Yelena Vladimirovna Zelenskaya (Kiyaşko) (6 fevral 1978, Krivoy Roq, Dnepropetrovsk vilayəti) — Ukrayna Respublikası Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı; Ukrayna Respublikasının birinci xanımı.[1]
Ailəsi
Yelena və Volodimir orta məktəbdə paralel sinifdə təhsil alıblar. Lakin onların tanışlığı bir qədər sonraya – tələbəlik dövrünə təsadüf edib. Həmin vaxt Volodimir Kiyev Dövlət İqtisad Universitetinin Krivoy Roq İqtisadi İnstitutun Hüquq fakültəsində, Yelena isə Texniki Universitetin İnşaat fakültəsinin birinci kursunda təhsil alırdılar.
İlk tanışlıqlarından 8 il sonra – 2008-ci ildə onların toyu olub. Hazırda bu ailənin 2 övladı – Aleksandra adlı qızı və Kiril adlı oğlu var.
Şəxsi həyatı
Həmişə gözdən uzaq bir həyat tərzi sürməyə üstünlük verən Yelenanın sosial şəbəkələrdə heç bir fərdi səhifəsi yoxdur.[1]
O, dəbdəbəli tədbirlərdə də iştirak etməyib[1]. Ukrayna telekanallarından birinə müsahibə verərkən həyat yoldaşının prezidentliyə namizədliyini dəstəkləmədiyini açıqlayıb[1]. Ancaq seçki prosesi zamanı bütün görüşlərdə həyat yoldaşının yanında olub[1].
İstinadlar