Yuxarı Alplar (fr. Hautes-Alpes, oks. Auts Aups, Auts Alps, Nauts Aups, Nauts Alps) — Fransanın cənub-şərqində yerləşən Provans-Alp-Kot-d'Azür regionun departamentlərindən biri. Sıra nömrəsi — 5. İnzibati mərkəzi — Qap. Əhalisi — 142.312 nəfər (departamentlər arasında 99-cu yer, 2010-cu ilin məlumatları).
Coğrafiyası
Ərazisi — 5549 km². Departamentin ərazisində Dürans, Büeş, Klare, Drak, Severes çayları axır.
Tarixi
Yuxarı Alplar 1790-cı ilin mart ayında Böyük Fransa inqilabı zamanı yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Dofine vilayətinin ərazisində yerləşir.
Qalereya
Xarici keçidlər