Dostları arasında "Butsa" kimi tanınan Corbenadze 28 iyul 1925-ci ildə Xarkovda anadan olub, atası Nikoloz Corbenadze isə Qırmızı Orduda xidmət edib. 1928-ci ildə Samtrediaya köçən Corbenadzenin anası Lübov Sanadze ölkənin aparıcı mama həkimlərindən biri olub. Anasının statusu Corbenadzeyə musiqi və xarici dillər üzrə fərdi repetitorlardan təhsil ala bilmək imkanını verib.
O, 1940-1946-cı illərdə Tbilisidə Gürcüstan Texniki Universitetində memarlıq fakültəsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra, 1952-1956-cı illərdə Moskvada Dövlət Layihə İnstitutuna ("Qiproqor") daxil olmazdan əvvəl (1946-1952) o, Samtredia Kənd Təsərrüfatı Nazirliyinin layihə-tikinti şöbəsində işləmiş və stalinist memar Mixail Parusnikovun şagirdi olmuşdur.
Şəxsi həyatı
Corbenadzenin həyatı boyu Tiflis mədəniyyət səhnəsinin böyük simaları ilə, o cümlədən Nato Vaçnadze, Yuri Meçitov və Sergey Paracanovla sıx əlaqələri olub. O, heç vaxt evlənməyib. Onun Paracanovla (1973-cü ildə həbs olunub) olan yaxın dostluğu onlar haqqında müxtəlif şayiələrin yayılmasına səbəb olub.
Demensiya və emfizemadan əziyyət çəkən Viktor Corbenadze 1999-cu ildə Tiflisdə vəfat edib. Arxivi və mülkü onun uzaq qohumu İrakli Kovzanadzeyə miras qalıb. Corbenadze Muxatqverdi qəbiristanlığında dəfn olunub.
Karyerası
1957-ci ildə Tbilisiyə qayıdan Corbenadze , əvvəlcə Tbilisinin Kalinin rayonunun (indiki Mtatsminda, Sololaki və Rustaveli prospektlərinin bir hissəsini əhatə edir) baş memarı vəzifəsində, sonra isə Tbilisi icraiyyə komitəsinin layihə və smeta bürosunda çalışıb. 1959-cu ildən o, TbilQalaqProekt (Tbilisi Şəhər Layihəsi) bələdiyyə planlaşdırma və layihələndirmə emalatxanasında işə başlamış və bütün karyerası boyu burada çalışmışdır.[2] Memarlıq və planlaşdırma ilə yanaşı, Corbenadze gürcü memarlıq tarixinə də böyük maraq göstərirdi. O, hər zaman tarixi binaların qorunmasının tərəfdarı idi və öz vəsaiti hesabına ölkəni gəzərək abidələri sənədləşdirirdi.[3]
Bələdiyyə emalatxanası ilə bir neçə qəbiristanlıq layihəsində əməkdaşlıq etdikdən sonra, Corbenadze, Tbilisinin kənarında, qədim paytaxt Mtsxetaya baxan silsilədə, Muxatqverdidə qəbiristanlıqda meamrlıq layihəsi üçün ona tapşırıq verildi. Bu tapşırıq, həm Tbilisinin mərkəzi qəbiristanlıqlarında izdihamın aradan qaldırılması üzrə praktiki mandatın, həm də gürcü pravoslav əhalisi arasında dünyəvi dəfn mərasimlərini təbliğ etmək üçün idi.[4] Onun dizaynları (ofis, xatirə məkanı və abidə emalatxanası daxil olmaqla) Le Korbuzyenin Ronşandakı Notre Dame du Haut əsərini çəkərək yerli memarlıq ictimaiyyətində ona "Korbuzyer" ləqəbini qazandırdı.[5] Qəbiristanlıqdakı tikinti işləri 1974-cü ildə başa çatdı.
TbilQalaqProekti həmkarı Keto Kobaxidze ilə işləyən Corbenadze öz üslubunu növbəti layihəsində - gürcü şairi İlya Çavçavadzenin doğulduğu yerdə kiçik muzeydə dah da təkmilləşdirdi. 1979-cu ildə tamamlanan bina Corbenadzenin təmiz, heykəltəraş eksteryerini və vitrajlarla işıqlandırılmış axarlı interyerini nümayiş etdirir. Eyni zamanda Corbenadze şedevr layihəsi olan Tiflisdəki Nikah sarayı üçün yeni planlar hazırlayırdı. 1960-70-ci illərdə Tiflisdə bir neçə nikah sarayı var idi, onlar demək olar ki, ya tarixi binalarda, yeni yaşayış binalarının birinci mərtəbəsində yerləşirdi. Bu binalarda dekorativ elementlər olsa da, belə qurumlar adətən qeydiyyat şöbələri sayılırdı və burada keçirilən nikah mərasimlərinə bayram abu-havası vermirdi. Corbenadze gürcü kilsə memarlığının elementləri: freskalar, zəng qülləsi, yüksək daxili məkanları özündə birləşdirən möhtəşəm nikah sarayının dizaynını təklif etdi. Bu elementlər bələdiyyə orqanlarının etirazlarına səbəb oldu. Eduard Şevardnadze isə Corbenadzenin layihəsini dəstəklədi. Sarayın tikintisə 1979-cu ildə başlandı. Açılış mərasimi isə 1984-cü ildə keçirildi.[6]
1990-cı ildə Gürcüstan Sovet İttifaqından ayrıldığını elan etdikdən sonra Gürcü Pravoslav kilsəsi Tiflisdə yeni milli kilsə memarlığı üçün müsabiqə elan etdi. Corbenadze və həmkarı Şota Kavlaşvili radikal, postmodern dizayna üstünlük verdilər. Lakin Gürcüstan Memarlar İttifaqı sədrinin Patriarx II İlyanın şəxsi təsdiqinə baxmayaraq, layihə Arçil Mindiaşvilinin Sameba Üçlük Kafedralı planı lehinə rədd edildi. 1990-cı illərdə, ölkədəki vətəndaş iğtişaşları və iqtisadi çöküş Corbenadzeyə başqa binaları tamamlamağa imkan vermədi.
↑"Zapiska otdela propagandy i agitatsii TsK ‘o merakh po usileniiu bor’by protiv vrednykh traditsii, obychaev, obriadov, prazdnikov i povsemestnom vvedenii novykh – sovetskikh, sotsialisticheskikh," sšssa (II), f. 14, op. 49, d. 451, l. 13.
↑interview with architect Vazha Orbeladze, 12 January 2016 (Angela Wheeler and Vladimer Shioshvili)
↑Vardosanidze, L. (1987). "On One Public Building." Literaturuli Sakartvelo (Literary Georgia); Davitaia, V. (1987). "One One Public Building: Response." Literaturuli Sakartvelo (Literary Georgia)(9)