Vladimir Şuvalov |
---|
rus. Владимир Шувалов |
|
Doğum tarixi |
11 avqust 1920(1920-08-11) |
Doğum yeri |
|
Vəfat tarixi |
7 yanvar 1992(1992-01-07) (71 yaşında) |
Vəfat yeri |
|
Vətəndaşlığı |
SSRİ |
Mövqeyi |
hücumçu |
|
1990
|
- ↑ Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
|
Vladimir İvanoviç Şuvalov (rus. Владимир Иванович Шувалов; 11 avqust 1920, Moskva – 7 yanvar 1992, Dnepr) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu, məşqçi. SSRİ idman ustası, RSFSR əməkdar məşqçisi (1964), Azərbaycan SSR əməkdar məşqçisi (1967).
Həyatı
Futbol oynamağa 1935-ci ildə Moskvanın gənclərdən ibarət "Snayper" komandasında başlayıb. Böyük Vətən Müharibəsində iştirak etmiş, II dərəcəli Vətən Müharibəsi ordeni ilə təltif edilmişdir.[1] Müharibə bitdikdən sonra Moskva "Dinamo"sunun əvəzedicilərdən ibarət komandasında oynayıb. 1947-1950-ci illərdə "Dinamo Minsk"in heyətində Yüksək liqada çıxış edib. 1951-ci ildə Qorki "Torpedo"sunun, 1952-ci ilə Aşqabad "Spartak"ının, 1955-ci ildə isə Stalinabad "Dinamo"sunun üzvü olub. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayıb.
1963-1964-cü illərdə "Dinamo Kirov"u çalışdırıb. Onun rəhbərliyi altında "Dinamo Kirovabad" 1965-ci ildə İkinci liqanın qalibi olaraq Birinci liqaya, 1967-ci ildə isə Birinci liqanın qalibi olaraq Yüksək liqaya vəsiqə qazanıb. Sonralar bir çox komandalarında baş məşqçi işləyib.
Vladimir Şuvalov 7 yanvar 1992-ci ildə Dnepropetrovskda vəfat edib. Sursko-Litovsk qəbiristanlığında dəfn edilib.[1]
Nailiyyətləri
Məşqçi kimi
Dinamo Kirovabad
- SSRİ İkinci liqasının qalibi: 1965
- SSRİ Birinci liqasının qalibi: 1967
Kuzbass
- SSRİ İkinci liqasının qalibi: 1972
İstinadlar