18. əsrin ortalarında, Şimali Amerika'ya Avropa'dan o qədər çox miqrant gəlmişdi ki şimalşərqdəki ilk müstəmləkə torpağları dolmuşdu. Şəhərlər, koloniyalar və müstəmləkələr artıq nüfusu yerləşdirə bilmirdi. Yaşamaq üçün gələnlər qərbə, Apalaş Dağları'nın kənarında bilinməyən yerlərə getməyə qorxduğlarına görə yerləşmə çətin inkişaf edirdi. Bu səbəbdən, 1803'cü ildə, Amerika hökuməti Louisiana əyalətini Fransa'dan satın aldı. Bu Zamanda Amerika prezidenti Tomas Cefferson, Mississippi'nin kənarındakı yerləri kəşfetmək üçün tez bir səfər başlatdı. Məqsəd, Qızıldərililər və Meksikalılar ilə ticarət imkanlarını dəyərləndirməkdi; ama Sakit Okean'a gedən bir yol tapılması da istənilirdi. Beləliklə Amerika iqtisadiyyatı güclənəcək, yeni əyalətlər əldə edəbiləcək və hər sahədə güclənməyi ümid edirlərdi.
Səfərin liderləri, prezidentin xüsusi katibi Meriwether Lewis və leytenant William Clark idi. Lewis ləvazümatların seçimini edərkən,Clark adamları təyin etdi və onlara səyahət haqqında təhsil verdi.30 adamdan ibarət,"Səyyah Qitəsi" adlandırdıqları ekipaj 14 May 1804'-cü ildə Missouri Çayın'dan sevinclə yola qoyuldu.Tüfəng,dərman və ərzaq xaricində,özləri ilə Qızıldərililərə hədiyyə etmək üçün çoxlu sayda bəzək əşyasıda götürmüşdülər.
Yeni ərazilərin kəşfi
İki lider yol boyunca gördükləri çox sayda bitki və heyvan növlərinə öz müşahidələrini kitablarında qeyd etdilər. Lewis çox pis hava şərtlərindən və ekipaj gündüz və gecələrini narahat edən ağcaqanadlar`dan şikayət edirdilər. On bir həftə sonra Avto, Missuri və Omaha qızıldərili qəbilələriylə qarşılaşdılar. Bir-birlərinə hədiyyələr təqdim etdikdən sonra sülh və müqavilələr imzaladılar. Daxili düzənliyə çıxdıqda, "Teton Siu" qrupuna rast gəldilər ki, bu qəbilə sülh mərasiminə qatılmadan öz torpaqlarını keçməyə imkan vermədi. Bu gün Şimali Dakota sərhədləri içərisində olan bir əraziyə gəldikləri zaman düşərgə qurdular. Onlar sərt qışı burada "Mandan Qızıldərili Qəbiləsi" ilə keçirdi. Yazda onlar yenidən Missouri'nin yuxarı hissələrinə doğru yola çıxdılar.
Axıntılar getdikcə güclənib səyahəti çətinləştirdisə də, May'ın sonunda qarlarla örtülü, heybətli Qayalı Dağlar göründü. Burada boz ayılarla qarşılaşdılar; davamlı olaraq ekipaja hücum edən bu iri heyvanların gücü və vəhşiliyi qarşısında heyrətə düşdülər. Daha sonra, yollarına davam etmələrinimaneolan Missuri'dakı "Büyük Şəlalələr"'in ətrafından keçən bir yol tapmaları lazım gəlirdi. Ləvazümatlarışəlaləninətrafındankecmək işi təxmini 1 ay çəkdi və adamları çox yordu.Avqustda"Şoşon Qızıldərililər"inin ərazilərinədaxil oldular və Qayalı Dağlar'ın yüksəkliklərini yanlış təxmin etdiklərindən çətinliklərlə qarşılaşdılar.Ancaq, ekipajdakıKanadalı tərcümanın "Şoşon Qızıldərilisi" olan arvadı Sacagewea onlara kömək etdi.Sacagewea, ekipaja "Lemhi Keçidini"ni yol göstərərək "Kolumbiya Çayı"nagedən yola çıxmalarına şərait yaratdı.Ekipaj, Sacagewea'nınxalqıylatəmasagirib,səyahətlərinə davam etmək üçün onlardan yeni və güclü atlar aldılar.
Evə qayıdış
Qayalı Dağlar'ın qərbi çox dik idi; yol tez-tez şəlalə və sürüşkən qayalar tərəfindən kəsilirdi. Ərzaq azalmışdı. Gecələr çox soyuq keçirdi.Qızıldəriliqəbilələrin ərazilərindən keçərək nəhayət"Kolumbiya Çayı"na çatdılar.Çay boyunca kürək çəkdilərvə7Oktyabrgünü Sakit Okean'a yaxınlaşdığlarını başa düşdülər. Qarşılarındakı son təpəyə çıxıb aşağıya baxdıqda okeanın uzanmaqda olduğunu gördülər. Axırkiməqsədlərini çatmışlardı. Orayla əlaqəli maraqlı hadisələri qeyd etdilər,şəkillər çəkdilər. Hava, pisləşməyə başlayanda geri dönüş üçün hazırlıqlarabaşladılar.
Qayıdış hazırlığı üçün, "Tlatsup Qalası" adlandırdıqları bir düşərgə qurdular. Olduğları ərazidənokeanı görəbildiylərinə görə,keçən bir gəmini dayandırıb özlərini geriyə aparmaqlarını istəyə bilərdilər. Ancaq, heçbir keçən bir gəmi olmadğından 23 Mart günündə hazırlanaraq St.Louis'yə qayıdış səyahətinə başladılar.Buqayıdış altı ay keçdi. Bu dəfə yolu bilirdilər,ancaq yenədə qayıdış yorğun keçdi.Bir qızıldərili qəbilə tərəfindən hücuma məruz qaldılar. Çətin günlərdən sonra, 20 Sentyabr1806-ci ildə bir Fransız qəsəbəsinə çatdılar. İki il qədər uzun müddətdən sonra, ilk dəfə Avropalı insanlar görmüşdülər. 23 Sentyabr 1806-ci ildə nəhayət St.Louis'yə çatdılar.12.000 km yol qət etdilər. Səyahətə başlamalarından uzun müddət keçdiyindən, yerli xalq onların öldüklərini zənn edirdilər. Halbuki səyahət tam uğurla yerinə yetirilmişdi. İlk öncə,qitənin digər ərazilərinə və Sakit Okean'a keçid imkanı verən,qərbə çıxışı olan bir yol kəşf etmişdilər. Həmçinin,qızıldərililərlə müsbət əlaqələr yaradıb,yeni ticarət yolları qazandırmışdılar. Təbii ki,bunu Amerika üçün böyük uğur hesab etmək olar.