Vilyam Barton (ing. William Barton; 11 aprel 1754[1], ABŞ – 21 oktyabr 1817[1], Pensilvaniya) — amerikan botaniki, heraldikaçı. Çarls Tomsonla birlikdə ABŞ gerbinin dizayneri.
Həyatı
Vilyam Barton 11 aprel 1754-cü ildə Filadelfiyada anadan olmuşdur.
ABŞ Konqresi onu 1782-ci ildə "Böyük Amerika Milli Möhürü"nə təklif verməsi üçün seçmişdir. Beləliklə o, 13 pilləli piramidanın üstündə göz parıldayan və çevrəsinə latınca "Annuit Coeptis" (azərb. "Tanrı Başlanğıcı Dəstəkləyər") ilə "Novus Ordo Seclorum" (azərb. "Yeni Dünyəvi Nizam") yazılmış emblemi hazırlayaraq təhvil vermişdir.
21 oktyabr 1817-ci ildə Lankasterdə vəfat etmişdir.
İstinadlar
- ↑ 1 2 3 4 William Barton (heraldist) // SNAC (ing.). 2010.
Xarici keçidlər