Viktoriya abidəsi (ing. Viktoria Memorial) — İngiltərənin paytaxtı London şəhərində yerləşən abidə və ya heykəl. Bukingem sarayının ön cəbhəsində yerləşir.
Abidənin tikilməsinə 1901-ci ildə başlanmışdır. Memarı Tomas Brokdur.
Abidə 1911-ci ildə tamamlanmış və 16 aprel tarixində açılmışdır. Ətrafı memar Aston Ueb tərəfindən 2.300 ton ağ mərmərdən hazırlanmışdır.
Abidə kraliça Viktoriyanın üzü şimal-qərbə baxan ageniş heykəlini ehtiva edir. Abidənin bir tərəfində şimal-qərbdəki Yaşıl parka baxan ədalət mələyi yerləşir. Dürüstlük mələyi isə cənub-şərqdəki Bukinqem sarayına baxır. Abidənin təpə nöqtəsinə yerləşdirilmiş iki fiqur isə Yeni Zellandiya xalqı tərəfindən hədiyyə olunmuşdur.
Bu abidə Böyük Britaniyanın dəniz gücünü ifadə edir.