Uilyam Noulz — (ing. William Knowles) 1 iyun 1917 il[4][5], Taunton, Massachusetts,ABŞ — 13 iyun 2012 il, Chesterfield, Missuri, USA[6]- amerikalı biokimyaçı, Noyori Ryodzi ilə birlikdə 2001-ci il kimya üzrə Nobel mükafatı laureatı və Barri Şarpless ilə "əczaçılıq sənayesində istifadə edilən tədqiqatlar üçün — redoks reaksiyaları üçün xiral katalizatorların yaradılması"[7] üzrə mükafat almışdır.
U. Noulz Massaçusets ştatınınŞeffild şəhərindəki Berkşire məktəbində oxuyub. Tədrisdə öz sinfinə rəhbərlik edirdi və məzun olduqdan sonra Harvard Universitetinə qəbul olundu. Kollecə daxil olmaq üçün çox gənc olduğunu hiss edən Uilyam Noulz, Massaçusets ştatının Andover şəhərindəki Fillips Akademiyasında bir il keçirdi. İlin sonunda o, kimya üzrə ilk mükafatını — 50 dollarlıq Boylston Məktəb Mükafatını aldı.
Bir illik hazırlıq məktəbindən sonra U. Noulz, üzvi kimyada konsentrasiya ilə kimya ixtisası üzrə təhsil aldığı Harvardda oxudu. 1939-cu ildə bakalavr dərəcəsini aldı və Kolumbiya Universitetində aspiranturaya daxil oldu.[9]
Şəxsi həyatı
1986-cı ildə təqaüdə çıxdıqdan sonra Uilyam Noulz Sent-Luis şəhərinin ətrafı olan Missuri ştatının Çesterfild şəhərində yaşadı. Təqaüdə çıxandan sonra həyat yoldaşının miras qoyduğu 100 hektarlıq fermaya yerli çöl otlarınının becərilməsini bərpa etdi. O, həyat yoldaşı Nensi ilə 66 il evli olub və dörd övladı olmuşdu: Elizabet, Peter, Sarah və Leslie. Dörd nəvəsi var idi. Uilyam Noulz 13 iyun 2012-ci ildə 95 yaşında Missuri ştatının Çesterfild şəhərində vəfat edib. O və həyat yoldaşı əvvəllər bildirmişdilər ki, vəfat etdikdən sonra onların fermasının şəhər parkına çevrilmək üçün hədiyyə olaraq bağışlanacaq.[10]
Mükafat və fəxri fərmanları
1983 il — Amerika Kimyaçılar İnstitutundan "Kimya sənayesinin pioneri" Mükafatı[11]
2001-ci il- Kimya üzrə Nobel Mükafatı ("Xiral katalizləşdirilən hidrogenləşmə reaksiyaları üzrə tədqiqatlarına görə")
2008-ci il — Sent-Luis Elmlər Akademiyasından Peter H. Raven "Ömür Boyu Müvəffəqiyyət" Mükafatı,[12][13]
Bağlantılar
William S. Knowles — Faktlar (İngilis dilində). NobelPrize.org. Əldə olunma tarixi: 6 avqust 2020. Arxivləşdirilib: 5 avqust 2020.
Bu kimyaçı alim haqqında daha bir məqalədir.[14][15]
↑William S. Knowles // Encyclopædia Britannica (англ.)
↑William S. Knowles // Brockhaus Enzyklopädie (нем.)
↑Chang, Kenneth. William Knowles, Nobel Winner in Chemistry, Dies at 95 (англ.) // The New York Times. — 15 июня 2012. Архивировано 13 декабря 2020 года.
↑The Nobel Prize in Chemistry 2001 (англ.). Информация на сайте Нобелевского комитета о премии по химии 2001 года. Дата обращения: 8 октября 2009. Архивировано 8 апреля 2012 года.
↑William Knowles (англ.). nasonline.org. Дата обращения: 6 августа 2020. Архивировано 7 августа 2020 года.
↑. Нобелевский фонд.из оригинала 21 июня 2011г. Проверено г.
↑"William Knowles, Nobel Winner in Chemistry, Dies at 95". The New York Times. June 15, 2012.
↑"Chemical Pioneer Award". American Institute of Chemists. Archived from the original on 8 December 2015. Retrieved 30 November 2015.
↑"Archived copy" (PDF). Archived from the original (PDF) on 2011–09-28. Retrieved 2011–07-08.
↑"Academy of Science – St. Louis :: Academy Initiatives :: Outstanding St. Louis Scientists Awards". Academyofsciencestl.org. Archived from the original on 2014–02-01. Retrieved 2012–06-16.