Edmund Felps

Edmund Felps
ing. Edmund Strother Phelps, Jr.
Doğum tarixi (91 yaş)
Doğum yeri İllinoys, ABŞ
Milliyyəti ABŞ ABŞ
Elm sahəsi iqtisadiyyat
Elmi dərəcəsi
İş yerləri Kolumbiya Universiteti, Pensilvaniya Universiteti, Yel Universiteti, Kovles fondu
Təhsili
Elmi rəhbərləri Ceyms Tobin[4]
Tanınır Makroiqtisadiyyatmikroiqtisadiyyatın əsasları, Ödəmə və qiymət gözləntilərinin təsirləri, Təbii işsizlik nisbəti, Qızıl qayda qənaət nisbəti.
Üzvlüyü
Mükafatları Nobel mükafatı 2006 İqtisadiyyat üzrə Nobel mükafatı, 2008 Beynəlxalq İqtisadiyyat mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Edmund Felps (ing. Edmund Strother Phelps, Jr.) (26 iyul 1933[5][6][…]) — amerikalı iqtisadçı. 2006-cı ildə İqtisadiyyat üzrə Nobel mükafatını qazanmışdır. 1982-ci ildən bəri Kolumbiya Universitetində professor olan Felps, eyni zamanda Kolumbiyada Kapitalizm və Cəmiyyət Mərkəzinin direktorudur.

Həyatı

Edmund Felps İllinoysda doğulub. O, 6 yaşında olarkən ailəsi Felpsin məktəb illərini keçirəcəyi Nyu Yorka köçüb. 1951-ci ildə Ali təhsil almağa Amherst Kollecində başlamışdır. Atasının tövsiyəsi ilə, Amherstdəki ikinci ilində ilk iqtisadiyyat üzrə dərsdə iştirak etmişdi. Ceyms Nelsonun verdiyi dərs, Pol Samuelsonun məşhur kitabına əsaslanırdı. Bu dərsdən olduqca təsirlənən Felps, bundan qısa müddət sonra mövcud nəzəriyyənin həll edə bilmədiyi əhəmiyyətli bir problemin, mikroiqtisadiyyatmakroiqtisadiyyat arasındakı mövcud boşluğun fərqinə vardı.

1955-ci ildə fakültədən məzun olduqdan sonra, magistr təhsil üçün Yel Universitetinə keçmişdir. Buradakı professorlar, İqtisadiyyat üzrə Nobel mükafatı sahibləri Ceyms TobinTomas Şellinq iqtisadiyyatın qabaqcıl alimləri idi. Felps eyni zamanda Uilyam Fellner və Henri Ualliçdən də təsirlənmişdir. Edmund Felps 1959-cu ildə Yel Universitetində doktorluq dərəcəsinə yüksəlmişdir.

Əsərləri

  • Phelps, Edmund S. (1961). "The Golden Rule of Capital Accumulation". American Economic Review 51: 638–643.
  • Phelps, Edmund S. (1966). Golden Rules of Economic Growth: Studies of Efficient and Optimal Investment. W. W. Norton, New York. ISBN 0-393-09708-0.
  • Phelps, Edmund S. (1966). "Models of Technical Progress and the Golden Rule of Research". Review of Economic Studies 33: 133–146.
  • Phelps, Edmund S. (1968). "Money-Wage Dynamics and Labor Market Equilibrium". Journal of Political Economy 76: 678–711.
  • Phelps, Edmund S. et al. (1970). Microeconomic Foundations of Employment and Inflation Theory. W. W. Norton, New York. ISBN 0-393-09326-3.
  • Phelps, Edmund S. (1972). Inflation Policy and Unemployment Theory. W. W. Norton, New York. ISBN 0-393-09395-6.
  • Phelps, Edmund S. (1972). "The Statistical Theory of Racism and Sexism". American Economic Review 62: 659–661.
  • Phelps, Edmund S. and John B. Taylor (1977). "Stabilizing Powers of Monetary Policy under Rational Expectations". Journal of Political Economy 85: 163–190.
  • Phelps, Edmund S., Roman Frydman et al. (1983). Individual Forecasting and Aggregate Outcomes: 'Rational Expectations' Examined. Cambridge University Press. ISBN 0-521-25744-1.
  • Phelps, Edmund S. (1994). Structural Slumps: The Modern Equilibrium Theory of Employment, Interest and Assets. Harvard University Press. ISBN 0-674-84373-8.
  • Phelps, Edmund S. (1997). Rewarding Work: How to Restore Participation and Self-Support to Free Enterprise. Harvard University Press. 9780674026940.
  • Phelps, Edmund S. (2003). Designing Inclusion. Cambridge University Press. ISBN 0-521-81695-5.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!