Zaur Kamal

Zaur Kamal
Doğum tarixi 19 dekabr 1974(1974-12-19) (50 yaş)
Doğum yeri
Dini İslam
İxtisası Televiziya rejisorluğu
Təhsili
Fəaliyyəti televiziya aparıcısı, radio-jurnalist[d], jurnalist
Fəaliyyət illəri 1998-ci ildən
Mükafatları Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zaur Kamal (tam adı: Zaur Kamal oğlu Gülməmmədov, 19 dekabr 1974, Bolnisi rayonu) — Əməkdar mədəniyyət işçisi,[1] müğənni, şoumen, radio dj, jurnalist, televiziya aparıcısı.

Həyatı

Zaur Kamal 19 dekabr 1974-cü ildə Bolnisidə anadan olmuşdur. Orta məktəbi Bolnisi rayonunda başa vurduqdan sonra 1993-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Televiziya rejisorluğu" fakültəsinə daxil olub. 1997-ci ildə təhsilini başa vurub. Evlidir, Bartu və Rüstəm adlı iki oğlan övladı var.

Karyerası

Zaur Kamal aparıcılıq fəaliyyətinə 1998-ci ildə başlayıb. İlk dəfə "Burc FM" (hazırda 100.5 FM) radiosunda "Poliqon" verilişinin aparıcısı olub. Daha sonra Xəzər TV-də teleaparıcılq fəaliyyətinə də başlayıb. Televiziyada ilk layihəsi "Ay Zaur" verilişi olub. Daha sonra "5-də 5" layihəsi ilə də məşhurlaşıb. 2016-cı ildə "Əməkdar mədəniyyət işçisi" adına layiq görülüb. 2018-ci ildən Radio Xəzər100.5 FM radiolarının direktorudur. 2020-ci ildən 106.3 FM də "Danışır Zaur" proqramının aparıcısıdır.[2] 2021-ci ildən ARB TV-də "HəminZaur" tele verilişinin aparıcısıdır.[3][4][5][6]

Duetləri

İstinadlar

  1. "Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-26.
  2. Zaur Kamal ATV-də işə başlayır FOTO [ölü keçid]
  3. "Zaur Kamal "ARB"yə getdi". 2021-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-21.
  4. Zaur Kamal ARB-yə keçdi [ölü keçid]
  5. Zaur Kamal ARB də [ölü keçid]
  6. "Zaur Kamal ARB-də aparıcılıq edəcək, ATV-də isə…". 2021-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-21.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!