Vilyam Şarp
Vilyam Şarp (ing. William Forsyth Sharpe; 16 iyun 1934[1][2], Boston və ya Kembric, Massaçusets) — amerikalı iqtisadçı. Harri Markovits və Merton Millerlə birlikdə 1990-cı ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Maliyyə varlığının qiymətləndirmə modelini (ing. Capital Asset Pricing Model) meydana gətirənlərdən biridir. Riskə görə tənzimlənmiş investisiyaların qabiliyyətinin analizi üçün Şarp nisbətini meydana gətirmiş və seçim dəyərləndirilməsində istifadə olunan iki terminli seçim metodunun təkmilləşdirilməsində xidməti olmuşdur.
Həyatı
Vilyam Şarp 16 iyun 1934-cü ildə Boston şəhərində anadan olub.[3] 1951-ci ildə Berkli Kaliforniya Universitetinin tibb fakültəsinə qəbul olunsa da, təhsilinin ilk ilində fikrini dəyişdirərək Los Anceles Kaliforniya Universitetinə keçdi. Mühasibata qarşı marağı olmayan Vilyam Şarp iqtisadiyyat üzrə təhsil almağı qərarlaşdırdı. Universitetdə təhsil alarkən iki professordan təsirləndi: Armen Alçiyan və maliyyə professoru J. Fred Ueston.
Vilyam Şarp məzun olduqdan sonra 1956-cı ildə RAND Kooperasiyasında işləməyə başladı. Eyni zamanda Los Anceles Kaliforniya Universitetində Armen Alçiyanın elmi rəhbərliyində doktorluq dissertasiyasını müdafiə etmək üçün hazırlaşmağa başladı. Vilyam Şarp 1961-ci ildə Təhlükəsizlik bazarı xətti (ing. Security Market Line) növlərindən biri olan qiymətli kağızların tək faktorlu modeli nəzəriyyəsi ilə doktorluq dərəcəsinə yüksəldi.
Əsərləri
Məqalələri
- 1963 — Portfel analizi üzrə sadələşdirilmiş model. İdarə elmi. 9 (2): 277–93.
- 1964 — Kapital qiymətləri: Risk şəraitində bazarda tarazlıq nəzəriyyəsi. Maliyyə jurnalı. XIX (3): 425–42.
Kitabları
- 1970 — Vilyam Şarp. Portfel nəzəriyyəsi və kapital bazarı. (2000 təkrar çap) ISBN 0-07-135320-8.
- 1987 — Aktiv ayrılma alətləri. Elmi nəşriyyat.
- 1999 — İnvestisiya. (Qordon J. Aleksandr və Cefri Beyli ilə birlikdə). ISBN 0-13-010130-3.
- 2000 — İnvestisiyaların əsasları. (Qordon J. Aleksandr və Cefri Beyli ilə birlikdə). ISBN 0-13-292617-2.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
| |
---|
Lüğətlər və ensiklopediyalar | |
---|
|
|
---|
1969 – 1975 | |
---|
1976 – 2000 | 1976 - Milton Fridmen • 1977 - Bertil Ulin, Ceyms Mid • 1978 - Herbert Saymon • 1979 - Teodor Şults, Artur Lyuis • 1980 - Lorens Kleyn • 1981 - Ceyms Tobin • 1982 - Corc Stiqler • 1983 - Cerard Debre • 1984 - Riçard Stoun • 1985 - Franko Modilyani • 1986 - Ceyms Byukenen • 1987 - Robert Solou • 1988 - Moris Allays • 1989 - Trüqve Hovelmu • 1990 - Harri Markovits, Merton Miller, Uilyam Şarp • 1991 - Ronald Kouz • 1992 - Hari Bekker • 1993 - Robert Fogel, Duqlas Nort • 1994 - Con Xarsani, Con Neş, Reynhard Zelten • 1995 - Robert Lukas • 1996 - Ceyms Mirrlis, Uilyam Vikri • 1997 - Robert Merton, Mayron Şoulz • 1998 - Amartya Sen • 1999 - Robert Mandell • 2000 - Ceyms Hekman, Deniel Makfadden |
---|
2001 – indi | 2001 - Corc Akerlof, Maykl Spens, Cozef Stiqlits • 2002 - Deniel Kaneman, Vernon Smit • 2003 - Robert İnql, Kliv Qrendjer • 2004 - Finn Kidland, Edvard Preskott • 2005 - Robert Aumann, Tomas Şellinq • 2006 - Edmund Felps • 2007 - Leonid Qurvits, Erik Meskin, Rocer Mayerson • 2008 - Pol Kruqman • 2009 - Elinor Ostrom, Oliver Uilyamson • 2010 - Piter Daymond, Deyl Martinsen, Xristofor Pisserides • 2011 - Tomas Sercent, Xristofor Sims • 2012 - Elvin Rot, Lloyd Şepli • 2013 - Lars Piter Hansen, Robert Şiller, Yucin Fama • 2014 - Jan Tirol • 2015 - Enqus Diton • 2016 - Oliver Hart, Benqt Holmström • 2017 - Riçard Taler • 2018 - Uilyam Nordhos, Pol Romer • 2019 - Abirjit Banerji, Ester Düflo, Maykl Kremer |
---|
|
|