Volodimir Oleksandroviç Zelenski[5] (və ya Vladimir;[6]ukr.Володимир Олександрович Зеленський; 25 yanvar1978[1], Krivoy Roq, SSRİ[7][8][…]) — Ukrayna siyasətçisi, şoumeni, aktyoru, rejissoru, ssenaristi, prodüseri və bədii direktoru. 20 may 2019-cu ildən Ukrayna Respublikasının Prezidentidir. Zelenski 2015-ci ildə Xalqın xidmətçisi adlı televiziya serialında Ukrayna Respublikası Prezidenti olaraq yer almışdır.[9][10] Eyniadlı partiya həmin serialın istehsalçı şirkəti olan Kvartal 95 tərəfindən 2018-ci ildə quruldu.[11]
25 yanvar 1978-ci ildə Krivoy Roq şəhərində anadan olmuşdur. Atası Oleksandr Semenoviç Zelenski texniki elmlər doktoru, professor, kompüter elmləri şöbəsinin müdiridir.[12][13]
O, anası ilə 4 il Monqolustanın, Erdenet şəhərində yaşamış və orada birinci sinfi bitirmişdir.[14] Daha sonra ingilis dilini dərin öyrənmək üçün Krivoy Roq şəhərinə qayıdaraq buradakı 95 nömrəli məktəbdə təhsil almışdır.[14]
İncəsənət
Zelenski 2015-ci ildə "Xalqın xidmətçisi" adlı televiziya serialında Ukrayna prezidenti rolunu canlandırmışdır.[15] Həmin rol təxmini 30 yaşda olan və paylaşdığı populyar video ilə tanınaraq prezident seçkilərində qələbə qazanan tarix müəllimi idi.[9]
Siyasət
Zelenski 2013–2014-cü illərdə Avromeydan aksiyasını və Donbass müharibəsi vaxtı Ukrayna ordusunu dəstəkləmişdir.[15] 2014-cü ilin avqust ayında Ukrayna Mədəniyyət Nazirliyinin rus incəsənət adamlarının ölkəyə girişinə qadağa qoymasına qarşı çıxdı.[16] 2018-ci ildə başrolda yer aldığı romantik-komediya janrında olan "Böyük şəhərdə sevgi 2" filmi ölkədə qadağa olundu.[17]
Xalqın Xidmətçisi partiyası 2018-ci ilin mart ayında eyniadlı serialın istehsalçı şirkəti Kvartal 95 işçiləri tərəfindən quruldu.[18]
Zelenski 2019-cu ilin martında Der Spiegel jurnalına verdiyi müsahibədə "siyasətçilərə olan inamı yenidən bərpa etmək üçün siyasətə girdiyini", "profesional və düzgün insanları vəzifəyə gətirmək" və "siyasəti mümkün olan qədər dəyişmək" istədiyini dedi.[19]
Prezident seçkiləri
31 dekabr 2018-ci ildə yeni ildən bir neçə dəqiqə sonra Volodimir Zelenski "1+1" telekanalında ukraynalılara müraciət edərək Ukraynadakı 2019-cu il prezidentseçkilərində iştirak edəcəyini söyləyib.[15] Namizədliyini açıqlamamışdan altı ay əvvəl də Zelenskinin adı anketlərdə birinci yerdə idi.[15]
Şəxsi həyatı
Zelenski keçmiş məktəb dostu olan Olena Zelenskaya ilə 2003-cü ilin sentyabrında ailə həyatı qurdu.[14] Cütlüyün 2004-cü ilin 15 iyulunda Aleksandra adlı qızı, 2013-cü ilin 21 yanvar tarixində isə Krill adlı oğlu dünyaya gəlmişdir.[14]
Filmoqrafiya
Film
İl
Ad
2009
Böyük şəhərdə sevgi
2011
Ofis Romantikası. Vaxtımız
2012
Böyük şəhərdə sevgi 2
2012
Rjevski Napoleona qarşı
2012
8 ilk tarix
2014
Veqasda sevgi
2015
8 yeni tarix
Televiziya
İl
Ad
Qeydlər
2008–2012
Svaty
Prodüser
2015
Xalqın xidmətçisi
2016
Tantsi z zirkamy
TV layihələri
"Axşam rübündə"
"Mübarizə klubu"
"Cənab Cook"
"Ukraynada İlin mahnısı"
"Ofis romantikası"
"Fort Boyard"
"Ulduzlarla rəqs etmək"
"XƏBƏRLƏR"
"A-faktor"
"Gülüş liqası"
Şəkillər
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.