Viktor-Viorel Ponta (d.20 sentyabr 1972) — Rumıniya siyasətçisi, hüquqşünas. 2012-ci ilin may ayında prezident Trayan Besesku tərəfindən Rumıniyanın Baş Naziri təyin edilib. Sosial-Demokrat Partiyasının üzvü və 2010-cu ildən onun lideridir. 2004-cü ildən parlamentin üzvüdür. 2008–2009-cu illərdə Emil Bekin kabinetində parlamentlə əlaqılər üzrə nazir vəzifəsini tutub.