Uğursuzlar (fr. La Chèvre) — rejissor Fransis Veberin filmi. 1991-ci ildə ABŞ-də filmin "Təmiz bəxtigətirmə" (ing. Pure luck) adlı remeyki çəkilmişdir.[10].
Məzmun
Böyük bir şirkətin prezidentinin qızı inanılmaz dərəcədə uğursuz insandır. Latın Amerikasına kurorta gedən qız bədbəxt hadisədən sonra quldurların əlinə keçir. Axtarışlar nəticə vermir. Prezident olanlara bir çarə tapa bilmir. Amma orada işləyən psixoloq prezidentə bir ideya verir: mühasibatlıqda Fransua Perren adlı çox uğursuz bir insan işləyir. Əgər o da qızın getdiyi yerə getsə, Perren eynilə qızın düşdüyü uğursuzluqlara düşəcək. Belə olsa, prezidentin adamları qızın izinə düşə bilərlər. Ağlına başqa variant gəlməyən prezident Perreni şəxsi xəfiyyəsi Kampana ilə qızının getdiyi yerə göndərir.
Demək olar ki, psixoloqun versiyası düz çıxdı. Bir çox uğursuz macəralara düşən Perren mənasız, uğursuz və bəzən məzəli hadisələrdən sonra prezidentin qızını tapır.
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi: Fransis Veber
- Rejissor: Fransis Veber
- Operator: Aleks Fillips
- Bəstəkar: Vladimir Kosma
- Prodüser: Alan Puare
Rollarda
- Pyer Rişar — Fransua Perren
- Jerar Depardye — Jan Kampana
- Pedro Armendares — Kostao
- Korinn Şarbi — Mari Bens
- Marisa Olivares
- Andre Valardi — psixoloq Meyer
- Xorxe Lüke — Xuan Arbal
- Serxio Kalderon
- Mişel Roben — milyonçu Bens
İstinadlar
Xarici keçidlər