Təntənəli mərasimlər sarayı və ya Nikah sarayı (gürc. ქორწინების სახლი) — 1985-ci ildə Tbilisi şəhərində memarlar Viktor Corbenadze və Vaji Orbeladzenin layihəsi əsasında bionik memarlıq üslubunda inşa edilmiş saraydır.[1]
Tarixi
Binanın inşasına 1980-ci ildə Viktor Corbenadze və Vaji Orbeladzenin[1] layihəsi əsasında başlanılmış və inşaat işləri 1985-ci ildə tamamlanmışdır. Bina ilkin olaraq təntənəli nikah mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuşdur.
Gürcüstanın SSRİ tərkibindən çıxmasından sonra saray istifadəsiz və tərk edilmiş vəziyyətdə qalmışdır.[1][2] 2002-ci ildə iş adamı Badri Patarkaçişvili sarayı alaraq yaşayış binasına çevirmişdir. Bundan sonra saray sahibinin adı ilə həm də Arkadi sarayı ilə tanınmağa başlamışdır. 2008-ci ildə vəfat edən Patarkaçişvili sarayın bağında dəfn edilmişdir.[1][3]
Memarlıq xüsusiyyətləri
Sarayın memarlıq üslubunu tez-tez müasir kilsə memarlığı ilə müqayisə edirlər.[4] Məsələn, "Citizen K" jurnalınının baş redaktoru Frederik Şoben yazır: "Tbilisidəki Təntənəli mərasimlər sarayı sanki illüzor dünyadan gəlmiş kafedraldır."[1] Mütəxəssislər Corbenadze və Orbeladzenin sarayın inşası zamanı istifadə etdikləri stilistik həlləri, Le Korbuzye və Oskar Nimeyer modern kafedral tikililəri ilə müzakirə edirlər.[1][4]
Həmçinin binanın inşası zamanı bionik memarlığın əll yollarından da istifadə edildiyi qeyd edilir.[2]
İstinadlar
Ədəbiyyat
- Архитектура Тбилиси / Квирквелия Т. Р. — М.: Стройиздат, 1984. — 311 с. — 17 500 экз.