UEFA Avro 1996-nın seçmə mərhələsinin 5-ci qrupunda Çexiya, Niderland, Norveç, Belarus, Lüksemburq və Malta milli futbol komandaları mübarizə aparmışlar. Turnirin final mərhələsinə vəsiqəni 1-ci yeri tutan Çexiya millisi qazanmışdır. Niderland millisi isə ikinci vəsiqə uğrunda 6-cı qrupda 2-ci yeri tutan İrlandiya millisi ilə Pley-off oyunu oynamışdır.