Xəbər agentliyi və ya informasiya agentliyi — xəbərləri toplayan və onları qəzetlər, jurnallar, radio və televiziya yayımçıları kimi özünə abunə olan xəbər təşkilatlarına satan təşkilat. Xəbər agentlikləri öz press-relizləri ilə tanınırlar.
Dünyada bir çox xəbər agentlikləri olmasına baxmayaraq, üç qlobal xəbər agentliyinin – "Agence France-Presse" (AFP), "Associated Press" (AP) və "Reuters"in dünyanın əksər ölkələrində ofisləri var, medianın bütün sahələrini əhatə edir və beynəlxalq xəbərlərin əksəriyyəti dünya qəzetləri tərəfindən çap olunur.[1]
Keçmişdə yalnız bir neçə böyük qəzet öz şəhərlərindən kənarda büroların xərclərini qarşılaya bilirdi. Onlar bunun əvəzində xəbər agentliklərinə, xüsusən də Fransada "Agence France-Presse" (AFP) və ABŞ-də "Associated Press" agentliyinə etibar edirdilər. AFP-nin keçmiş əməkdaşları 1851-ci ildə Britaniyada "Reuters", 1849-cu ildə isə Almaniyada "Wollfs"-un əsasını qoyublar.[2]
Bu agentliklər bütün abunəçilərə tək obyektiv xəbər lenti təqdim etmək kimi əsas fəlsəfə ilə fəaliyyətə başlamışdır. Conatan Fenbi fəlsəfəni belə izah edir:
1960-cı illərdən etibarən iri agentliklərə televiziya və jurnallarda yeni imkanlar yaradılmış və xəbər agentlikləri isə tələbatı daim artan görüntü və fotoların ixtisaslaşmış istehsalı ilə təmin olunmuşdur. Məsələn, onlar Fransada milli bazarın üçdə ikisini təşkil edir.[4]
1980-ci illərə qədər dörd əsas xəbər agentliyi - AFP, AP, UPI və "Reuters" bütün dünyada qəzetlər tərəfindən çap olunan xarici xəbərlərin 90%-dən çoxunu təmin edirdi.[5]
Hökumətlər, həmçinin, xəbər agentliklərinə nəzarət edə bilərlər. Çin ("Xinhua News Agency"), Rusiya (TASS), Türkiyə (Anadolu Agentliyi) və bir sıra digər ölkələrdə hökumət tərəfindən maliyyələşdirilən xəbər agentlikləri var. Bu agentliklər həmçinin, digər agentliklərin məlumatlarından da istifadə edirlər.[6]