Staqflyasiya (ing. stagflation) — inflyasiya və işsizliyin eyni anda baş verməsi halını ifadə edir. Bu zaman iqtisadi inkişaf yavaşlamağa və işsizlik səviyyəsi yüksəlməyə başlayır.[1] Başqa perspektivdən, bir iqtisadiyyatda inflasiya yüksəkdirsə buna baxmayaraq iqtisadiyyat böyüyə bilmirsə, yəni sıfıra yaxın real böyümə müşahidə edilirsə, o iqtisadiyyatda staqflyasiya (inflasiya içində durğunluq) halının mövcudluğu güman edilir.[2]
Mənbə
- ↑ "Makroiqtisadiyyat" Rudiqer Dornbuş, Stenli Fişer, Riçard Stars(tərcümə:S.Adıgözəlov, A.Qasımov) 2015, s 611
- ↑ Nicat Muradzadə. "İqtisadi böhran terminologiyasından 7 seçmə". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-06.
Həmçinin bax