Filmin baş prodüseri Mirşahin Ağayev isə bu iddiaları təkzib edib.[5] Təkzibdən sonra musavat.com və minval.az saytları yeni bir açıqlama yayaraq iddialarını yenidən təkrar ediblər.[6]
ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mais Məmmədov mövzu ilə bağlı açıqlamasında həm “Brest qalası”, həm də “Xoca” filmini dəfələrlə izlədiyini, “Xoca” filminin çəkilişlərində iştirak etdiyini söyləyərək, ortada heç bir plagiatlığın olmadığını bildirib.[7][8][9]
Daha sonra filmin rejissoru Vahid Mustafayev də plagiat iddiası ilə bağlı açıqlama verərək iddiaları təkzib edib.[10]
28 mart2013-cü ildə “Brest qalası” filminin müəllifi Aleksandr Kott öz kinoəsəri ilə “Xoca” fimi arasındakı “oxşarlıq” iddialarını şərh edərkən “Xoca” filminin yaradıcılarına qarşı məhkəmə iddiası ilə çıxış etməyəcəyini açıqlayıb.[11] Həmin gün Mais Məmmədov isə rus rejissorun "Xoca" ilə bağlı səsləndirdiyi fikirlər haqda danışmaq istəmədiyini bildirib.[12] Sabahsı gün, 29 mart 2013-cü ildə rus rejissorun "Xoca" filmi barədə heç vaxt heç bir açıqlama vermədiyi iddia olunsa da[13] elə həmin gün rus rejissorun açıqlamasını yayan sayt isə rejissorun həqiqətən də "Xoca" filmi ilə bağlı açıqlama verdiyi iddiasını bir daha təkrar edib və bununla bağlı "skrinşot" foto təqdim edib.[14][15]
Mustafayev, V. Vahid Mustafayev: “Xırda adamlar böyük kinodan danışmasınlar”: [“Xoca” filminin rejissoru Vahid Mustafayevlə müsahibə] /müsahibəni apardı Sevinc Mürvətqızı //525-ci qəzet.- 2013.- 2 mart.- S.8-9.