1878 - ö. 1920) — Hərbçi. Polkovnik, “Müqəddəs georgi” və “Müqəddəs Vladimir” ordenləri ilə təltif edilmişdir. General Əliağa Şıxlinskinin qardaşı oğlu, Cavad bəy Şıxlinskinin qardaşı, Hüseyn Əfəndi Qayıbovun nəvəsi, yazıçı İsmayıl Şıxlının dayısıdır. İkinci Şıxlı kəndindəndir, Aşağı Salahlı kəndində anadan olub.
  • Çingiz Alqazax (Şıxlinski) (d. 1938 - ö. 1992) — Hərbi təyyarəçi, albay (polkovnik), Paraşüt-desant idmanı üzrə Avropa çempionu, Türkiyə Silahlı Qüvvələrinin aviasiya hərbi eskadrilyasının komandiri. Qiyas bəy Şıxlinskinin oğludur. İkinci Şıxlı kəndindəndir, Türkiyənin İğdır şəhərində anadan olub.
  • Telman Nəbiyev (1934-2012) - Tanınmış neftçi mühəndis. 1999-cu ilə qədər Azərbaycan Dovlət Neft Şirkətində müxtəlif rəhbər vəzifələrdə çalışmış, "Xəzərdənizneftgaz" İstehsalat Birliyinin baş direktor müavini olmuşdur.
  • İsa Muğanna (1928-2014) - Azərbaycanın görkəmli xalq yazıçısı, Azərbaycan SSR əməkdar incəsənət xadimi, ssenarist və kinoredaktor, "Nəsimi" mükafatının ilk laureatı (2012). İkinci Şıxlı kəndindəndir, Muğanlı kəndində anadan olub.
  • Eldar Nəsibli Sibirel (1952-2010) — Azərbaycan şairi, publisist. Vəli Xramçaylının qardaşıdır.İkinci Şıxlı kəndindəndir, Rusiyanın Tomsk vilayətinin (Qərbi Sibirdə) Baxçar rayonunun Çernişovka kəndində anadan olub.
  • Qurban Musayev (d. 1926ö. 1997) - Şair, yazıçı, pedaqoq. Məmməd Musayevin atasıdır.
  • Afaq Şıxlı (d.1969) - Həkim, şairə, publisist, tərcüməçi, Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, Avrasiya Yazarlar Birliyinin, Rusiya Yazarlar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2015-ci ilin yanvar ayından AYB Moskva bölməsinin məsul katibi vəzifəsinə təyin olunmuşdur. Arif Şıxlinskinin qızıdır. İkinci Şıxlı kəndindəndir, Bakı şəhərində anadan olub.
  • Mübariz Əhmədov (alim) (1945) — Azərbaycanın alimi, texniki elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru (1996-2002), "Şöhrət" ordenli. Alim tərəfindən ilk dəfə əlvan metallurgiya və qaz sənayesinin kükürd tərkibli zərərli qazlardan metan və onun konversiya məhsulları ilə reduksiya etməklə qiymətli xammal olan sərbəst kükürdün alınması texnologiyası işlənib hazırlanıb və SSRİ Dövlət Elm və Texnika Komitəsinin qərarı ilə Norilsk metallurgiya kombinatının mis zavodunda tətbiq edilib. SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanları ilə “Böyük Vətən Müharibəsi qələbəsinin 20 illik” Yubiley medalı və “Əmək veteranı” medalı ilə təltif olunub.
  • Rüstəm Kamal (1962) - tənqidçi, ədəbiyyatşünas, esseist, filologiya elmləri doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (2010). Azərbaycanın müxtəlif ali məktəblərində kafedra müdiri, dekan işləmişdir. Prezident təqaüdçüsü (2001, 2011), "Qızıl Kəlam" mükafatı laureatı olmuşdur. İkinci Şıxlı kəndindəndir, Rustavi şəhərində anadan olub.
  • Babək Qurbanov (d.1939) - Fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda “Estetika və Etika” şöbəsinin müdiri, Azəbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Mədəniyyət tarixi və nəzəriyyəsi” kafedrasının rəhbəri. Osman Sarıvəllinin oğludur.
  • Akif Süleymanov (1951) — texnika elmləri doktoru, professor, Azərbaycan Texnologiya Universitetinin rektoru.
  • Bilal İsmayılov (d. 1940) - Filologiya elmləri doktoru , professor, Azərbaycan Dillər Universitetinin Həmkarlar təşkilatının rəhbəri (1992-2001). Azərbaycanda roman dilçiliyi üzrə doktorluq dissertasiyası müdafiə edən ilk mütəxəssisdir.
  • Elçin Şıxlı (1957) – tanınmış jurnalist, "Ayna"-"Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru, 1989-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədridir. Yazıçı İsmayıl Şıxlının oğludur. İkinci Şıxlı kəndindəndir, Bakı şəhərində anadan olub.
  • Fərrux Şıxlinski (1962) — Rəssam, jurnalist, Ayna" - "Zerkalo" qəzetlərinin məsul katibi (2001-ci ildən). Xalq yazıçısı İsmayıl Şıxlının oğlu, Elçin Şıxlının qardaşıdır. İkinci Şıxlı kəndindəndir,Bakı şəhərində anadan olub.
  • Ziya Şıxlinski (d.1951) - Kinorejissor, ssenarist, Azərbaycan Respublikasının "Əməkdar İncəsənət Xadimi. Ənvər Şıxlinski oğludur. İkinci Şıxlı kəndindəndir, Bakı şəhərində anadan olub.
  • Kamran Nəbizadə (d.1971) - Azərbaycan Respublikasının Milli Məclisinin V çağırış deputatı, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavinidir, Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəridir. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. İkinci Şıxlı kəndindəndir, Bakı şəhərində anadan olub.
  • Məmməd Musayev (d. 1955) - iqtisadi elmlər namizədi, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin Sədri, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvüdür.
  • Şahin Şıxlinski (1966) - Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) vitse-prezidenti, ÜAK-ın Ural Dairə Şurasının sədri, Ümumdünya Azərbaycan və Turkiyə diaspor təşkilatlarının Koordinasiya Şurasının üzvü, Sverdlovsk vilayətinin Qubernatoru yanında Milli məsələlər uzrə Məsləhət Şurasının üzvü. Azərbaycan Respublikasının tərəqqi medalı (2006), Sverdlovsk vilayətinin Dovlət mukafatı (2008), Yekaterinburq şəhərinin qurulmasının 285 illiyi” medalı ilə təltif olunmuşdur.
  • Leyla Şıxlinskaya (1947) - Azərbaycan kino aktrisası, baletmeysteri, xoreoqrafı və pedaqoqu, Azərbaycanın xalq artisti, sənətşünaslıq elmləri doktoru, SSRİ Kinematoqrafçılar İttifaqının üzvü, 1990—1992-ci illərdə "Dyagilev-balet" truppasının baletmeysteri, "biznes-woman". 1992-ci ildən Moskvada özünün təşkil etdiyi "Şeyla" eksperimental balet yaradıcılıq mərkəzinin bədii rəhbəri, Azərbaycanda ilk şəxsi klinikalardan biri olan Leyla Şıxlinskayanın Klinikasının təsisçisi (1999). İkinci Şıxlı kəndindəndir, Moskva şəhərində anadan olub.
  • Həmidə Ömərova (1957) - Azərbaycan kino və teatr aktrisası, televiziya aparıcısı, Azərbaycanın xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006), dosent. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" kafedrasına rəhbərlik edir. İkinci Şıxlı kəndindəndir, Bakı şəhərində anadan olub.
  • Arif Şıxlinski (1929-1995) - Neftçi-geoloq, Azərbaycan Respublikasının əməkdar mühəndisi. “Azərneft” İstehsalat Birliyinin baş direktor müavini – baş geoloqu. SSRi-nin bir sıra medalları, “Neft sənayesi əlaçısı” döş nişanı ilə təltif olunmuşdur.
  • İslam Qarayev (1940-2015) - iqtisad elmlər doktoru ,professor, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru (1994-2000).
  • Aşıq Dərya Məhəmməd (d. 1905ö. 1984) - Azərbaycan aşıqı.
  • Qəhrəman ağa Şıxlinski (1887-1956) — Maarifçi-pedaqoq, Lenin ordeni ilə təltif edilmişdir.
  • Halay bəy Şıxlınski - Qazaxın qəza rəisi (1918).

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. 1 2 "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Qazax rayonunda hərbi təcavüzün nəticələri barədə MƏLUMAT". Qazax Rayon İcra Hakimiyyəti. 2019-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
  2. Azərbaycan toponimlərinin Ensiklopedik lüğəti I cild, Bakı “Şərq-Qərb”, 2007
  3. "Arxivlənmiş surət". 2015-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-05.
  4. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  5. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  6. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Arxivləşdirilib 2018-02-13 at the Wayback Machine  (az.).

Read other articles:

План оборонної операції в ході битви на Курської дузі Оборо́нна опера́ція — форма ведення бойових дій оперативними (оперативно-стратегічними) об'єднаннями збройних сил; сукупність погоджених і взаємозв'язаних за метою, місцем і часом битв, боїв і ударів, що проводять...

 

Economics that focuses on institutions Part of a series onEconomics History Outline Index Branches and classifications Applied Econometrics Heterodox International Micro / Macro Mainstream Mathematical Methodology Political Theory JEL classification codes Concepts, theory and techniques Economic systems Economic growth Market National accounting Experimental economics Computational economics Game theory Operations research Middle income trap Industrial complex By application Agricultural Beha...

 

Hyung Min-woo saat menggambar Beliel (salah satu tokoh dalam Priest) di Frankfurt, Jerman pada Oktober 2005. Hyung Min-woo (lahir pada 14 April 1974) adalah seniman manhwa yang berasal dari Korea Selatan.[1] Dia dikenal karena membuat komik berjudul Priest yang dirilis di Amerika Serikat oleh Tokyo Pop.[2][3][4] Min-woo berani mengambil tema kontroversial mengenai pertarungan manusia melawan malaikat yang diusir dari surga. Komiknya itu penuh dengan kata-kata s...

Tutmosis I Faraón de la Dinastía XVIII de Egipto Momia de Tutmosis IReinado c. 1530 a 1517 a. CPredecesor Amenofis ISucesor Tutmosis IIFamiliaCasa real AhmésidaPadre ¿Amenofis I?Madre ¿Senseneb?Consorte AhmoseHijos Hatshepsut, Tutmosis II, Neferubity, Wadjmose, Ramose, Amenmose[editar datos en Wikidata] Tutmosis I[1]​ (a veces leído como Thutmose I[2]​) fue el tercer faraón de la XVIII dinastía de Egipto. Subió al trono después de la muerte del rey anterior, Am...

 

Kim Young-gwon oleh Svetlana Beketova, 2018Informasi pribadiTanggal lahir 27 Februari 1990 (umur 33)Tempat lahir Korea SelatanPosisi bermain BekKarier senior*Tahun Tim Tampil (Gol)2010 FC Tokyo 2011-2012 Omiya Ardija * Penampilan dan gol di klub senior hanya dihitung dari liga domestik Kim Young-gwon (lahir 27 Februari 1990) adalah pemain sepak bola asal Korea Selatan. Karier Kim Young-gwon pernah bermain untuk FC Tokyo dan Omiya Ardija. Pranala luar (Jepang) Profil dan statistik di situ...

 

Perhiasan Perhiasan adalah sebuah benda yang digunakan untuk merias atau mempercantik diri. Perhiasan biasanya terbuat dari emas ataupun perak dan terdiri dari berbagai macam bentuk mulai dari cincin, kalung, gelang, liontin dan lain-lain. Biasanya perhiasan diberikan untuk hadiah. Perhiasan mempunyai bentuk beragam mulai dari bulat, hati, kotak,dan lain lain. Perhiasan biasanya berasal dari bahan tambang. Jenis-jenis perhiasan Jenis-jenis perhiasan banyak sekali mulai dari cara pembuatannya,...

Chronologies Données clés 2005 2006 2007  2008  2009 2010 2011Décennies :1970 1980 1990  2000  2010 2020 2030Siècles :XIXe XXe  XXIe  XXIIe XXIIIeMillénaires :Ier IIe  IIIe  Chronologies géographiques Afrique Afrique du Sud, Algérie, Angola, Bénin, Botswana, Burkina Faso, Burundi, Cameroun, Cap-Vert, Centrafrique, Comores, République du Congo, République démocratique du Congo, Côte d'Ivoire, Djibouti, Égypte, Érythrée, Éth...

 

Ford Popular Produktionszeitraum: 1953–1962 Klasse: Untere Mittelklasse Karosserieversionen: Limousine Ford Popular war die Modellbezeichnung zweier Kleinwagengenerationen von Ford of Britain. Die schwach ausgestatteten und technisch veralteten Popular waren jeweils die preiswertesten Personenwagen und zeitweise auch die günstigsten Neuwagen aus britischer Produktion. Sie basierten auf älteren Ford-Anglia-Modellen und dienten als Einsteigerfahrzeuge. Die Bezeichnung Popular wurde auch fü...

 

Nidana é uma palavra do sânscrito e do páli que significa causa, motivação ou ocasião, dependendo do contexto.[1][2] É derivada de ni (baixo, para dentro) e da (dana, ligar).[3] A palavra aparece no Rigveda, como um hino 10.114.2,[4] e outras escrituras hindus onde significa causa primária ou primeira causa, causa vinculada; em outros contextos como no Rigveda 6.32.6, nidana refere-se a uma corda ou faixa que liga, prende ou uma coisa a outra, como um cavalo é preso a uma carroça.[5...

Der Titel dieses Artikels ist mehrdeutig. Weitere Bedeutungen sind unter Blech (Begriffsklärung) aufgeführt. Tiefgezogene und gekantete Blechteile Schaltschrank aus Blech Guss- und Walzbrammen im Lager Ein Blech ist ein Walzwerkserzeugnis aus Metall, das als Tafel ausgeliefert wird und dessen Breite und Länge sehr viel größer als seine Dicke sind. Beinahe jedes Metall kann zu Blech verarbeitet werden. Traditionelle Handwerksarbeit war das Hämmern von Blechen aus Gussteilen. Aufgewickelt...

 

ХумHum|coordinates_footnotes= |coor_pinpoint= Хум Основні дані 45°59′42″ пн. ш. 13°34′55″ сх. д. / 45.99509200002777476° пн. ш. 13.58199700002777810° сх. д. / 45.99509200002777476; 13.58199700002777810Координати: 45°59′42″ пн. ш. 13°34′55″ сх. д. / 45.99509200002777476° пн. ш. 13.58199700002777810° сх. ...

 

US Open 2006 Einzel: Herren Damen Doppel: Herren Damen Mixed Einzel: Junioren Juniorinnen Doppel: Junioren Juniorinnen R. Einzel: Herren Damen Quad R. Doppel: Herren Damen Quad US OpenDameneinzel 2005 ◄ 2006 ► 2007 Grand Slams 2006Dameneinzel Australian OpenFrench OpenWimbledon ChampionshipsUS Open Marija Scharapowa nach dem Gewinn der US Open 2006 Das Dameneinzel der US Open 2006 war ein Tenniswettbewerb in New York City, welches Marija Scharapowa gewann. Vorjahressiegerin Kim Clijsters ...

ماء عذبمعلومات عامةصنف فرعي من ماء الشرب يدرس بواسطة aquatic science (en) النقيض ماء مالح تعديل - تعديل مصدري - تعديل ويكي بيانات المياه العذبة[1] أو الماء القراح[2] هي المياه التي تتكون بشكل طبيعي على سطح الأرض كما في المستنقعات والبرك والأنهار والبحيرات والجداول أو تحت الأرض

 

This article has multiple issues. Please help improve it or discuss these issues on the talk page. (Learn how and when to remove these template messages) Some of this article's listed sources may not be reliable. Please help this article by looking for better, more reliable sources. Unreliable citations may be challenged or deleted. (January 2014) (Learn how and when to remove this template message) This article includes a list of general references, but it lacks sufficient corresponding inli...

 

Правління — термін, який має кілька значень. Ця сторінка значень містить посилання на статті про кожне з них.Якщо ви потрапили сюди за внутрішнім посиланням, будь ласка, поверніться та виправте його так, щоб воно вказувало безпосередньо на потрібну статтю.@ пошук посилан...

Die Verwaltungsbezirke (serbisch Управни окрузи Upravni okruzi) sind in Serbien die örtlichen Zuständigkeitsbereiche derjenigen staatlichen Verwaltungsbehörden, die außerhalb der Amtssitze der Ministerien einzelne Verwaltungsaufgaben erledigen. Errichtung und Organisation Die Errichtung der Verwaltungsbezirke ist im Gesetz über die staatliche Verwaltung vorgesehen, die im Einzelnen durch die Verordnung über die Verwaltungsbezirke erfolgte. Der örtliche Zuständigkeitsberei...

 

約翰·雷西格在@media會場上講述與JavaScript相關事物的約翰·雷西格原文名John Resig出生 (1984-05-08) 1984年5月8日(39歲)麻薩諸塞州波士頓居住地紐約布魯克林區国籍 美國母校羅徹斯特理工學院知名于jQuery科学生涯机构Mozilla公司可汗學院 約翰·雷西格(英語:John Resig,1984年5月8日—)是美國男性軟體工程師,為用於簡化網頁程式語言JavaScript編寫流程的JavaScript函式庫「jQuery」...

 

Artikel ini sebatang kara, artinya tidak ada artikel lain yang memiliki pranala balik ke halaman ini.Bantulah menambah pranala ke artikel ini dari artikel yang berhubungan atau coba peralatan pencari pranala.Tag ini diberikan pada Oktober 2016. Tuan Guru adalah tokoh yang memiliki ilmu pengetahuan agama dalam penyebaran Islam di Pulau Lombok. Tuan artinya haji dan guru artinya tokoh tempat menimba Ilmu atau tokoh yang mendakwahkan agama Islam. Tuan Guru juga di gunakan di pulau Borneo, khusus...

Species of plant Abelmoschus manihot Scientific classification Kingdom: Plantae Clade: Tracheophytes Clade: Angiosperms Clade: Eudicots Clade: Rosids Order: Malvales Family: Malvaceae Genus: Abelmoschus Species: A. manihot Binomial name Abelmoschus manihot(L.) Medik Synonyms[1] List Abelmoschus maculatus Bartl. Abelmoschus manihot var. megaspermus Hemadri Abelmoschus manihot var. timorensis (DC.) Hochr. Abelmoschus pentaphyllus (Roxb.) Voigt Abelmoschus platidactylus (Bakh.) Naka...

 

У Вікіпедії є статті про інших людей із прізвищем Санчес. Аранча Санчес-Вікаріоісп. Arantxa Sánchez Vicario Громадянство ІспаніяМісце проживання Барселона, ІспаніяДата народження 18 грудня 1971(1971-12-18) (51 рік)Місце народження Барселона, ІспаніяЗріст 169 смВага 56 кгПочаток кар'єри ...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!