Çin və ya rəsmi adı ilə Çin Xalq Respublikası Çin Kommunist Partiyası (ÇKP) liderliyi altında tək partiyalı sistemlə idarə olunur. Buna baxmayaraq, Çin Kommunist Partiyası xaricində 8 kiçik partiya da rəsmi olaraq dövlət qeydiyyatına alınmışdır. Bu 8 partiya Soyuq müharibə sonrası Şərqi Avropada (Latviya Xalq Cəbhəsi kimi) yaradılan xalq cəbhələrinə oxşar Birləşmiş Cəbhədə Çin Kommunist Partiyası ilə birlikdə təmsil olunurlar. Çin Kommunist Partiyasının CGNT qolu rəsmi olaraq Çin Kommunist Partiyasının hakim partiya olaraq davrandığını, lakin, buna baxmayaraq, digər 8 partiya ilə də əməkdaşlıq etdiyini açıqlamışdır.[1]
Bir ölkə, iki sistem idarəsi altında əvvəllər Avropa ölkələrinin koloniyası olmuş xüsusi adminstrativ bölgələr Honkonq və Makao Çin Xalq Respublikasından fərqlənən siyasi sistemə sahibdir. Hal-hazırda nə Honkonq, nə də Makao Çin Xalq Respublikasına təslim edilənə qədərki çox partiyalı sistemə sahibdir.[2]
Əslində, sadəcə 1 partiya yerli səviyyədə əhəmiyyətli gücə sahibdir. Bu partiya Çin Kommunist Partiyasıdır. Onun dominantlığı Çinin tək partiyalı dövlət olduğunu təsdiqləyəcək qədər yüksəkdir. Birləşmiş Cəbhənin digər kiçik 8 üzv partiyası da siyasi sistemdə yer sahibidir. Lakin onlar yerli səviyyədə çox məhdudlaşdırılmış gücə sahibdir.[3][4] Kiçik partiyalar öz mövcudluqlarını qorumaq üçün Çin Kommunist Partiyasının "lider mövqeyini" tanımalıdır.[5] Human Rights Watch-a görə bu partiyalar "müxaliflikdən daha çox məsləhətçi rolu oynayır".[6] Çin siyasi sistemi Çin Kommunist Partiyası tərəfindən yoxlanılmış və təsdiqlənmiş Çin Kommunist Partiyasının üzvü olmayan bəzi müstəqil (partiyasız) siyasətçilərin və 8 kiçik partiyanın üzvlərinin Ümumçin Xalq Nümayəndələri Məclisində iştirakına izin verir. Çin Xalq Respublikası Konstitusiyasının preambulasında qeyd olunur ki, Çin Kommunist Partiyası liderliyində çox partiyali kooperasiya və siyasi məsləhətləşmə uzun müddət mövcud olacaq və inkişaf edəcək.[7]
Aşağıdakı partiyalar Çin hökuməti tərəfindən qadağan olunmuşdur:
Çin Respublikası Homindan lideri Sun Yatsen tərəfindən 1912-ci ildə qurulmuşdur. Homindanın özəyini Çin Cəmiyyətini Canlandır təşkil etmişdir. ÇCC 24 noyabr 1894-cü ildə qurulmuşdur, daha sonra müxtəlif inqilabi təşkilatlarla birləşərək 1905-ci ildə Tongmenghuinin əsasını qoymuşdur.1911-ci ilin avqustunda Tongmenghui başqa müxtəlif siyasi partiyalarla Pekində birləşərək Homindanın əsasını qoydu. 1914-cü ilin iyul ayında Yaponiyanın Tokio şəhərində Homindan Çin İnqilabi Partiyası olaraq yenidən təşkil edildi. 1919-cu ildə partiya rəsmi olaraq özünüzü yenidən Homindan adlandırdı Homindan adının hərfi tərcüməsi Çin Milliyətçi Partiyasıdır.[27] Partiya Çinin ilk əsas, hakim siyasi partiyası olmuşdur. 1921-ci ildə Çen Dutsiu və Li Dazhao tərəfindən Şanxayda təhsil cəmiyyəti və informativ cəmiyyət olaraq Çin Kommunist Partiyası quruldu. Yavaş-yavaş Çin Kommunist Partiyası böyüdü və Homindandan sonra ikinci siyasi partiyaya çevrildi. Çin Respublikası dönəmində bu iki partiya 1911-ci ildən 1949-cu ilədək ölkədə hökm sürmüşdür.
Çin vətəndaş müharibəsi dövründə, 1949-cu ildə Çin Kommunist Partiyası liderliyində Xalq Azadlıq Ordusu Homindanın Milli İnqilab Ordusunu məğlub etdi. Homindan seçimsiz qalaraq Çinin əsas torpaqlarnı tərk edərək 1945-ci ildə Yaponiya vasitəsilə Tayvana yerləşdi. Homindan Çinin əsas torpaqlarını geri almaq üçün Tavana qaçmışdı. Çin Kommunist Partiyasının Homindanın artıq dağıldığını iddia etməsinə baxmayaraq Homindan 1949-cu ildən bu yana fəaliyyət göstərərək Çin Respublikası adını yaşatmağa çalışır.