Yüz bir dalmatin (ing. One Hundred and One Dalmatians) — 1961-ci ildə istehsal olunmuş ABŞ cizgi filmidir. "Yüz bir dalmatin" cizgi filmi "Walt Disney Productions" studiyası tərəfindən istehsal edilmiş Disneyin 17-cu klassik qısametrajlı cizgi filmidir. Cizgi filminin rejissoru Klayd Ceronimi, Hemilton Lusk, və Volfqanq Reyterman, prodüseri isə Volt Disneydir. Cizgi filminin 1996-cü ildə 101 dalmatin remeyk filmi, 2003-cü ildə davamı olan "101 dalmatin 2: Patchın London sərgüzəştləri" cizgi filmi çəkilmişdir.