Vampirin gündəlikləri teleserialının IV mövsümünün çəkiləcəyi CW tərəfindən 3 may 2012-ci ildə, serialın üçüncü mövsümünün başa çatmasından yeddi gün əvvəl elan edilmişdir. Üçüncü mövsümdən fərqli olaraq, böyük TV şoularla rəqabətdən qaçınmaq üçün dördüncü mövsüm sentyabrda yox, 11 oktyabr 2012-ci ildə efirə verilmişdir. Serialın digər mövsümlərindən fərqli olaraq, dördüncü mövsüm 22 yox, 23 seriyadan ibarətdir. İkinci mövsümün finalında öldürülən Metyu Devisdən başqa (o, iki, iyirmi iki və iyirmi üçüncü seriyalarda qonaq aktyor olmuşdur), əvvəlki mövsümlərdə iştirak etmiş bütün aktyorlar bu mövsümdə seriala qayıtmışdır.
11 yanvar 2013-cü ildə İlk doğulmuş vampirlərin keçmişindən bəhs edən və "Vampirin gündəlikləri" serialının spin-offu (törəmə) olan “İlk doğulmuşlar” serialının da çəkiləcəyi elan edilmişdi.[4] 26 aprel 2013-cü ildə CW TV “İlk doğulmuşlar”ın tam mövsümü əhatə edəcək serial olacağını və növbəti payızda efirə veriləcəyini açıqlamışdı.
11 fevral 2013-cü ildə CW TV "Vampirin gündəlikləri" teleserialının beşinci mövsümünün çəkiləcəyini elan etmişdi.[5]
3 may 2012-ci ildə CW TV "Vampirin gündəlikləri" serialının dördüncü mövsümünün çəkiləcəyini elan etmişdi.[6][7] Digər mövsümlərdən fərqli olaraq dördüncü mövsüm 11 oktyabrdan efirə verilmişdi.[8] Kevin Vilyamson, Culi Plek, Lesli Morgenşteyn və Bob Levi dördüncü mövsümün əsas icraçı prodüserləri olmuşlar. Dördüncü mövsümün finalı 16 may 2013-cü ildə olmuşdur.
Dördüncü mövsümün əsas ulduzları Yelena Gilber və Ketrin Pirs obrazlarını canlandıran Nina Dobrev, Stefan Salvatore rolunda Pol Uizli, Stefan Salvatore rolunda Yan Somerhalder, Ceremi Gilbert rolunda Stiven R. MakKuin, Boni Bennet rolunda Kat Qrehem, Keralayn Forbs rolunda Kendis Akkola, Met Donovan rolunda Zak Roeriq, Tayler Lokvud rolunda Maykl Trevino, Klaus rolunda Cozef Morqan, Rebeka rolunda Klayr Holtdur.
7 avqust 2012-ci ildə Foebe Tonkin və Todd Vilyamsın müvəqqəti obrazları canlandırmaq üçün, dördünü möcsümdə seriala qoşulacaqları elan edilmişdi. Foebe Tonkin Taylerin rəfiqəsi olan canavar adam Heylini canlandırmışdı. Todd Vilyams isə vampir ovçusu olan Konnor rolunu oynamışdı.
Olimpiya gimnastı Qebbi Duqlas “Qardaşımın mühafisəçisi” seriyasında Mistik Fols Gözəllik Yarışması səhnəsində könüllü dekorator kimi çalışmışdır. CW TV-nin saytında yayımlanmış müsahibədə Duqlas çəkiliş prosesindən təəssüratlarını bölüşmüşdür.
On üçüncü seriyada çəkilmiş Çarli Byuli vampir ovçusu Von obrazını, Kamilla Quati isə Professro Şeynin ölmüş arvadı Keytlini canlandırmışdır.[9]
2013-cü ilin fevralında Daniella Pinedanın “lk doğulmuşlar” adlı iyirminci seriyada cadugər Sofi rolunu canlandıracağı elan edilmişdi. Planlaşdırılan “İlk doğulmuşlar” serialına keçid rolunu oynayan bu seriyada əsas hadisələr Nyu Orleanın Fransız Məhəlləsində baş verir.
Ceremi barda yeni vampirləri öldürür. Cereminin onları öldürməsi üçün Klaus yeni vampirlərə Metə hücum etməyi əmr edir. Met yaralanır və onlar Ceremi ilə birgə qaçırlar. Yelenanın mane olmasına kimi vampirlər onlara hücum edirlər. Onlar göldəki evə gəlirlər. Növbəti gün Yelena günahsız insanlardan istifadəyə görə Deymonu danlayır. Onlar müəyyənləşdirirlər ki, vampirlər şəhərə geri dönüblər və Deymon Ceremiyə deyir ki, işini tamamlamaq daha asan olacaq. Rebeka Stefanın yanına gələrək planı olduğunu deyir: Saylasın baş daşını oğurlaya bilmək üçün Şeyni onlarla birlikdə işləməyə məcbur etmək. Şerif Forbs şəhərə qayıdır və Şeyni həbs edir. Deymon və Ceremi bara gəlir və vampirlərin artıq Kol tərəfindən öldürüldüklərini görürlər. Kol bildirir ki, uzun müddət əvvəl o, Saylasın kultunu məhv edib və onun yenidən dirilməsinə imkan verməyəcək. Kol Cereminin qolunu qopartmağa çalışsa da, Deymon buna mane olur. Boni atası ilə söhbət edir və atası ona deyir ki, Şeyn zəif iradəli insanlarla manipulyasiya edən insan tiplərindəndir. Şeyn dinləmə otağında Boni ilə danışır və keşişin törətdiyi partlaşıy hadisəsini boynuna alaraq, ona təsir etdiyini etiraf edir. Yelena Klausun yanına gedərək ondan Kolun hücumlarını dayandırmasını xahiş edir. O, xatırladır ki, onların hər ikisi dərmanı tapmağa çalışır, Klaus Kolu çağırır və sakit şəkildə Ceremidən uzaq durmasını tapşırır. Buna baxmayaraq Kol Deymonu tutaraq əziyyət verir və Ceremini ələ keçirməyə çalışır. Şeynin iş yerində daşı axtaran Rebeka və Stefan keçmiş münasibətlərini xatırlayırlar. Boni Şeyndən törətdiyi kütləvi qətlin səbəbini soruşur və o, bunun Saylasın dirildilməsi üçün bir qurban olduğunu deyir. Şeynin nənəsi haqqında xatırlatmasından əvvəl Boni onu dinləməyə etiraz edir, daha sonra isə sözlərinə diqqət yetirir. Bundan sonra Şeyn Boniyə deyir ki, o, istəsə dünyanın ən güclü cadugəri ola bilər.
Adada Deymon axmaq hərəkət edərək Von adlı vampir ovçusunu (qonaq ulduz Çarli Biuli) izləyir və öyrənir ki, o da Beşlərdən biridir. Stefan Yelenanın insan olmasına qarşı olduğunu bildirir. Dərman haqqında daha bir məlumat öyrənildikdə (yalnız bir nəfərə yetəcək dərman gizlədilmişdi) axtarışda olanların münasibətləri daha da gərginləşir. Ceremi Boniyə nəyin həqiqət və nəyin illüziya
Vampirin gündəlikləri