Fransis Veber (fr. Francis Veber) — Fransa kinorejissoru və ssenaristi.
Həyatı
Fransis Veber 28 iyul 1937-ci ildə Nöyi-sür-Sendə anadan olmuşdur.
O, bir çox gözəl komediyalar çəkmişdir. "Dublyor" filmində hətta epizodik rolda çəkilmişdir[1]. İlk ekran işlərini Fransada çəkmişdir. XX əsrin 90-cı illərinin ortalarında həmişəlik Amerikada yaşamağa getmişdir.
Onun ilk filmi olan "Oyuncaq" Pyer Rişarın iştirakı ilə lentə alındı və böyük uğur qazandı. Rejissor sonralar bir neçə dəfə həmin aktyorla işləmişdir.
Filmoqrafiya
Rejissor fəaliyyəti
- Oyuncaq (film, 1976) / Le Jouet
- Uğursuzlar (film, 1981) / La Chèvre
- Yaquar (film, 1996) / Le Jaguar
- Zəhlətökən (film, 2008) / L'emmerdeur
Ssenarist fəaliyyəti
- Oyuncaq (film, 1976) / Le Jouet
- Uğursuzlar (film, 1981) / La Chèvre
- Yaquar (film, 1996) / Le Jaguar
- Zəhlətökən (film, 2008) / L'emmerdeur
İstinadlar