UEFA Avro 2000-in seçmə mərhələsinin 2-ci qrupunda Norveç, Sloveniya, Yunanıstan, Latviya, Albaniya və Gürcüstan milli futbol komandaları mübarizə aparmışlar. Turnirin final mərhələsinə vəsiqəni 1-ci yeri tutan Norveç millisi qazanmışdır. 2-ci yeri tutan Sloveniya millisi final mərhələsinə vəsiqə qazanmaq uğrunda Ukrayna millisi ilə pley-off oyunu oynamışdır.