Vilyam Stenli Cevons 1835-ci ildə Liverpul şəhərində anadan olmuşdur. O, İngiltərədə faydalılıq həddi nəzəriyyəsinin banisi olmuşdur. Qossen və Avstriya məktəbinin nümayəndələrindən fərqli olaraq Cevons hesab edirdi ki, subyektiv faydalılığın kəmiyyətcə müəyyən olunması və qiymətləndirilməsi yalnız əmtəə, xidmət və istehsal vasitələrinin bazar qiymətində təzahür edə bilməsidir. O, "fərqsizlik qanununu" yaradır. Bu qanuna görə "eyni bir bazarda, eyni bir vaxtda, eyni bir məhsula iki müxtəlif qiymət ola bilməz". Cevons 13 Avqust 1882-ci ildə vəfat etmişdir.