Çarlz Li

Çarlz Li
ing. Charles Lee
Şəxsi məlumatlar
Doğum tarixi 26 yanvar (6 fevral) 1731
Doğum yeri
Vəfat tarixi 2 oktyabr 1782(1782-10-02)[1][2] (51 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Sarı qızdırma, vərəm
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Qoşun növü Kontinental Ordu, Britaniya Ordusu[d]
Rütbəsi general
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çarlz Li (ing. Charles Lee; 26 yanvar (6 fevral) 1731, Darnholl[d], Böyük Britaniya krallığı2 oktyabr 1782[1][2], Filadelfiya, Pensilvaniya) — Britaniya zabiti, daha sonra Kontinental Orduda general-mayor. Li əvvəlcə Yeddiillik müharibədə vuruşmuş[3] və Britaniya Ordusunda xidmət etmişdir. Müharibədən sonra zabitinin patentini satmış və bir müddət II Stanislavın Polşa ordusunda xidmət etmişdir. 1773-cü ildə Li Amerikaya köçmüş və Virciniyada əmlak almışdır. 1775-ci ildə ABŞ İstiqlal müharibəsi başlayanda üsyançı qüvvələrə könüllü olaraq xidmət etmişdir. O, Kontinental Ordunun Baş Komandanı olmağa ümid edirdi, lakin Konqres onu Corc Vaşinqtondan sonra ikinci komandan təyin etmişdir.

1776-cı ildə onun qoşunları Britaniyanın Sullivan fortuna hücum cəhdini dəf etmiş, bu da onun orduda və Konqresdəki mövqeyini gücləndirmişdir. Elə həmin il Çarlz Li Tarletonun draqunları tərəfindən tutulmuş və 1778-ci ildə mübadilə baş tutana qədər əsir saxlanılmışdır. Li bir çox sirləri ingilislərə ötürdüyü şübhəsi ilə amerikalılar tərəfindən mühakimə olunmuş, bundan sonra xidmətdən uzaqlaşdırılmışdır.

İstinadlar

  1. 1 2 Charles Lee (general) // SNAC (ing.). 2010.
  2. 1 2 Charles Lee // Find a Grave (ing.). 1996.
  3. Şablon:Cite ANB

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!