Varba adası (ərəb. جزيرة وربة) — Fars körfəzində, Küveytə məsxus olan ada. Adanın sahəsi 37 km²-dir. Adada yaşayış yoxdur. Adada Birləşmiş Millətlər Təşkilatı tərəfindən qismən maliyyələşdirilən M-1 adlı bir sahil mühafizə postunu saxlanılır[1].
Coğrafiya
Küveytin materik hissəsindən 100 metr, Bubiyan adasından 1.5 km, İraqdan isə 1 km aralıda yerləşir. Şəttül-Ərəb çayının məsəbində qərarlaşır. Adanın uzunluğu 15 km, eni isə 5 km-dir.
Ərazi iddiaları
1994-cü ilin noyabrında İraq rəsmi sürətdə Küveytlə sərhədi tanımışdır. Bununlada onun adaya olan iddiası sona çatmışdır[2]. 2002-ci ilin dekabr ayının əvvəlində İraqın işğalı ilə əlaqədar olaraq, İraq gəmisi iki Küveyt sahil mühafizəsi patrul gəmisinə atəş açmışdır. Hücumda ABŞ hərbi qulluqçusu və iki Küveyt sahil mühafizəçisi yaralanmışdır.
İstinadlar