Boston, Massaçusetsdəki Loqan Beynəlxalq Havalimanından, Los-Anceles, Kaliforniyadakı Los-Anceles Beynəlxalq Havalimanına getmək üzrə havaya qalxan Boeing 767-200 tipli təyyarənin idarəsi, bir müddət sonra beş əl-Qaidə terror qruplaşması üzvünün əlinə keçmişdi. Nyu-YorkdakıDünya Ticarət Mərkəzinin Cənub Qülləsinə intihar hücumu təşkil edən təyyarədəki 65 adamdan xilas olan olmamışdı. Toqquşmanın təsiriylə bir müddət sonra bina çökmüş və binadakı təxminən 900 adamın ölümünə səbəb olmuşdu.[2]