Yesai Əbu Musa

Yesai Əbu Musa
Beyləqan və Ktiş hakimi
 – 854
ƏvvəlkiStepan Ablasad
Şəxsi məlumatlar
Doğum tarixi bilinmir[1]
Vəfat tarixi 854dən sonra
Vəfat yeri Ərəb xilafəti
Anası Stepan Ablasadın bacısı
Dini xristianlıq

Yesai Əbu Musa (və ya İsa ibn İstifanus; bilinmir[1]bilinmir) – Mənşəcə Qafqaz albanlarından olan Beyləqan hakimi.

Pavlikanlara qarşı mübarizəsi

"Ağvan tarixi"ndə qeyd edilmişdir ki, təqribən 830/1-ci ildə pavlikianlar Bercor vilayətinə və Artsak əyalətindəki Ureas, Kamakaş, Həkəri və Tapat kəndlərinə basqın etmişdilər, lakin knyaz Stepan Ablasad onları Babəkin köməyi ilə məğlub etdi. Erməni tarixinin 279 (830–831)-cu ilində pavlikian başçıları Davon və Şapux knyaz Ablasadı öldürdülər və yenidən üsyan edən pavlikianlar Qoroz qalasında möhkəmləndilər və "Ağvan tarixi"nin verdiyi məlumata görə, 12 il ərzində Arranın aşağıdakı vilayətlərini əllərində saxladılar: Yuxarı Vaykunik Bercor, Sisakan [və Kotak], [Mivs] Haband, Amaras, Pazkank, Mxank və Tri . "Bundan sonra Ablasadın yaxın adamları onun qatillərini tutub əzabla öldürdülər və Ablasadın bacısı oğlu olub, dinclik sevən və Əbu Musa adlanan Yesai həmin vilayətləri tutdu [və] hamısına hökmranlıq etdi"'.[2][3]

Erməni tarixinin 289 (840–841)-cu ilində pavlikianlar yenidən üsyan qaldırdılar və mənbəyin verdiyi məlumata görə, Sisan Cor və Amaras mahallarını talayıb viran etdilər. Əbu Musa adlanan Yesai də onlara qarşı qalxaraq darmadağın etdi[4]. Gördüyümüz kimi, bu zaman güclü və nüfuzlu knyaz olan Yesainin əhəmiyyəti yüksəldi.

Babəklə münasibətləri

Əbu Musa digər alban knyazları kimi əvvəlcə Babəklə ittifaqda olmuşdur. Babəkin zəifləməsi və kəndlilərin verə bilmədiyi taxılı feodallardan yığması Əbu Musanı ondan uzaqlaşdırmışdır. Bəzz qalası ərəblər tərəfindən işğal ediləndə Babək Səhlin yanına , onun qardaşı Abdullah isə Beyləqana gəlir və Yesai Əbu Musa Abdullahı Afşinə təhvil verir .

Ərəblərə qarşı mübarizəsi

Babəkin üsyanı yatırıldıqdan bir neçə il sonra (851/2-ci ildə) xəlifə Mütəvvəkilin hökmranlığında, demək olar, bütün Zaqafqaziyada Xilafətə qarşı yeni güclü üsyan qalxdı. Mütəvəkkil üsyançılara qarşı Buğa əl-Kəbirin sərkərdəliyi altında böyük cəza ordusu göndərdi. Xəlifə əmr verdi ki, cəza dəstələri üsyan edənlərdən heç kəsə rəhm etməsinlər, "belində qılınc gəzdirən, silah daşıyan hər kəsi, üsyanda iştirak edənlərin" hamısını məhv etsinlər. Yalnız məşhur adamlardan biri Məhəmmədin dinini qəbul etsə, onun yanına gətirsinlər"[5].

Xəlifənin göndərdiyi Buğa "erməniləri, albanları və onların patriklərini yoxlayırdı"[6]. Buğa əl-Kəbirin ordularından biri sanarlara qarşı müvəffəqiyyətsiz müharibədən sonra[7] üsyan etmiş knyaz Yesai Əbu Musanı əzmək üçün göndərildi, o zaman Arranın böyük hissəsinə[8] malik olan knyaz Yesai bundan xəbər tutanda "Beyləqan [vilayətindən] olub Beyləqanın 10 fərsəngliyində, Bərdədən isə 15 fərsəng aralı Ktiş qalasında" müdafıə mövqeyi tutdu[9][10][11], dərəni tutub, qalaya gedən yolu ərəblərin üzünə bağlamağı öz dəstələrinə əmr edərək dedi: "Biz sanarlardan pis olmayacağıq, çünki istehkamlarımız onlarınkından güclü və yüksəkdir"[12].

T.Arsruninin dediyinə görə, qalaya yaxınlaşan Buğa əl-Kəbir "hay-küy qaldırır və bəhanə axtarırdı ki, öz acı zəhərini Alban knyazının üstünə töksün"; o, Yesai Əbu Musanı təslim və xəlifəyə tabe olmağa çağırdı. Lakin Yesai Buğa əl-Kəbirə belə cavab verdi: "Ölkələr hökmdarlarında belə bir qayda olmalıdır ki, onlar ölkəyə öz təbəələrinə himayət göstərmək üçün yoxsullara edilən zülmü ləğv etmək, onların vəziyyətini yaxşılaşdırmaq üçün gəlsinlər, nəinki ölkəni quldurcasına soysunlar, qılınc və əsarətlə onu insan yaşamaz bir səhraya çevirsinlər. Əgər sən padşahın [xəlifənin] sarayından dinclik düzəldən bir rəis kimi gəlmişsənsə, onda ölkəni var-yoxdan çıxarıb iğtişaşa səbəb olmaq deyil, onun qurulub tikilməsinə kömək etməliydin. İndi, sənə məlum olsun ki, nə qədər gücüm var və canım sağdır, səninlə vuruşacağam, öz qüdrətim və Allahın qüdrəti ilə müqavimət göstərəcəyəm. Səni sülhlə və dostcasına deyil, yalnız silahla, ox və qılıncla, gözəl seçmə atlara minmiş qəhrəman mərd döyüşçülərimlə qarşılayacağam. Əgər özünü və qoşununu xilas etmək istəyirsənsə, mənim torpağımdan çıx get. Əgər qəzəbdən coşaraq, sümüklərini bizim çöllərdə qoymaq istəyir və ölkənin vəhşi heyvanlarına və göydəki quşlara yem olmaq könlündən keçirsə, – özün bil, mən sənin qanına bais olmuram,.."[13] Yesai Əbu Musanın məktubunu alan Buğa əl-Kəbir bərk qəzəbləndi. Lakin məktub barəsində xəlifəyə məlumat verib, sərəncam gözləməyə başladı. Demək lazımdır ki, knyaz Yesai Əbu Musanın separatizmi, IX əsrin axırları – X əsrin əvvəllərində Xilafətin şəraitilə əlaqədar idi. Knyazların və "mütəğəllib" deyilənlərin separatizmi o dərəcəyə çatmışdı ki, Xilafət heç də hər zaman silahlı qüvvə ilə onların öhdəsindən gələ bilmirdi və çox vaxt güzəştə gedirdi, Zaqafqaziyada xəlifə hakimiyyətinin bu cür sabit olmayan vəziyyətini yaxşı duyan Bəlazuri bunu belə qeyd edir: "Patriklər öz ölkələrində yaşamaqda və hər biri öz vilayətini qorumaqda idi. Bir məmur [amil] canişinin yanından onların [patriklərin] yanına gələndə, ondan yan keçməyə çalışırdılar. Onlar görəndə ki, bu adamı şirnikdirib yola gətirmək olmur, çünki ciddi adamları və kifayət qədər hərbi qüvvəsi vardır, ona xərac verir və itaət edirdilər. Əgər bu məmurda göstərilən güc və qüvvə yox idisə, onu zəif hesab edir və ona etinasız yanaşırdılar"'.[14]

Sonralar burada mərkəzi hakimiyyətin nüfuzu daha da zəiflədi; o qədər ki, xəlifə Mötəsimin dövründə ölkənin hakimi Həsən ibn Əli əl-Bazgisi (833/4–835/6-cı illər) "patrikləri və ölkənin azad adamlarını başlı-başına buraxdı və onlarla o qədər yumşaq rəftar etdi ki, onlar sultana [xəlifəyə] etinasız yanaşmağa, özlərindən aşağıda duran təbəələrə [rəiyyətə] qarşı isə çox sərt davranmağa başladılar"[14], bundan sonra ölkəni idarə edənlər "elə adamlar idi ki, onun maliklərilə yumşaq rəftar edir və yalnız lap az xərac almaqla kifayətlənirdilər"[14]. Buna görə də knyaz Yesai Əbu Musanın Buğa əl-Kəbirə qarşı belə münasibəti təəccüblü deyildi. Bundan əlavə, knyaz özünü mühasirə edən ərəblərə birinci olaraq hücum etdi və onları məğlubiyyətə uğratdı. Buğa əl-Kəbir qalanı hər tərəfdən mühasirə edib istehkamlar düzəltdi, ağır şey atan maşınlar qurdu və hücuma başladı. Onda mühasirədə olanlar yenidən ərəblərin üstünə atıldılar və onları qaçmağa məcbur etdilər. Arsruninin dediyinə görə, Buğa əl-Kəbir məyus oldu və uğradığı məğlubiyyət ona ağır gəldiyi üçün özünə gələ bilmədi. "O öz çadırında qapanıb qaldı; var-gəl edərək, bir çarə axtarır, rahat olmurdu. Gözlərindən yuxu çəkilmişdi, on gün ərzində heç kəs onun yanına girmədi, çünki rüsvay olduğundan öz mənzilində qapanıb qalmışdı. Bundan əlavə, dağlıların hücumundan ürəyinə qorxu düşmüşdü; buna görə də böyük bir döyüşçü dəstəsi qılınclarını sıyırıb, çadır ətrafında dayanaraq onu qoruyurdu"[15]. Az sonra xəlifə Mütəvvəkkildən belə bir sərəncam gəldi: "Ümidini itirmə, ruhdan düşmə, Alban knyazı sənə tabe olmayınca, onunla müharibəni dayandırma". Ruhlanıb qəzəblənən Buğa əl-Kəbir bütün qoşuna əmr etdi ki, döyüşə girsinlər. Budur, hay-küy qalxdı; şeypur, nağara və cənglər, çoxlu qoşunun silah, qılınc və bütün hərbi ləvazimatı hərəkətə gələrək, elə bir səs qaldırdı ki, az qala dağ yerindən tərpənib dağılacaqdı. Buğa əl-Kəbir öz qoşununu dağın zirvəsinədək apardı, qoşunun çoxlu bayrağı və hər bayrağın altında gözəl ata minmiş min nəfər var idi; belə ki, bütün yer üzündə və heç bir ölkədə istər qoşun (çoxluğu), istərsə silah (bolluğu) cəhətdən belə dəhşətli mənzərə görmək olmazdı. Onlardan qorxunc gurultu və partlayış qalxdı, silahlar göz qamaşdırırdı; bunların hamısı ərəb qoşununıın daşıdığı silah, hərbi ləvazimat və sursatdan qalxırdı. Qoşun dərhal dəstələrlə bir-birinin ardınca hücuma başladı və onları bu vəziyyətdə görən hər kəs böyük dəhşətə düşdü[16]. Çoxlu ərəb qoşunu qalaya yaxınlaşan kimi, mühasirədə olanlar yenidən ərəblərin üstünə atıldılar və onları böyük tələfatla geri çəkilməyə məcbur etdilər.

Buğa əl-Kəbir ilə Yesai Əbu Musa arasındakı hərbi əməliyyat təqribən bir il davam etdi və bu müddət ərzində Buğa əl-Kəbir 28 dəfə Ktiş qalasına hücum etdi və hər dəfə geriyə atıldı, Nəhayət, Buğa əl-Kəbir barışıq istədi. Barışıq bu şərtlə bağlandı ki, həm Buğa əl-Kəbir, həm də Yesai öz elçiləri vasitəsilə xəlifə Mütəvəkkilə uzun sürən bu vuruşmanın nəticəsi barəsində xəbər versinlər. "Budur, hər iki tərəf oturub ehtiyatla qorunurdu; onlar bir-birinə söz vermişdilər ki, göndərdikləri elçilər padşahın [xəlifənin] yanından qayıtmayınca vuruşmasınlar".[17]

Qayıdan elçilər xəlifənin fərmanını Buğa əl-Kəbirə və Yesai Əbu Musaya verdilər. Xəlifə, ərəb qoşununa vurduğu zərbəyə görə knyaz Yesaiyə "əfv" bəxş edirdi. Mütəvəkkil knyaza bəxşiş olaraq qiymətli paltarlar, bəzəkli dəbilqə və qılınc göndərdi və təklif etdi ki, sülh və ittifaq bağlamaq üçün Samarraya gəlsin. Buğa əl-Kəbirə isə tapşırdı ki, knyazı ləyaqətlə qəbul etsin və Xilafət paytaxtına müşayiət etmək üçün ona fəxri silahlı dəstə versin. "Alban sərkərdəsi padşahın kağızını oxuyan kimi dağdan enib Buğa əl-Kəbirin yanına gəldi. O, sərkərdənin qərargahına hələ çatmamışdı ki, onu qarşılamaq üçün gözəl atlara minmiş silahlı dəstələr ona tərəf getdilər. Knyaz ərəblərin ordugahına girincəyədək qabaqdan və arxadan zəngin bəzənmiş gözəl atlar gedir, müğənnilər və onu mədh edən çoxlu [musiqi çalanlar] musiqi alətləri ilə müşayiət edirdilər. Buğa əl-Kəbir hirsindən onunla heç danışmır, onun törətdiyi işləri üzə vurmur və özünü kədərli göstərmirdi. Əksinə, Buğa əl-Kəbir knyazı padşah [xəlifə] əmr etdiyi kimi, onu iltifat və mehribanlıqla, təntənə və hədiyyələrlə qəbul etdi. Bir neçə gün keçəndən sonra əmr etdi ki, knyazı padşahın yanına müşayiət etsinlər. Öz fıtri igidliyindən ruhlanan Əbu Musa qorxu bilmədən cəsarətlə getdi…"[18]

Belə məlum oldu ki, bu, knyaz Əbu Musaya qarşı xəlifə və Buğa əl-Kəbirin hiyləgərliklə qurduqları tələ idi. Onlar Əbu Musanı və Arranın digər knyazlarını aldada bilmiş və onları xəlifə vədlərinə inandırmışdılar. Buğa əl-Kəbir üsyan etmiş bütün knyazları aldadıb öz yanına gətirdən kimi onları tutub zəncirləyir, xəlifənin yanına göndərirdi. Yuxarıda qeyd edildiyi kimi, Buğa əl-Kəbirin tutub əsir apardığı knyazlar bunlardır: İsa ibn İstifanus, Əbu əl-Abas əl-Vasi adlanan Sumbat ibn Aşot, Arran patriki Müaviyə ibn Səhl ibn Sumbat və Adar-Nerse ibn İshaq əl-Xaşini ("Xaçendən" – əl- Xaçini)[9][11][19][20], yəni Bəlazurinin verdiyi məlumata görə, Buğa əl-Kəbir Zaqafqaziyadan gedərkən Arran, Ermənistanın dağlıq vilayətləri və Sünikdə (Sisacanda) Xilafətə itaət etməyən istər xristian, istərsə də digər knyazların hamısını tutub özü ilə apardı[21][22][23].

İstinadlar

  1. 1 2 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  2. История Агван, стр. 268/215
  3. C.J.F.Dowsett, pp. 463–465.
  4. C.J.F.Dowsett, p. 461
  5. İohann Katolikos, səh. 67
  6. Füsul, səh. 3.
  7. Əl-Yəqubi, II, səh. 598–599
  8. Arsruni, səh. 445
  9. 1 2 Ət-Təbəri, III, səh. 1416
  10. İbn Miskəveyh. VII, səh. 548
  11. 1 2 İbn əl-Əsir, VII, səh. 24
  12. Arsruni, səh. 145
  13. Arsruni, səh. 145–146
  14. 1 2 3 Əl-Bəlazuri, səh. 210–211
  15. Arsruni, səh. 147
  16. Arsruni səh. 147–148
  17. Arsruni, səh. 149
  18. Arsruni səh. 149–150
  19. İbn Miskəveyh, VII, səh. 548
  20. V.Minorsky. Caucasica, IV, p.514
  21. Əl-Bəlazuri, səh. 212
  22. Vardan Всеобщая история, стр. 103
  23. V.Minorsky. A History of Shirvan and Darband, p. 13

Read other articles:

American rock band This article is about the band. For the Saint Petersburg river, see Okkervil. Okkervil RiverOkkervil River in 2008Background informationOriginAustin, Texas, U.S.GenresIndie rockfolk rockalternative rockYears active1998–presentLabelsJagjaguwar, Jound, Virgin, EMI, ATO, MapleMusic (Canada), Low Transit IndustriesMembersWill SheffCully Symington Will Graefe Benjamin Lazar Davis Sarah PedinottiPast membersTravis NelsenChris HeinrichScott BrackettHoward DraperJonathan MeiburgM...

 

الانتخابات التشريعية الجزائرية 2012  →2007 10 مايو 2012 (2012-05-10) 2017←  كل مقاعد المجلس الشعبي الوطني الـ462 232 مقعد مطلوب للأغلبية نسبة المشاركة 43.14%   حزب الأغلبية حزب الأقلية الحزب الثالث   القائد عبد المالك سلال أحمد أويحي أبو جرة سلطاني الحزب جبهة التحرير الوطني ا

 

село Кізя-Кудринецька Сільська оселя с. Кізя-КудринецькаСільська оселя с. Кізя-Кудринецька Країна  Україна Область Хмельницька область Район Кам'янець-Подільський Громада Жванецька сільська громада Код КАТОТТГ UA68020070120090065 Основні дані Населення 168 Поштовий індекс 32338...

هذه المقالة تحتاج للمزيد من الوصلات للمقالات الأخرى للمساعدة في ترابط مقالات الموسوعة. فضلًا ساعد في تحسين هذه المقالة بإضافة وصلات إلى المقالات المتعلقة بها الموجودة في النص الحالي. (فبراير 2023)   لمعانٍ أخرى، طالع تشارلز لي (توضيح). هذه المقالة يتيمة إذ تصل إليها مقال...

 

Stadio della Vittoria Stadio della Vittoria (or Arena della Vittoria) is a multi-purpose stadium in Bari, Italy. The stadium holds 19,253 people.[1] In 1991, it was used as a refugee camp, for 20,000 Albanian refugees, of the ship Vlora. It was home to A.S. Bari, until they moved to the Stadio San Nicola in 1990. It is currently used mostly for rugby matches of Tigri Rugby Bari and American football matches of Navy Seals Bari and concerts. 41°7′59″N 16°50′23″E / ...

 

العلاقات الإثيوبية الجنوب أفريقية إثيوبيا جنوب أفريقيا   إثيوبيا   جنوب أفريقيا تعديل مصدري - تعديل   العلاقات الإثيوبية الجنوب أفريقية هي العلاقات الثنائية التي تجمع بين إثيوبيا وجنوب أفريقيا.[1][2][3][4][5] مقارنة بين البلدين هذه مقارنة عامة و

سفارة باكستان ، واشنطن قسم رعاية المصالح في جمهورية إيران الإسلامية في الولايات المتحدة [1] هو جزء من السفارة الباكستانية في واشنطن العاصمة ، وهو التمثيل القنصلي الفعلي لجمهورية إيران الإسلامية في الولايات المتحدة . استولى طلبة إيرانيون على السفارة الأمريكية في طهران خ

 

Commemorative sites The classically inspired Menin Gate in Ypres World War I is remembered and commemorated by various war memorials, including civic memorials, larger national monuments, war cemeteries, private memorials and a range of utilitarian designs such as halls and parks, dedicated to remembering those involved in the conflict. Huge numbers of memorials were built in the 1920s and 1930s, with around 176,000 erected in France alone. This was a new social phenomenon and marked a major ...

 

Baudouin III, Comte Flandria Baudouin III dari Flandria Muda (940 – 1 Januari, 962) merupakan seorang Comte Flandria, yang secara singkat memerintah Provinsi Flandria (suatu wilayah yang sekarang barat laut Belgia dan barat daya Belanda), bersama dengan ayahandanya Arnoul I. Arnoul I membuat Baudouin sebagai rekan-pemimpin pada tahun 958, akan tetapi Baudouin telanjur meninggal sebelum ayahandanya dan digantikan oleh anaknya yang masih kecil Arnoul II, dengan ayahandanya bertindak sebagai w...

Masjid Agung Kraton SurakartaTampak depan Masjid Agung Kraton Surakarta.AgamaAfiliasi agamaIslam – SunniProvinsi Jawa TengahLokasiLokasiSurakartaNegara IndonesiaKoordinat7°34′28.117″S 110°49′35.800″E / 7.57447694°S 110.82661111°E / -7.57447694; 110.82661111Koordinat: 7°34′28.117″S 110°49′35.800″E / 7.57447694°S 110.82661111°E / -7.57447694; 110.82661111ArsitekturJenisMasjidGaya arsitekturTajugPeletakan batu pe...

 

Krispy Kreme ChallengeLocationRaleigh, NCEvent typeRoadDistance5 miles (8.0 km)BeneficiaryNorth Carolina Children's HospitalEstablished2004Official siteOfficial website The Krispy Kreme Challenge is an annual charity event in which participants run a 2.5-mile (4 km) road course leading to a Krispy Kreme Doughnuts shop, eat one dozen doughnuts (totaling 2,400 calories and 144 grams of fat), and run the 2.5-mile (4 km) back to the finish line in under 1 hour.[1] The ...

 

Барановицький державний університет 53°07′28″ пн. ш. 26°02′23″ сх. д. / 53.12464200002777659° пн. ш. 26.03989900002777702° сх. д. / 53.12464200002777659; 26.03989900002777702Координати: 53°07′28″ пн. ш. 26°02′23″ сх. д. / 53.12464200002777659° пн. ш. 26.03989900002777702° сх. д....

Pour les articles homonymes, voir 1re flotte. Ne doit pas être confondu avec 1re flotte aérienne ou 1re flotte mobile. 1re flotte Création 28 décembre 1903 Dissolution 25 février 1944 Pays Empire du Japon Branche  Marine impériale japonaise Guerres Guerre russo-japonaiseGuerre sino-japonaiseSeconde Guerre mondiale Commandant historique Tōgō Heihachirō modifier  La 1re flotte (第一艦隊, Dai-ichi Kantai?) était la principale flotte de cuirassés de la...

 

Private university in Yongkang, Tainan, Taiwan For the university based in Kunshan, Jiangsu, see Duke Kunshan University. Kun Shan University崑山科技大學Established29 April 1965 (as Kun Shan Institute of Technology)August 2000 (as KSU)AddressYongkang, Tainan, Taiwan22°59′49″N 120°15′11″E / 22.99694°N 120.25306°E / 22.99694; 120.25306WebsiteOfficial website Kun Shan UniversityTraditional Chinese崑山科技大學TranscriptionsStandard MandarinHany...

 

Time zone observed in Tonga This article relies largely or entirely on a single source. Relevant discussion may be found on the talk page. Please help improve this article by introducing citations to additional sources.Find sources: Time in Tonga – news · newspapers · books · scholar · JSTOR (June 2020) This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material ...

Hair product brand PanteneProduct typeHair careOwner Procter & GambleProduced by Richardson Vicks (1985) Procter & Gamble (1985–present)Country  Switzerland (1945–1985) (original) United States (1985–present)Introduced1945; 78 years ago (1945),   Switzerland (original)1985; 38 years ago (1985),  United StatesDiscontinued1985; 38 years ago (1985),   Switzerland (original)MarketsWorl...

 

1979 American film by Robert M. Young Rich KidsTheatrical release posterDirected byRobert M. YoungWritten byJudith RossProduced byRobert AltmanGeorge W. GeorgeMichael HausmanStarringTrini AlvaradoJeremy LevyKathryn WalkerJohn LithgowTerry KiserDavid SelbyRoberta MaxwellPaul DooleyIrene WorthCinematographyRalf D. BodeEdited byEdward BeyerMusic byCraig DoergeProductioncompanyLion's Gate FilmsDistributed byUnited ArtistsRelease dateAugust 17, 1979Running time101 minutesCountryUnited StatesLangua...

 

Christian worship service on Easter Sunrise service in Rockland, Maine Sunrise service is a worship service specifically on Easter Sunday practiced by some Christian denominations, such as the Moravian Church.[1] The sunrise service takes place outdoors, sometimes in a park, and the attendees are seated on outdoor chairs or benches. In the Roman Catholic, Eastern Orthodox, Lutheran, and Anglican churches, this ordinarily takes the form of the Easter Vigil, which can begin in the late ...

Sala São Paulo. L'Orchestre symphonique de l'État de São Paulo (Orquestra Sinfônica do Estado de São Paulo), également connu comme Osesp, est le principal orchestre du Brésil. Il a été fondé dans la ville de São Paulo dans l'État de São Paulo en 1954 et depuis, il a joué des rôles de premier plan dans le scénario symphonique national et international. En dépit de cela, il a alterné entre périodes de succès et de grandes difficultés, ayant même paralysée ses ac...

 

Эта статья — о городском округе. О городе см. Кизляр. Городской округКизляр Флаг Герб 43°51′00″ с. ш. 46°43′00″ в. д.HGЯO Страна  Россия Субъект федерации Дагестан Включает 3 населённых пункта Адм. центр Кизляр глава городского округа Александр Ильич Шув...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!