UEFA Çempionlar Kuboku 1956/1957 — Avropanın əsas futbol klub yarışı UEFA Çempionlar Kubokunun 2-ci mövsümü. Turnirin qalibi sayca 2-ci dəfə "Real Madrid" klubu olmuşdur. Çempion, 30 may 1957-ci ildə Madrid şəhərindəki Santyaqo Bernabeu stadionunda keçirilən və 2–0 hesabı ilə bitən finalda "Fiorentina" klubunu məğlub etmişdir.
Birinci mövsüm uğurla keçdiyi üçün yarışa daha 6 ölkənin təmsilçiləri qatıldılar: Bolqarıstan, Çexoslovakiya, İngiltərə, Lüksemburq, Rumıniya və Türkiyə. İngiltərə Futbol Assosiasiyası ("FA") 1955-ci ildə "Çelsi" klubuna yarışda iştirak etməyə icazə vermədi və Çempionlar Kubokunu "diqqəti yayındıran" hesab etməyi davam etdirdi. Bununla birlikdə, FA-nın istəyinə zidd olaraq, "Mançester Yunayted" İngiltərə çempionu qismində yarışa qatıldı və beləcə Avropada oynamış ilk ingilis klubu oldu. Saarın Qərbi Almaniya ilə birləşməsindən sonra boş qalan yer əlavə olaraq son çempion "Real Madrid"ə verildi. Beləliklə İspaniya, Avropanın əsas yarışında iki klub ilə təmsil olunan ilk assosiasiya oldu.
İlkin mərhələ
29 iyun 1956-cı ildə UEFA-nın Parisdəki mənzil-qərargahında ilkin mərhələnin püşkü atıldı.[1] Klubları coğrafi cəhətdən üç səbətə ayırd etmişdilər.
Təqvimi iştirakçı klublar təyin etdilər və bütün matçlar 1 oktyabr tarixindədək keçirildi.
Birinci raund
1 İkinci oyun Brüsselin Kral Boduen stadionunda keçirilmişdir
1/4 final
Yarımfinal
Final
Bombardirlər
Çempionlar Kuboku 1956/1957 (ilkin mərhələ daxil olmaqla) bombardirlər siyahısı aşağıdaki kimidir:[2][3]
İstinadlar
Xarici keçidlər
|
---|
Avropa Çempionlar Kuboku dövrü, 1955–1992 | Mövsümlər | |
---|
Finallar | |
---|
|
UEFA Çempionlar Liqası dövrü, 1992–davam edir | Mövsümlər | |
---|
Finallar | |
---|
|
|