Virciniya Kartheyc şəhərinin yaxınlığında yerləşən İllinoysda Ceyms E. Çerrill və Blanş Uilkoksun ailəsində anadan olmuşdur. Müəyyən bir yaşa çatandan sonra o, Hollivuda gedir və təsadüfən boks yarışında Çarli Çaplinlə tanış olur. Virciniya onun diqqətini cəlb edir və Çaplin qızı "Böyük şəhərin işıqları" filmindəki kor gülsatan qız roluna dəvət edir. Lakin çəkilişlər zamanı onların münasibətləri elə də asan olmamışdı. Hətta Çaplin Virciniyanı çəkilişlər başlayandan bir neçə gün sonra qovmaq istəmişdi. Məşhur rejissorun fikri bu rola Corcio Heyli dəvət etmək idi. Amma artıq çəkilmiş səhnələrin yenidən çəkiləcəyi zamanı çoxlu vəsait xərclənəcəyini görən Çarli Çaplin Virciniyanı çəkilişlərə qaytarır.[4][5]
Virciniya Çerrill sonralar da bir neçə filmdə göründü. Lakin o, 1936-cı ildə öz kino fəaliyyətini dayandırır.
Virciniya 4 dəfə ərə getmişdi. Onun ikinci əri aktyorKeri Qrant (1934-1935)[6], üçüncü əri Cersinin 9-cu qrafı Corc Çayld-Villers (1937-1946) olmuşdur. Bu nikahın bağlanmasından sonra Virciniya qrafinya titulunu daşımışdı. 1948-ci ildə isə o, Florian Martiniyə ərə gedir. Virciniya həyatının sonuna qədər onunla birlikdə Santa-Barbarada ömür sürmüşdür. O, 14 noyabr1996-cı ildə elə həmin şəhərdə 88 yaşında vəfat etmişdir.
Virciniya Çerrill Hollivudun "Şöhrət xiyabanı"nda ulduza malikdir.