Umm-ən-Namil adası (ərəb. جزيرة ام النم) — Küveytə məxsus olan 9 adadan biri. Adanın sahəsi 0,569 km²-dir. Materik sahilindən 600 metr aralıda, Küveyt körfəzində yerləşir. Sahəsinə görə Bubiyan, Faylaka, Varba və Maskan adalarından sonra beşincidir. Burada müxtəlif növ dəniz canlıları, yengəclər, krevetlər yayıəlmışdır. Bir çox dəniz quşları burada yuva qurur[1]. Adanın şimal-şərqində mayak vardır. Metal bünövrə üzərində olan mayakın hündürlüyü 16 metrdir. Fənər özü 17 metr yüksəklikdə yerləşir. Mayak günəş panelləri ilə təmin edilmişdir. Hər 10 saniyədən bir fənərdən ağ rəngli işıq gəlir. Mayak Küveyt körfəzinin qərb hissəsindən Əl Cəhra limanına keçidi təmin edir[2].
İstinadlar