Xəzər dənizçiləri (film, 1944)
Məzmun
Tammetrajlı sənədli filmdə müharibə dövrünün ən vacib kommunikasiyası olan Xəzər dənizinin müdafiəsində Xəzər dənizçilərinin qəhrəmanlığından, igidliyindən və qorxmazlığından bəhs olunur.
Filmin əvvəlki iki hissəsində Xəzərin sahilindəki dinc həyatdan, liman şəhərləri əhalisinin əməyindən, Lənkəranın subtropik plantasiyalarından, Türkmənistan pambıqçılarından, Xəzər dənizçilərinin istirahətindən, köhnə Bakının tarixindən, onun abidələrindən, şöhrətli Xəzər donanmasından-cəsur dənizçilərdən, gəmi təmirçilərindən, "qara qızıl"dan danışılır. Hitlerin Bakını almaq planını təsvir edən xarici kinoxronika göstərilir. Sonra filmdə Qafqaz dağlarından, Xəzər dənizində dənizçilərin müdafiədə necə durmalarından, cəbhəyə yanacaq və hərbi ləvazimat göndərilməsindən, Volqada, Həştərxanda bombardman zamanı yanğınların baş verməsindən, "Ağamalı oğlu" tankerinin düşmən təyyarələri tərəfindən bombalanmasından və s.-dən söhbət açılır. Film Qafqaz uğrunda döyüşlərin başlaması ilə qurtarır.
Filmin heyəti
Filmin üzərində işləyənlər
- Rejissor: Qriqori Aleksandrov, N. Bolşakov
- Ssenari müəllifi: Qriqori Aleksandrov, N. Bolşakov
- Mətnin Müəllifi: B. Aqapov
- Operator: Cavanşir Məmmədov, N. Bolşakov, Q. Donets, Vladimir Yeremeyev, Seyfulla Bədəlov
- Bəstəkar: Qara Qarayev
- Səs operatoru: V. Kotov, Y. Kaşkeviç
- Rejissor assistenti: Niyazi Bədəlov
Mənbə
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 83–84.
Həmçinin bax
|
---|
Operaları | | |
---|
Baletləri | |
---|
Müzikllar | |
---|
Kantata və oratoriyaları | |
---|
Orkestr üçün simfoniyaları | |
---|
Suitaları | |
---|
Solo alətlərlə orkestr üçün | |
---|
Kamera-instrumental ansamblları | |
---|
Fortepiano üçün | |
---|
Filmlər üçün yazdığı musiqilər | |
---|
Əsərlərindən istifadə edilən filmlər |
- Doğma xalqıma (film, 1954)
- 150 il. Mirzə Fətəli Axundov (film, 1962)
- Üçüncü simfoniya (film, 1968)
- Abşeron ritmləri (film, 1970)
- Dostluq himni (film, 1974)
- Əfsanələr aləmində (film, 1975)
- Nəğməkar torpaq (film, 1981)
- Əlvida, cənub şəhəri (film, 2006)
- 40-cı qapı (film, 2008)
- Həqiqətin özü (film, 2008)
- Ölüm növbəsi (film, 2009)
- Üfüqü ötənlər (film, 2011)
|
---|
İştirak etdiyi filmlər | |
---|
Haqqında çəkilən filmlər | |
---|
Bəstəkarın xatirəsi | |
---|
|
|