Böyük Britaniyanın Antarktika əraziləri

Böyük Britaniyanın Antarktika əraziləri
ing. British Antarctic Territory
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
Rəsmi dilləri
Paytaxt Rothera
II Yelizaveta
Sahəsi
 • Ümumi 1709400 km²
Əhalisi
 • Əhali 0 (elmi işçilər 3000) nəfər
Valyuta funt sterlinq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Böyük Britaniyanın Antarktika əraziləri (ing. British Antarctic Territory) — Antarktika ərazisində yerləşən və sahəsi 1,709 milyon km² əraziyə malik bölgəni əhatə edir. Bu əraziyə Britaniya iddia edir. 20° — 80° qərb uzunluqları arasında və 60°Cənub enliyindən Cənub qütbünə qədər olan əraziləri nəzərdə tutur.

Britaniya 1908-ci ildə əraziyə iddia qaldırmışdır. İlk əvvəllər Folklend adaları asılı əraziləri adlı ərazinin tərkibinə daxil idi. Hazırda isə asılı əraziyə Cənubi Şetlend adaları, Cənubi Orkney adaları, Antarktik yarımadası, Ueddell dənizi sahilləridə daxil olmaqla Cənub qütbünə qədər uzanır.

1 dekabr 1959-cu il Vaşınqtonda imzalanmış və 1961 ilin 23 iyunda qüvvəyə minən Antarktika haqqında konvensiyaya görə 60°Cənub enliyindən cənubda yerləşən ərazilərə olan ərazi iddiaları dondurulur. Bölgə silahsız zona elan edilir. Burada faydalı qazıntəların istifadəsi qadağan edilir. Elmi məqsədlər üçün isə açıq elan edilir.

IV bəndə əsasən[1] Britaniya bölgəyə olan iddiası qorunur. Bununla belə bu ərazilər Çili və Argentinanın iddia əraziləri ilə kəsişir.

Antarktik yarımadası və yaxınlığında yerləşən adalar insanların yaşayışı üçün əlverişlidir. Burada qütb stansiyaları fəaliyyət göstərir. Dekabrdan fevrala qədər yarımada və ətraf adalarda 3 min insan yaşayır. Onların böyük hissəsi Böyük Britaniya vətandaşlarıdır. Qışda isə 500–700 nəfər elmi işçi stansiyalarda yaşayır. Daimi əhalisi yoxdur. Turizm ancaq yay ayları mümkün olur.

İstinadlar

  1. "Antarktika haqqında konvensiya". 2015-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-11.

Mənbə

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!