UEFA Çempionlar Liqası 2024/2025 |
---|
Münhendə yerləşən Allianz Arena finala ev sahibliyi edəcək. |
Tarix |
Təsnifat mərhələləri: 9 iyul – 28 avqust 2024 Qrup mərhələsi və finala doğru gedən matçlar: 17 sentyabr 2024 – 31 may 2025 |
Başlama tarixi |
9 iyul 2024 |
Bitmə tarixi |
31 may 2025 |
Komanda sayı |
36 (qruplarda) 81 (ümumi) |
|
UEFA Çempionlar Liqası 2024/2025 – UEFA tərəfindən təşkil olunmuş Avropanın aparıcı klub futbol turnirinin 70-ci, turnirin adı "Çempion Klublar Kuboku"ndan "UEFA Çempionlar Liqası"na dəyişdirilməsindən sonra isə 33-cü mövsümüdür.[1] Bununla yanaşı, turnir bu mövsümdən etibarən yeni formatda təşkil olunacaq. Belə ki, yeni formatda turnirin qrup mərhələsində xeyli dəyişikliklər nəzərə çarpır. Artıq hər klub müxtəlif rəqiblərlə 8 oyun keçirir və bütün klublar vahid qrupda sıralanır.[2][3]
Yarışın finalı 31 may 2025-ci ildə Almaniyanın Münhen şəhərindəki Allianz Arenada oynanacaq.[4] Turnirin qalibi növbəti mövsümün Çempionlar Liqasında oynama hüququ əldə etməklə bərabər, həm də 2024-25 mövsümü Avropa Liqası qalibi ilə 2025 UEFA Superkuboku uğrunda mübarizə aparacaq.
Qatılacaq klubların müəyyənləşməsi
Bu mövsümün Çempionlar Liqasında UEFA-ya üzv olan 55 ölkə federasiyasının 53-ündən 81 komanda mübarizə aparır. (Rusiya Ukraynaya qarşı müharibəyə başladığı üçün UEFA turnirlərindən dərhal kənarlaşdırılmışdır. Lixtenşteyn Futbol Federasiyasının isə yerli futbol liqası olmadığı üçün bu turnirə qatıla bilmir, yalnız Lixtenşteyn Futbol Federasiyası kubokunun qalibi olan bir klubla UEFA Konfrans Liqasında təmsil olunur) Ölkələrin sırası UEFA Ölkə Reytinqinə əsasən müəyyən edilir. Reytinqə əsasən:[5]
- 1-dən 5-ci sıraya qədər olan ölkələrdən dörd klub;
- 6-cı sırada yer alan ölkədən üç klub;
- 7-dən 15-ci sıraya qədər olan ölkələrdən iki klub;
- 16–dan 55–ci sıraya qədər olan ölkələrdən bir klub. (Rusiya və Lixtenşteyn xaric);
- 2023–24 mövsümündə UEFA klub turnirlərində ən yaxşı çıxış etmiş iki ölkədən əlavə bir klub.
Ölkə sıralaması
Ölkələrin toplam xalları 2018–19-cu il mövsümündən 2022–23-cü il mövsümünə qədər UEFA klub turnirlərində mübarizə aparmış ölkə komandalarının toplam xallarıdır.
Assosiasiya əmsallarına əsaslanan bölgüdən başqa, ölkələrin Çempionlar Liqasında iştirak üçün əlavə haqq qazandığı komandalar ola bilər:
- (PS) – 2023–24 ölkə əmsalları sıralamasında ilk iki yeri tutan ölkə assosiasiyaları;
- (AL) – Ötən mövsümün UEFA Avropa Liqası çempionunun aid olduğu assosiasiya.
2024–25 UEFA Çempionlar Liqası üçün assosiasiyaların reytinq cədvəli
|
|
|
Qeydlər
- ^
Rusiya (RUS): Rusiyanın Ukraynaya qarşı təcavüzü səbəbi ilə 2022-ci ilin 28 fevralında Rusiya futbol klubları və Rusiya millisi FİFA və UEFA turnirlərindən xaric edildi. 2 may 2022-ci ildə isə UEFA Rusiya klublarının 2022-23-cü illər mövsümündəki UEFA turnirlərindən kənarlaşdırılacağını təsdiqlədi. Həmin tarixdən etibarən Rusiya klubları UEFA turnirlərində iştirak edə bilmir;
- ^
Lixtenşteyn (LIE): Lixtenşteyn Futbol Assosiasiyasına bağlı yeddi komandanın hamısı İsveçrə futbol liqası sistemində oynayır. Assosiasiya tərəfindən təşkil olunan yeganə turnir
Lixtenşteyn Futbol Kubokudur. – Bu kubokun qalibi də
UEFA Konfrans Liqasında oynayır.
Klubların bölgüsü
|
Bu turda mübarizəyə başlayacaq klubların sayı
|
Bir öncəki turdan gələn klubların sayı
|
Birinci təsnifat mərhələsi (28 klub)
|
- 26–28 və 30–55-ci sıralarda yerləşən 28 ölkənin çempionu (Lixtenşteyn xaric)
|
|
İkinci təsnifat mərhələsi (28 klub)
|
Çempionlar (24 klub)
|
- 15–18 və 20–24-cü sıralarda yerləşən 8 ölkənin çempionu (Rusiya xaric)
- 25 və 29-cu sıradakı 2 ölkənin çempionu (çünki həmin klublar ən çox əmsallara malikdir)[Note RM]
|
- Birinci təsnifat mərhələsindən gələn 14 klub
|
Çempion olmayan (4 klub)
|
- 11–14-cü sıralarda yerləşən 4 ölkənin ikincisi
|
|
Üçüncü təsnifat mərhələsi (20 klub)
|
Çempionlar (12 klub)
|
|
- İkinci təsnifat mərhələsindən gələn 6 çempion komanda
|
Çempion olmayan (8 klub)
|
- 8 və 9-cu sıralarda yerləşən 2 ölkənin ikincisi
- 6-cı sıradan yerləşən ölkənin üçüncüsü
- 5-ci sırada yerləşən ölkənin dördüncüsü
- 10 və 15-ci sıradakı 2 ölkənin ikincisi (çünki həmin klublar ən çox əmsallara malikdir)[Note ATA]
|
- İkinci təsnifat mərhələsindən gələn 2 çempion olmayan komanda
|
Play-off turu (14 klub)
|
Çempionlar (10 klub)
|
- 11–13-cü sırada yerləşən ölkələrin çempionları
- 19-cu sırada yerləşən ölkənin çempionu (çünki həmin klub ən çox əmsala malikdir)[Note RM]
|
- Üçüncü təsnifat mərhələsindən gələn 6 çempion komanda
|
Çempion olmayan (4 klub)
|
|
- Üçüncü təsnifat mərhələsindən gələn 4 çempion olmayan komanda
|
Liqa mərhələsi (36 klub)
|
- 1–10-cu sıralarda yerləşən 10 ölkənin çempionu
- 1–6-cı sıralarda yerləşən 6 ölkənin ikincisi
- 1–5-ci sıralarda yerləşən 5 ölkənin üçüncüsü
- 1–4-cü sıralarda yerləşən 4 ölkənin dördüncüsü
- 14-cü sırada yerləşən ölkənin çempionu (çünki həmin klub ən çox əmsala malikdir)[Note RM]
- 7-ci sırada yerləşən ölkənin ikincisi (çünki həmin klub ən çox əmsala malikdir)[Note ATA]
- 2023–24-cü il ölkə klub əmsalları sıralamasında ilk iki yeri tutan ölkənin (İtaliya və Almaniya) iki klubu
|
- Play-off turundan gələn 5 çempion komanda
- Play-off turundan gələn 2 çempion olmayan komanda
|
1-ci 1/8 final (16 klub)
|
|
- Liqa mərhələsində 9–24-cü yerləri tutan 16 komanda
|
2-ci 1/8 final (16 klub)
|
|
- Liqa mərhələsində 1–8-ci yerləri tutan 8 komanda
- 1-ci 1/8 final mərhələsindən gələn 8 komanda
|
Qeydlər
- ^
RM (Real Madrid): Ötən mövsümün ÇL qalibi – "Real Madrid" klubu əvvəlcədən liqadan turnirə vəsiqə qazandığı üçün ən çox əmsala sahib olan müxtəlif klublar bir və ya bir neçə daha üst mərhələdən turnirə başladı:
1. "Şaxtyor Donetsk" klubu pley-off mərhələsi əvəzinə liqa mərhələsindən turnirdə oynamağa başladı.
2. "Dinamo Zaqreb" klubu ikinci təsnifat mərhələsindəki ən çox əmsala sahib olan klub kimi pley-off mərhələsindən mübarizəyə qoşuldu.
3. "
Ferentsvaroş" və "
Qarabağ" klubları ən çox əmsala sahib olan klublar kimi birinci təsnifat mərhələsi yerinə ikinci təsnifat mərhələsindən yarışa başladı.
- ^
ATA (Atalanta): Ötən mövsümün Avropa Liqası qalibi "Atalanta" klubu liqanı ilk 4-lükdə bitirib yarışa vəsiqəni təmin etdiyi üçün onun yerini ən çox əmsala sahib olan müxtəlif klublar bir və ya bir neçə daha üst mərhələdən turnirə başlayaraq tutdu:
1. "Benfika" klubu üçüncü təsnifat mərhələsində mübarizəyə başlayacaq klublardan ən çox əmsala sahib olduğu üçün birbaşa liqa mərhələsindən yarışda start götürdü.
2. "
Slaviya Praqa" və "
Red Bull Salzburq" klubları ikinci təsnifat mərhələsində mübarizəyə başlayacaq klublardan ən çox əmsala sahib olduqları üçün birbaşa üçüncü təsnifat mərhələsindən yarışa qoşulurlar.
Komandalar
- (PS) – 2023–24 ölkə əmsalları sıralamasında ilk iki yeri tutan ölkə assosiasiyalarının komandaları
Turnirin təqvimi
Oyunların tarixləri aşağıdakı kimidir.[6]
2024–25 UEFA Çempionlar Liqasının təqvimi
Mərhələ
|
Tur
|
Püşk tarixi
|
Birinci oyun
|
İkinci oyun
|
Təsnifat mərhələləri
|
Birinci təsnifat mərhələsi
|
18 iyun 2024
|
9–10 iyul 2024
|
16–17 iyul 2024
|
İkinci təsnifat mərhələsi
|
19 iyun 2024
|
23–24 iyul 2024
|
30–31 iyul 2024
|
Üçüncü təsnifat mərhələsi
|
22 iyul 2024
|
6–7 avqust 2024
|
13 avqust 2024
|
Pley-off
|
Pley-off turu
|
5 avqust 2024
|
20–21 avqust 2024
|
27–28 avqust 2024
|
Liqa mərhələsi
|
1. oyunlar
|
29 avqust 2024
|
17–18 sentyabr 2024
|
2. oyunlar
|
1–2 oktyabr 2024
|
3. oyunlar
|
22–23 oktyabr 2024
|
4. oyunlar
|
5–6 noyabr 2024
|
5. oyunlar
|
26–27 noyabr 2024
|
6. oyunlar
|
10–11 dekabr 2024
|
7. oyunlar
|
21–22 yanvar 2025
|
8. oyunlar
|
29 yanvar 2025
|
Finala doğru gedilən mərhələlər
|
1-ci 1/8 final
|
31 yanvar 2025
|
11–12 fevral 2025
|
18–19 fevral 2025
|
2-ci 1/8 final
|
21 fevral 2025
|
4–5 mart 2025
|
11–12 mart 2025
|
1/4 final
|
8–9 aprel 2025
|
15–16 aprel 2025
|
Yarımfinal
|
29–30 aprel 2025
|
6–7 may 2025
|
Final
|
31 may 2025, Allianz Arena, Münhen
|
Təsnifat mərhələləri
Birinci təsnifat mərhələsi
Birinci təsnifat mərhələsinin püşkü 18 iyun 2024-cü ildə atıldı. İlk oyunlar 9, 10 iyul, ikinci oyunlar isə 16 və 17 iyul 2024 tarixlərində oynandı. Bu mərhələdə mübarizəni dayandıran 14 klubun 12-si Konfrans Liqasının ikinci təsnifat mərhələsində, püşkün nəticəsində rəqibləri bəlli olmayan 2 klub isə birbaşa olaraq Konfrans Liqasının üçüncü təsnifat mərhələsində yollarına davam edəcəklər.
İkinci təsnifat mərhələsi
Birinci təsnifat mərhələsinin püşkü 19 iyun 2024-cü ildə atıldı. İlk oyunlar 23, 24 iyulda, ikinci oyunlar isə 30, 31 iyulda oynandı. Bu mərhələdə mübarizəni dayandıran klublar Avroliqanın üçüncü təsnifat mərhələsində yollarına davam edirlər.
Üçüncü təsnifat mərhələsi
Üçüncü təsnifat mərhələsinin püşkü 22 iyul 2024-cü ildə atıldı. İlk matçlar 6 və 7 avqustda, ikinci matçlar isə 13 avqustda oynandı. Bu mərhələdə mübarizəni dayandıran çempion klublar Avroliqanın play-off turunda, çempion olmayan klublar isə liqa mərhələsində iştirak etmək hüququnu əldə edəcəklər.
Pley-off turu
Play-off turunda da bundan öncəki iki təsnifat mərhələsində olduğu kimi komandalar iki yerə bölünür: çempionlar və çempion olmayanlar. Bu mərhələnin püşkü 5 avqust 2024-cü ildə atıldı. İlk matçlar 20–21, ikinci matçlar isə 27–28 avqustda oynanacaq. Bu mərhələdə mübarizəni dayandıran klublar Avroliqanın liqa mərhələsində iştirak hüququ əldə edəcəklər.
Klubların sinifləndirilməsi
Çempionlar
|
Qeyri-çempionlar
|
Səpələnmişlər
|
Səpələnməmişlər
|
Səpələnmişlər
|
Səpələnməmişlər
|
|
|
|
|
Oyunlar
Həmçinin bax
İstinadlar
|
---|
Avropa Çempionlar Kuboku dövrü, 1955–1992 | Mövsümlər | |
---|
Finallar | |
---|
|
UEFA Çempionlar Liqası dövrü, 1992–davam edir | Mövsümlər | |
---|
Finallar | |
---|
|
|