Üç min illik arzular

Üç min illik həsrət
ing. Three Thousand Years of Longing
Janr Epik film, romantik film[4], fantastika filmi[4], dram filmi[4], fentezi filmi[d], melodram[d]
Rejissor Corc Miller
Prodüserlər Corc Miller
Daq Mitçell
Əsərin müəllifi Antoniya Syüzen Bayettin "Bülbül gözündəki Cin" romanı əsasında
Ssenari müəllifləri Corc Miller
Avqusta Qore[1]
Baş rollarda İdris Elba
Tilda Suinton
Operator Con Sil
Bəstəkar Tom Holkenborq
Montajçı Marqaret Siksel
İstehsalçılar FilmNation Entertainment
Elevate Production Finance
Sunac Culture
Kennedy Miller Mitchell
Distribütorlar Metro-Goldwyn-Mayer (United Artists Releasing vasitəsi ilə ABŞ-da)
Roadshow Entertainment (Avstraliyada)
İlk baxış tarixi 20 may 2022 Kann kinofestivalı
26 avqust 2022 ABŞ
1 sentyabr 2022 Avstraliya
7 sentyabr 2022 Azərbaycan
Müddət 108 dəq.[2]
Yaş həddi +18
Büdcə $60 milyon[3]
Gəlir $9 milyon
Ölkə ABŞ ABŞ
Dil ingiliscə
İl 2022
Rəng rəngli[d][5]
IMDb ID9198364

Üç min illik həsrət (orijinalda ing. Three Thousand Years of Longing) — Corc Millerin rejissorluğu ilə 2022-ci ildə fentezi romantik dram janrında çəkilmiş və baş rollarını İdris ElbaTilda Suintonun canlandırdığı bədii film. Filmin ssenarisi Corc Miller və Avqusta Qore tərəfindən yazıçı Antoniya Syüzen Bayettin 1994-cü ildə nəşr edilmiş "Bülbül gözündəki Cin" romanı əsasında yazılmışdır. Elba filmdə professor (Suinton) tərəfindən azas edilmiş cini canlandırır.

Filmin ilk nümayişi 20 may 2022-ci ildə Kann kinofestivalında baş tutmuş, 26 avqust 2022-ci ildə film ABŞ-da, 7 sentyabr 2022-ci ildə isə Azərbaycanda nümayişə başlamışdır.

Məzmunu

Tarix və ədəbiyyat tədqiqatçısı Aliteya Binni narratologiya konferensiyasında iştirak etmək üçün İstanbula gəlir. O, bazarda şüşə butulka alır və qaldığı oteldə butulkanı açır. Bu zaman butulkanın içindən çıxan Cin, ondan üç arzu tutub özünü azad etməyi tələb edir. Çoxlu sayda bu cür hekayə bilən Aliteya Cinin təklifinə tərəddüdlə yanaşır, həmçinin heç nəyə ehtiyacı olmadığı üçün üç arzu fikirləşə bilmir. Cin üç dəfə həbs edilməsi haqqında hekayələr danışaraq onu arzu tutması üçün yola gətirməyə çalışır.

İlk dəfə Cin Solomona görə şüşəyə həbs edilir. Səba məlaikəsinin sevimlisi olan Cin, ona aşiq olur; lakin, Solomon məlaikəni özünə heyran edə bilir. Bundan xəbər tutan Cin tanrılara dua edir və bu dua Solomon tərəfindən eşidilir; o, Cini mis butulkaya həbs edir, butulkanı isə qartala verərək Qırmızı dənizə atmasını tapşırır. Cin Qırmızı dənizin dibində min il keçirir.

Bu hekayəyə cavab olaraq Aliteya deyir ki, bütün hekayələr nəsə arzulamaqla insanın həyatını yaxşıya doğru dəyişə bilməyəcəyini öyrədir; daha sonra soruşur, mümkündürmü ki, o, heç nə arzulamasın. Cavabında cin ona, mis butulkanın İstanbulda Gültən adlı saray qulunun əlinə keçməsi haqqında hekayəni danışır. Gültən Möhtəşəm Süleymanın oğlu şahzadə Mustafanın ona aşiq olması və şahzadədən hamilə qalmağı arzulayır. Saray çəkişmələri nəticəsində sultan Mustafanı da, Gültəni də öldürtdürür. Cinin butulkasını saray hamamında ağır döşəmə daşının altında gizlədən Gültən üçüncü arzusunu tutmadan öldüyünə görə Cin yenə həbsdə qalır.

Cin onillər boyunca saraydan kiminsə diqqətini cəlb etməyə çalışır, bir dəfə az qala sultan IV Muradın diqqətini cəlb edir, lakin sərxoş olan Murad tərk edilmiş köhnə saray hamamının qapısını aça bilmir. Sultanın qardaşı I İbrahim artıq çəkili xanımları sevir və onun saray xanımlarından biri köhnə hamamda duş almaq qərarına gəlir. Duşda ayağı sürüşüb yıxılan qadının çəkisi altında döşəmə daşı sınır. Cinin butulkasını tapan qadın arzulayaraq “dənizin dibinə get” deyir.

İkinci hekayəsini bitirdikdən sonra Cin, növbəti dəfə Aliteyadan arzu tutmasını xahiş edir. O, əvvəlcə dirənir və vəziyyətin düzgünlüyünə şübhə edir. Mübahisə başlayır və qadın istəmədən Cinin ən ağrılı xatirələrini canlandırır. İstəmədən də olsa, Cin, dahi qadın haqqında hekayəsinə başlayır.

Üçüncü dəfə Cinin butulkası İstanbulda yaşlı tacirin gənc arvadı Zefirin əlinə düşür. O, əvvəlcə dünyanın bütün biliklərinə sahib olmağı arzu edir, daha sonra isə ikinci arzu kimi Cindən xahiş edir ki, fiziki qanunları anlamaqda ona kömək etsin. Cin, Zefirə aşiq olur və qız hamilə qalır. Cin Zefirin üçüncü arzunu tutub tacirdən xilas olmaq istəyəcəyindən və beləcə onlar arasındakı bağın qırılacağından qorxur. Mübahisə zamanı Zefir qəzəblənərək “səni unutmaq istəyirəm” deyir və beləcə Cin, sonradan Aliteyanın bazarda aldığı şüşə butulkanın içində həbs olur.

Bütün danışılanları dinlədikdən sonra Aliteya gizli arzusunu qəbul edir. O, Cini və özünü əbədi və qarşılıqlı sevgi bağları ilə bir-birlərinə bağladıqdan sonra Cini özü ilə birlikdə Londona gətirir. Onlar bir müddət sevgi və harmoniya içərisində birlikdə yaşayır, bir-birlərini və ətrafı kəşf edirlər. Lakin, müasir dünyanın elektromaqnit dalğaları Cinin sağlamlığına zərər yetirməyə başlayır. Aliteya ikinci arzusunu Cinin sağlamlığını bərpa etmək üçün xərcləməli olur. Bundan sonra o, anlayır ki, birinci arzusu eqoist bir səhv idi və səmimi-qəlbdən üzr istəyərək, Cinin aid olduğu dünyaya qayıtmasını arzulayır. Sonuncu səhərlərini onlar bir-birlərinin ağuşunda keçirirlər.

Aliteya şəhərdə tək yaşamağa davam edir və kitab yazır. Cin müntəzəm olaraq onu ziyarət edərək bütün qalan həyatı boyunca sevgi və harmoniya ilə əhatə etməyə çalışır.

Rollarda

  • İdris Elba - Cin
  • Tilda Suinton - Aliteya Binni
    • Alayla Brouni - gənc Aliteya Binni
  • Aamito Laqum - Bilqeys[1]
  • NiSolas Muavad - Kral Solomon
  • Burcu Gölgedar - Zefir[1]
  • Ece Yüksel - Gültən
  • Matteo Boçelli - Şahzadə Mustafa[1]
  • Leyçi Halm - Sultan Süleyman Qanuni
  • Meqan Qeyl - Xürrəm Sultan
  • Oğulcan Arman Uslu -IV Murad (titrlərdə göstərilməyib)
    • Kaan Güldür - Gənc Murad
  • Cek Breddi - I İbrahim
    • Hüqo Vella - Gənc İbrahim
  • Fiya Sanderbolt - Ezgi
  • Anna Adams - Şəkər
  • Devid Kollins - Məzhəkəli nağılçı
  • Denni Lim - İt sahibi nağılçı
  • Enci Trigger - Narratoloq
  • Entoni Moisett - Otel işçisi
  • Sarah Habolt - Narahat adam

İstehsalı

2018-ci ilin oktyabrında Corc Millerin növbəti ekran işinin nə olacağı ilə bağlı qərar verdiyi və "epik həcmli" filmin çəkilişlərinə 2019-cu ildə başlanacağı ilə bağlı xəbər verilir.[6] Həmin ayda da filmin aktyor heyətinə İdris Elba və Tilda Suintonun daxil olacağı qeyd olunur.[7] Daha sonra filmin ssenarisinin Antoniya Syüzen Bayettin 1994-cü ildə nəşr edilmiş "Bülbül gözündəki Cin" romanına əsaslanacağı bildirilmişdir.[8]

2019-cu ildə müsahibə zamanı Miller deyir ki, filmin pre-prodakşn işlərinə 2019-cu ilin sonlarında, 2 mart 2020-ci ildə isə çəkilişlərə başlanacaq, çəkilişlər isə Avstraliya, TürkiyəBirləşmiş Krallıqda baş tutacaq.[9][10][11] Lakin, sonrada COVID-19 pandemiyasına görə filmin çəkilişləri təxirə salındı[12] və 2020-ci ilin noyabrında Avstraliyada başladı.[13]

Çıxarılması

2020-ci ilin mayında Metro-Goldwyn-Mayer şirkəti (United Artists Releasing vasitəsi ilə) filmin Şimali Amerikada, Metropolitan Filmexport və Sunac Culture isə FransaÇində yayım haqqlarını əldə edir.[14][15] Filmin Avstraliyada yayım haqqları Roadshow Entertainment şirkəti[16], Birləşmiş Krallıqda yayım haqqları isə Entertainment Film Distributors şirkəti tərəfindən əldə olunmuşdur.[17]

Filmin premyerası 20 may 2022-ci ildə Kann kinofestivalında baş tutmuş və o, altı dəqiqə davam edən alqışlarla qarşılanmışdır.[15][18] Premyera zamanı rus əsgərləri tərəfindən Ukraynada törədilən cinsi təcavüzə qarşı çıxış edən aktivist səhnəyə çıxaraq tamamilə çılpaq soyunmuş, daha sonra Kann təhlükəsizlik xidmətinin nümayəndələri tərəfindən səhnədən uzaqlaşdırılmışdır.[19] Həmin gün filmin ilk treyleri təqdim edilmişdir.[20]

Filmin ABŞ-da ilk çıxış tarixi 31 avqust 2022-ci il kimi planlaşdırılsa da, sonradan tarix 26 avqusta keçirilmişdir.[21] Avstraliyada isə film, 1 sentyabr 2022-ci ildə yayıma girmişdir.

1 noyabr 2022-ci ildə film, MGM və Warner Bros. Home Entertainment tərəfindən VOD formatda, 15 noyabr 2022-ci ildə isə Blu-ray, DVD4KUHD formatlarında satışa çıxarılmışdır.[22]

İstinadlar

  1. 1 2 3 4 Utichi, Joe. "Inside George Miller's 20-Year Quest To Make 'Three Thousand Years Of Longing', As 'Furiosa' Revs Her Engines – Cannes". Deadline (ingilis). 2022-05-17. 2022-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
  2. "Three Thousand Years of Longing (15)". BBFC. August 27, 2022. September 26, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2022.
  3. "Three Thousand Years of Longing: Everything We Know So Far". MovieWeb. 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2022.
  4. 1 2 3 Blanc J. AlloCiné (fr.). 1993.
  5. IMDb (ing.). 1990.
  6. Wiseman, Andreas. "AFM Hot Pic: George Miller To Direct Movie Epic 'Three Thousand Years Of Longing', FilmNation To Launch Sales". Deadline Hollywood. October 25, 2018. October 25, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 23, 2022.
  7. Kit, Borys. "Idris Elba, Tilda Swinton to Star in George Miller's Epic Love Story 'Three Thousand Years of Longing' (Exclusive)". The Hollywood Reporter. October 25, 2018. July 31, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 23, 2022.
  8. Mathai, Jeremy. "Three Thousand Years Of Longing Footage Reveals First Look At George Miller's New Movie". /Film. 2022-05-18. 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-22.
  9. "Three Thousand Years Of Longing". Production List. January 13, 2020. February 7, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 23, 2022.
  10. Thompson, Anne. "George Miller Looks Back on 'Mad Max: Fury Road,' and Forward to More Furiosa". IndieWire. July 23, 2019. July 23, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 23, 2022.
  11. Fleming, Mike Jr. "George Miller On March Start Date For Next Film, More 'Mad Max', Defending Superheroes As Cinema & The Search For Depth That Makes Movies Like 'Fury Road' Unforgettable". Deadline Hollywood. December 6, 2019. December 6, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 23, 2022.
  12. Kay, Jeremy; Tutt, Louise. "Cautious industry heads into TIFF with eyes wide open". Screen Daily. September 10, 2020. September 26, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 23, 2022.
  13. Wiseman, Andreas. "George Miller's 'Three Thousand Years Of Longing' Underway In Australia; Oscar-Winning DoP John Seale Among 'Mad Max: Fury Road' Team Re-Uniting On Movie". Deadline Hollywood. December 9, 2020. December 9, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 23, 2022.
  14. Fleming, Mike Jr. "MGM Lands North American Rights On George Miller-Directed 'Three Thousand Years Of Longing' With Idris Elba & Tilda Swinton". Deadline Hollywood. May 14, 2020. May 14, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 4, 2023.
  15. 1 2 Keslassy, Elsa. "George Miller's 'Three Thousand Years of Longing' With Tilda Swinton, Idris Elba Set for Cannes (Exclusive)". Variety. March 16, 2022. March 16, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2023.
  16. "Three Thousand Years of Longing | Official Trailer | 2022 [HD]". 2022-05-23. 2023-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2022YouTube vasitəsilə.
  17. "Three Thousand Years of Longing | Official Trailer HD | Starring Idris Elba and Tilda Swinton". 2022-05-21. 2023-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2023 – YouTube vasitəsilə.
  18. Sharf, Zack. "George Miller's Visual Feast 'Three Thousand Years of Longing' Earns Six-Minute Standing Ovation in Cannes". Variety. 2022-05-20. 2023-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2023.
  19. Wiseman, Andreas. "Activist Removed From Cannes Red Carpet Following Naked Protest Against Sexual Violence In Ukraine". Deadline Hollywood. May 20, 2022. March 4, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2022.
  20. Chapman, Wilson. "George Miller Tells an Epic, Fantasy Love Story in 'Three Thousand Years of Longing' Trailer". Variety. May 20, 2022. March 4, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2023.
  21. O'Rourke, Ryan. "George Miller's 'Three Thousand Years of Longing' Release Date Moved Up". Collider. August 5, 2022. August 16, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2023.
  22. "Three Thousand Years of Longing DVD Release Date". www.dvdsreleasedates.com. 2023-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2023.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!