Xanlar Səfərəliyev

Xanlar Səfərəliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1885
Doğum yeri
Vəfat tarixi 26 sentyabr (9 oktyabr) 1907
Vəfat yeri
Partiya
Fəaliyyəti siyasətçi, sindikatçı[d]
Dini islam

Xanlar Həsən oğlu Səfərəliyev (1885, Qoçəhmədli, Cəbrayıl qəzası26 sentyabr (9 oktyabr) 1907, Bakı) — Fəhlə hərəkatının üzvü, Hümmət təşkilatının fəalı. 1938–2008-ci illərdə indiki Göygöl rayonu onun şərəfinə Xanlar adlanmışdır.[1]

Həyatı

Xanlar Səfərəliyev 1885-ci ildə Cəbrayıl qəzasının Qoçəhmədli kəndində anadan olmuşdur. İbtidai təhsilini Qarğabazar kənd məktəbində almışdı. 1900-cü ildə Bakı şəhərinə köçmüş, Bibiheybət neft mədənlərində, "Naftalan" zavodunda işləmişdi. Bakı proletariatının 1904-cü il dekabr tətilinin təşkilatçılarından olmuşdu. Birinci rus inqilabı dönəmində, (1905–1907-ci illərdə) RSDFP Bibiheybət rayon komitəsi və bolşevik "Hümmət" təşkilatının büro üzvü kimi fəhlələr arasında təşviqat və təşkilat işi aparmış, tətil hərakatına başçılıq etmiş, bolşevik qəzet və vərəqələrinin yayılmasında fəallıq göstərmişdi. 1907-ci ilin payızında "Naftalan şirkəti" fəhlələrinin tətilinə rəhbərlik etmişdi.

Xanlar Səfərəliyevin inqilabı fəaliyyəti neft sənayesi sahiblərini hiddətləndirmişdi. Abuzər bəy Aşurbəyov Dağıstandan qatil dəvət etmiş, Xanları öldürməyə görə böyük pul boyun olmuşdu. Şəmistan Xanları izləmiş, sevgilisi ilə görüşərkən arxadan vurmuşdu.[mənbə göstərin]

Xanların ölümü atası Həsən kişini sızlatmış, pəjmürdə etmişdi. Qoçu Əbdül Məmmədov dostu Qazıməmməd Ağasıyevi götürüb Dağıstana getmişdi. Şəmistanı toydan qayıdarkən yolda yaxalamışdılar. Şəmistan icazə alıb arvad-uşağını evə qoyub qayıtmışdı. Şəmistanla Qoçu Əbdül yüz metr ara qoyub üz-üzə dayanmışdılar. Püşkə görə ilk atəşi Qoçu Əbdül atmalıymış. Əbdül Məmmədov dayandığı məsafədən Şəmistanı alnın ortasından vurmuşdu. Şəmistanın qanlı köynəyini görən Həsən kişi kəndlisi Qoçu Əbdülün alnından öpüb demişdi ki, daha elə bilirəm Xanlar ölməyib.[mənbə göstərin]

Həmçinin bax

İstinadlar

  1. Ənvər Çingizoğlu, Qoçəhmədli kəndi, Bakı, "Şuşa", 2011.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!