Yaponiyanın Antarktikadakı ərazi iddiaları - Yaponiya imperiyasının Antarktika ərazilərinə iddiası XX əsrin birini yarısında edilmişdir.
1910—1912 illərdə YaponiyaAntarktikaya ilk ekspedisiyasını leytenant Sirase Nobunun başçılığı ilə təşkil edir. 28 yanvar 1912 ildə[1] ekspedisiya 80°05’ cənub enliyi 156°37’ qərb uzunluğuna çatarkən onlar səyahətin davam etdirilməsinə hazır olmadıqlarını anlayırlar. Çatdıqları əraziləri Yamato Qar vadisi adlandlraraq Yaponiyanın mülkiyyəti elan edirlər.[2]
Hazırda Yaponiya bölgə üzərində heç bir ərazi iddiası irəli sürə bilməz. Ancaq rəsmi olmasa belə bu haqqda söz-söhbət gedir. Bölgədə qaz yataqlarının olması iddiaların güçlənməsinə səbəb olmuşdur. Ancaq Yaponiya qaz hasilatını həyata keçirən texnologiyaya sahib deyildir[5]