Ukrayna qaqauzları — QaqauzlarUkraynada yaşayan çoxsaylı xalqlar arasında öz saylarına görə 18-ci yerdədirlər. Ukraynada baş tutmuş 2001-ci il siyahıyalınmasına əsasən onların bu ölkədəki sayı 31.900 nəfərdir.[1] Əcdadları əsasən 1812–1830-cu illərdə Osmanlı İmperiyasınınBolqar torpaqlarından köçürülmüş pravoslavlardır. Odessa vilayətinin cənub-qərbində Qaqauziya Muxtar Bölgəsi ilə olan sərhəd boyunca kompakt şəkildə yaşayırlar. Bununla da Ukrayna qaqauzların kompakt şəkildə yaşadıqları iki ölkədən biridir.
Bessarabiya bolqarları kimi qaqauzların da kompakt yaşadıqları ərazilər USSR və MSSR arasında bölünmüşdür. Sonradan bu sərhədlər SSRİ dağıldıqdan sonra Moldova və Ukrayna arasında olan rəsmi dövlət sərhəddinə çevrildi. Bununla yanaşı sovet dövründə ittifaq dağılandan sonra baş verənlərin əksinə olaraq Ukrayna SSR ərazisində qaqauzların sayı durmadan artırdı. Bu dövr ərzində onların ölkədəki sayı 23.500-dən 32.000 nəfərə qədər artmışdı.[1] 1959–1989-cu illər ərzində Ukrayna SSR ərazisindən Moldova SSR ərazisinə və eləcə də RSFSR ərazisinə qaqauzların miqrasiyası xarakterik idi bu isə yetəri qədər böyük qaqauz diasporunun yaranmasına səbəb olub.
Yaşadıqları bölgələr
Ukrayna qaqauzlarının 86.5 faizi Odessa vilayətində yaşayırlar. Odessa bölgəsindən yəhudilərin kütləvi şəkildə miqrasiya etmələrindən sonra sayları 27.600 qaqauzlar bölgədə yaşayan millətlər arasında saylarına görə beşinci yerə yüksələrək bölgə əhalisinin 1.1 faizini təşkil edirlər. Ukrayna qaqauzlarının əsas etno mədəni xüsusiyyətləri onların daha çox kənd həyatı sürmələridir. Ukraynada yaşayan kəndli qaqauzların sayı şəhərli qaqauzların sayından 2.5 dəfə çoxdur. Bu, qaqauzlar arasında nisbətən yüksək doğum davamlılığını qismən izah edir. Odessa bölgəsinin 5 monoetnik qaqauz kəndi var. Bunlar Vinoqradovka, Starıe Troyanı, Aleksandrovka, Dmitrovka və Kotlovina kəndləridir. Bundan başqa bölgədə 3 qarışıq bolqar-qaqauz kəndi də var. Bu kəndlərə Novoselovka, Krasnoe və Tabaki kəndi aiddir.
1989-cu ildən 2001-ci ilə qədər Ukraynadakı qaqauzların təbii artımı 8 min nəfər təşkil edib. Lakin qaqauzların daha çox Rusiya Federasiyasına miqrasiyası və seyrək məskunlaşma bölgələrində asssimilyasiyasına görə qaqauzların ölkədəki sayının eyni qalmasına səbəb olub.[2] Şəhərdə yaşayan qaqauzlar əsasən Volqradda (2%) eləcə də Odessada (1.3%) yaşayırlar. Bununla yanaşı qaqauzlar Volqrad şəhərində saylarına görə ikinci etnik qrupdurlar. 2001-ci il siyahıyaalınmasına əsasən onların bu şəhərdəki sayı 16,76 % təşkil edir ki bu isə Ukrayna şəhərlərinə görə rekord göstəricidir. Ukraynada tarixən qaqauz dilində təhsil mümkün olmayıb. Volqrad şəhərinin 16,76 % əhalisi qaqauz olmalarına baxmayaraq 2001-ci il siyahıyaalınmasında şəhər əhalisinin yalnız 2 faizi öz ana dili kimi qaqauz dilini göstərib.
Ukraynada məskunlaşma bölgələri
Odessa vilayətində 1989 və 2001-ci il siyahıyalmaları arasında qaqauzların sayı 0,9% artıb. 2001-ci il siyahıyaalmasına əsasən Ukraynanın bölgələrində yerləşmələri
2001-ci il siyahıyalmasına əsasən qaqauzların 71 faizi öz ana dilləri kimi qaqauz dilini qeyd ediblər. Diqqət çəkən və digər siyahıyaalınmalarda da nəzərə çarpan rus dilini ana dili kimi göstərən qaqauzların artmasıdır.
Müxtəlif illərdə baş tutmuş əhalinin siyahıyaalınmasına əsasən qaqauzların ana dili:[3][4][5]