Tofiq İsmayılov (dövlət xadimi)

Tofiq İsmayılov
25 oktyabr 1991 – 20 noyabr 1991
Əvvəlkivəzifə təsis edilib
SonrakıMidhət Abasov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (58 yaşında)
Vəfat yeri Qarakənd, Xocavənd rayonu, Azərbaycan
Vəfat səbəbi Qarakənd faciəsi
Fəaliyyəti diplomat, siyasətçi
Atası Kazım İsmayılov
Həyat yoldaşı Lalə İsmayılova[1]

Təltifləri "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1990 Azərbaycan SSR Dövlət mükafatı — 1978
"Qırmızı əmək bayrağı" ordeni

Tofiq Kazım oğlu İsmayılov (21 iyun 1933, Bakı20 noyabr 1991, Qarakənd, DQMV) — Beynəlxalq mühəndislik Akademiyasının akademiki, texnika elmləri doktoru, Azərbaycan Respublikasının 1-ci Dövlət Katibi, Azərbaycan SSR-in Dövlət Katibi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü.[2]

Beynəlxalq elmi-texniki jurnal "Məsafədən duyma üzrə xülasə jurnalı"nın (Vaşinqton), "Kosmik Tədqiqatları EİB məlumatları" dövrü nəşrin redaktoru, "Azərbaycan Respublikası Elmlər Akademiyasının Xəbərləri"nin (fizika, texniki və riyazi elmlər üzrə) redaksiya kollegiyasının üzvü, həmçinin Beynəlxalq Astronomik İttifaqın, SSRİ Elmlər Akademiyası Astrosovetinin, SSRİ Elmlər Akademiyası kosmik vasitələrlə təbii sərvətlərin öyrənilməsi bürosu, SSRİ Baş kosmos idarəsinin elmi-texniki şurasının, SSRİ Elmlər Akademiyası Elmi Şurasının və Dövlət elm və texnika komitəsinin üzvü, Azərbaycan Respublikası kosmonavtika federasiyasının sədri olmuşdu.

1989-cu ildən SSRİ Xalq deputatı, SSRİ Ali Soveti Rəyasət Heyətinin, Sov. İKP MK və Azərbaycan KP MK-nın üzvü olmuşdu.

Həyatı

Tofiq Kazım oğlu İsmayılov 1933-cü il iyunun 21-də Bakı şəhərində anadan olmuşdur. Atası İsmayılov Kazım Mirheydər oğlunun (1905–1981) əsli İsmayıllı rayonunun Basqal kəndindən idi. O, SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı, polkovnik, dövlət və partiya işçisi olmuşdur.

Tofiq İsmayılov 1941-ci il ildə Bakı şəhərində orta məktəbə getmişdir. Onun Kosmonavtika elminə olan marağı ağır müharibə illərindən başlayaraq. Y. A. Qaqarin adına keçmiş Pionerlər sarayında aviamodellərin dərnəyindən başlamışdır. 1951-ci ildə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra elə həmin ildə Moskva şəhərində Qırmızı Əmək Bayraqlı Elektrotexniki Rabitə İnstitutuna daxil oldu.1956-cı ildə İnstitutu müvəffəqiyyətlə bitirərək Moskva şəhərində müxtəlif qabaqcıl müəssisələrdə əmək fəaliyyətinə başladı və eləcə də aspiranturanı müvəffəqiyyətlə bitirdi.

1956-cı ildə ali məktəbi bitirdikdən sonra Moskva şəhərinin aparıcı müəssisələrində işləmiş, sonralar aspiranturaya daxil olmuş və müvəffəqiyyətlə bitirmişdi.

1964-cü ildə Bakı şəhərinə qayıtdıqdan sonra müəssisələrdən birinə aparıcı mühəndis vəzifəsinə göndərildi. 2 ildən sonra Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbayca Texniki Universiteti) pedaqoji fəaliyyətə başlayaraq elektronika kafedrasının dosenti oldu.

1967-ci ildən 1985-ci ilədək Tofiq İsmayılov Azərbaycan Respublikası Elmlər Akademiyası sistemində çalışdı. O, aparıcı elmi müəssisələrdən biri olan Fizika İnstitutunda Yarımkeçirici çeviricilər şöbəsində baş mühəndis vəzifəsində çalışıb, elmi işlərin aparılmasında və həmin işlərin Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti yanında tətbiqi üzrə şöbənin müdiri, "Xəzər" Elmi Mərkəzinin və keçmiş Sovetlər İttifaqında yeganə olan Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun baş direktoru, 1982-ci ildən ömrünün sonuna qədər Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinin baş konstruktoru və baş direktoru vəzifəsində çalışmışdır. 1969-cu ildə o, müvəffəqiyyətlə elmlər namizədliyi, 1979-cu ildə isə doktorluq disertasiyasını müdafiə edərək texnika elmləri doktoru, sonralar isə professor elmi adına layiq görülmüşdür. Elmdə və texnikada göstərdiyi yüksək göstəricilərə görə professor T. İsmayılov keçmiş Sovetlər İttifaqının Mühəndislik Akademiyasının (indiki Beynəlxalq Mühəndislik Akademiyası) həqiqi üzvü seçilmişdir.

1991-ci ilin noyabr ayının 20-də Azərbaycan Respublikasının Dövlət Katibi Tofiq Kazım oğlu İsmayılov Qarabağın Qarakənd kəndi üzərində "Mİ-8" hərbi vertolyotunda faciəli surətdə həlak oldu.[3]

Fəaliyyəti

1967-ci ildən 1985-ci ilədək Azərbaycan Respublikası Elmlər Akademiyası sistemində işləmişdi (fizika institutunda baş mühəndis, Rəyasət Heyəti yanında işləmələr və tətbiq şöbəsinin müdiri, "Xəzər" elmi mərkəzinin direktoru, Kosmik Tədqiqatları Elm İstehsalat Birliyinin baş direktoru) 1985-ci ildən keçmiş SSRİ Baş Kosmos İdarəsi Elm İstehsalat Birliyinin baş direktoru və baş konstruktoru olmuşdu. 1969-cu ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri namizədi, 1979-cu ildə isə doktorluq işini uğurla müdafiə edərək texnika elmləri doktoru adını almışdı, bir qədər sonra isə professor elmi adına layiq görülmüşdü. Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü (akademik) seçilmişdi.[4]

Mükafatları

Xalq qarşısında xidmətlərinə görə "Qırmızı əmək bayrağı" ordeni, "Əməkdə rəşadət" medalı, 1978-ci ildə elm və texnika sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. 25 oktyabr 1990-cı ildə "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı ilə təltif olunub.

K. E. Sialkovski, S. P. Korolyov və Y. A. Qaqarin adına fəxri medallarla təltif edilmişdi.

Elmi fəaliyyəti

Akademik T. K. İsmayılov elmi və məxsusi cihazqayırma sahəsində məşhur alim idi. Onun aerokosmik nəzarət kolibrləmə poliqonlarında peykaltı ölçmə texniki vasitələrinin nəzəriyyəsinə və tətbiqinə verdiyi təkliflər xüsusi mahiyyət kəsb etmişdir. T. K. İsmayılov ilk dəfə olaraq bu sahədə irəli sürdüyü yüksək effektli və tətbiqi cəhətdən əhəmiyyətli elmi konsepsiyası keçmiş SSRİ-nin poliqonlarında və sosialist ölkələrinin "İnterkosmos" üzrə proqramların bir çox aerokosmik təcrübələrində özünü doğrultmuşdu.

Akademik T. K. İsmayılovun fəaliyyətində astro-fizika, elmi-tətbiqi cihazqayırma problemləri sahəsində irəli sürdüyü elmi mülahizələr əhəmiyyətli yer tutmuşdu. Onun rəhbərliyi və şəxsi iştirakı ilə hazırlanmış "PS – 17 BK" və "Pulsar X-1" rentgen teleskopları böyük müvəffəqiyyətlə "Salyut-Soyuz-T-11", "Mir" orbital stansiyalarında fəaliyyət göstərmişdi. "Pulsar X-1" ifrat ulduzunun kəşfində iştirak etmiş, həmçinin "PS – 17 BK" (vertolyot variantında) Çernobıl AES rayonunda radiasiya vəziyyətinin müəyyənləşdirilməsində geniş istifadə olunmuşdu.

Akademik T. K. İsmayılov özünün strukturuna və fəaliyyət istiqamətinə görə Azərbaycanda yeganə olan təbii sərvətlərin kosmik tədqiqatları institutunun və kosmik tədqiqatları EİB-nin yaradıcısı və rəhbəri idi. Aerokosmik təbiətşünaslıq sahəsində nəhəng elmi mərkəz kimi hazırda da bu təşkilatlar öz fəaliyyətlərini davam etdirirlər.

T. K. İsmayılov elmi fəaliyyətlə bərabər elmi pedaqoji sahədə də yorulmadan çalışmışdı. M. Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunun informasiya-ölçü texnika kafedrasının professoru idi.

İki yüzdən çox elmi işlərin müəllifidir, onlardan doxsanı ixtiradır. Onun rəhbərliyi ilə 3 doktorluq və 12 elmlər namizədi dissertasiyaları müdafiə edilmişdi.

1990-cı ilin 20 yanvar hadisələrindən sonra SSRİ Xalq Deputatları qurultayında T. İsmayılov tribunaya qalxaraq 20 yanvarda Bakıda baş vermiş qanlı cinayətin baiskarlarını lənətlədi və hamıya bu qırğında həlak olmuş günahsız insanların xatirəsini yad etmək üçün ayağa qalxmağı təklif etdi. Hamı ayağa qalxdı. Bütün deputatların, qurultayın Rəyasət Heyətinin ayağa qalxdığını görən M. S. Qorbaçov ayağa qalxmağa, günahsız şəhidlərin ruhunu yad etməyə məcbur oldu.

T. K. İsmayılov 1991-ci ilin oktyabrında Azərbaycan Respublikasının ilk Dövlət Katibi vəzifəsinə təyin edilmişdi.

İrsi

1989-cu ildə “Xəzər dəniz neft donanması”nın tərkibinə “Akademik Tofiq İsmayılov” unikal dalğıc gəmisi daxil olub.[5][6]

İstinadlar

  1. Akademikin xanımı Neft Fondunun icraçı direktorunu cinayətdə ittiham etdi
  2. İsmayıllının görkəmli şəxsləri
  3. 20 Noyabr — Qarakənd Faciəsindən 20 il ötür.! [ölü keçid]
  4. Tofiq İsmayılov [ölü keçid]
  5. MİRBABAYEV, MİRYUSİF. AZƏRBAYCAN NEFTİNİN QISA TARİXİ (az.). Bakı: Azərnəşr. 2007. 154.
  6. "Asco.az". asco.az (az.). 2022-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-27.

Mənbə

Xarici keçidlər

Həmçinin bax

Read other articles:

Эта страница является частью списка Героев Социалистического Труда и перечисляет в алфавитном порядке лиц, удостоенных звания Героя Социалистического Труда, чьи фамилии начинаются с буквы «У». Список не включает дважды и трижды Героев Социалистического Труда, а также ...

 

(مبارك الله رب إسرائيل) هي جملة دينية رئيسية. جزء من سلسلة مقالات عناليهودية التاريخ الخط الزمني الخروج زمن الملكية زمن السبي المحرقة إسرائيل تاريخ اليهودية التقويم العقائد الله أسماء الله يهوه إل) الوصايا العشر الشعب المختار الأنبياء مشيح نجمة داود النصوص التناخ التوراة ا

 

Theodor HertzkaBorn(1845-07-13)July 13, 1845Budapest, HungaryDiedOctober 22, 1924(1924-10-22) (aged 79)Wiesbaden, GermanyNationalityHungarian-AustrianAcademic careerFieldMonetary theorySchool ortraditionFreiwirtschaft Theodor Hertzka, or Hertzka Tivadar (July 13, 1845 – October 22, 1924) was a Jewish-Hungarian-Austrian economist and journalist. Life He studied at the universities of Vienna and Budapest, and in 1872 became a member of the editorial staff of the Neue Freie Presse of...

село Новокарбівка Країна  Україна Область Одеська область Район  Подільський район Громада Любашівська селищна громада Код КАТОТТГ UA51120130250056780 Основні дані Засноване 1835 Населення 381 Площа 0,687 км² Густота населення 554,59 осіб/км² Поштовий індекс 66551 Телефонний ко...

 

2013 American filmThe ContractorTheatrical release posterDirected bySean OlsonWritten bySean OlsonBradford HoltPeter SullivanProduced byMarc FerreroStarringDanny TrejoChristina CoxBrad RoweTaylor SpreitlerMaya StojanArianne ZuckerCinematographyJoseph M. SeteleEdited bySean OlsonMusic byJason BrandtProductioncompanyLions Gate EntertainmentRelease dateSeptember 10, 2013Running time87 minutesCountryUnited StatesLanguageEnglish The Contractor is a 2013 American direct-to-video crime drama thrille...

 

Chef de brigade was a military rank in the French Royal Artillery and in the revolutionary French armies. Before the revolution A depiction of a French Chef de Brigade during the French Revolution Chef de brigade was equivalent to major in the French Royal Corps of Artillery. Each regiment of artillery was divided into two battalions, each of two brigades under the command of a chef de brigade.[1] This rank was given to the best of the Capitaines en premier (first captains) in a regim...

Main article: Nomenclature of Territorial Units for Statistics Politics of the Czech Republic Constitution Constitutional acts Charter of Fundamental Rights andBasic Freedoms Executive President (list) Petr Pavel Government Prime Minister (list) Petr Fiala Parliament Senate Chamber of Deputies Judiciary Constitutional Court Supreme Court Supreme Administrative Court High Courts Regional Courts District Courts Recent elections Legislative: 20062010201320172021 Senate: 20142016201820202022 Euro...

 

1955 Italian filmIl bidoneTheatrical release posterDirected byFederico FelliniScreenplay byFederico FelliniEnnio FlaianoTullio PinelliProduced byMario DerecchiStarringBroderick CrawfordRichard BasehartGiulietta MasinaCinematographyOtello MartelliEdited byMario SerandreiGiuseppe VariMusic byNino RotaProductioncompaniesTitanusSociété Générale de CinématographieDistributed byTitanus DistribuzioneRelease date 9 September 1955 (1955-09-09) (Venice Film Festival) Running tim...

 

Hungarian statesman (1802–1894) The native form of this personal name is udvardi és kossuthfalvi Kossuth Lajos. This article uses Western name order when mentioning individuals. NobleLajos Kossuthde Udvard et KossuthfalvaDaguerreotype portrait by Southworth & Hawes, May 1852Governor-President of HungaryIn office14 April 1849 – 11 August 1849Prime MinisterBertalan SzemerePreceded byposition establishedSucceeded byArtúr Görgey (as acting civil and military...

American politician Omar FatehFateh in the Minnesota Senate chambers in 2021Member of the Minnesota Senatefrom the 62nd districtIncumbentAssumed office January 5, 2021Preceded byJeff Hayden Personal detailsBorn (1990-04-19) April 19, 1990 (age 33)Washington, D.C.Political partyDemocratic (DFL)ResidenceMinneapolis, MinnesotaAlma materGeorge Mason UniversityOccupationLegislator Omar Mahmood Fateh (/ˈfɑːteɪ/ FAH-tay; Somali: Cumar Faatax), is a Minnesota politician and a member of t...

 

Konsonan getar rongga-gigi nirsuarar̥Nomor IPA122 402APengkodean karakterX-SAMPAr_0 Gambar Sampel suaranoicon sumber · bantuan Konsonan getar rongga-gigi nirsuara adalah bagian dari Konsonan getar rongga-gigi /r/ hanya oleh vibrasi dari suara vokal. Itu ada dalam kata-kata dalam berbagai bahasa, biasanya di samping versi bersuara, sebagai fonem atau alofon serupa. Bahasa Proto-Indo-Eropa *sr memiliki ejaan ⟨ῥ⟩, dengan huruf untuk /r/ dan diakritik untuk /h/, dal...

 

1922 film by Irving Cummings Broad DaylightLobby cardDirected byIrving CummingsScreenplay byHarvey GatesStory byHarvey GatesGeorge W. PyperStarringLois WilsonJack MulhallRalph LewisKenneth GibsonWilton TaylorBen HewlettCinematographyWilliam FildewProductioncompanyUniversal Film Manufacturing CompanyDistributed byUniversal Film Manufacturing CompanyRelease date October 30, 1922 (1922-10-30) Running time50 minutesCountryUnited StatesLanguageSilent (English intertitles) Broad Dayl...

Wali Kota CimahiPetahanaDicky SaromiPenjabatsejak 22 Oktober 2023Pemerintah Kota CimahiMasa jabatan5 tahun, dapat diperpanjang sekaliPejabat perdanaItoc TochijaDibentuk2001; 21 tahun lalu (2001)WakilWakil Wali Kota CimahiSitus webcimahikota.go.id Wali Kota Cimahi adalah kepala pemerintah Kota Cimahi. Ia bertugas memegang pemerintahan bersama dengan wakilnya dan para anggota Dewan Perwakilan Rakyat Daerah. Daftar Berikut ini adalah daftar Wali Kota Cimahi yang pernah menjabat sejak d...

 

Aisi Deewangi Dekhi Nahi KahiHindiएेसी दीवानगी देखी नही कही GenreDrama RomantisPembuatDiamond PicturesSutradaraDharvan RajPengarah kreatifPalki MalhotraPemeranPranav Misshra Jyoti SharmaNegara asalIndiaBahasa asliHindi GujaratiJmlh. musim1Jmlh. episode181ProduksiProduserPiyush Gupta Jatin SethiLokasi produksiGujarat, IndiaPengaturan kameraMulti-cameraDurasi22 minutes approxRumah produksiDiamond PicturesDistributorZee Entertainment EnterprisesRilisJari...

 

PZL.37 Łoś, pesawat pengebom sedang milik Polandia. Mitsubishi G4M Betty, pesawat pengebom sedang milik Jepang. Pesawat pengebom sedang adalah jenis pesawat pembom yang membawa muatan bom sedang, sekitar satu hingga tiga ton. Pesawat jenis ini sudah pasti multi-mesin dan multi-kru. Di era antarperang, terdapat suatu periode dimana banyak pesawat-pesawat pengebom yang dibuat dengan desain monoplane streamline, memanfaatkan hasil riset dari pesawat komersial generasi terbaru agar bisa terbang...

株式会社えひめ飲料Ehime beverage Inc. 東京モノレールの車内から見えるポンジュースの看板(東京都大田区羽田旭町)種類 株式会社本社所在地 日本〒791-8603愛媛県松山市安城寺町478番地設立 2003年4月業種 食料品法人番号 2500001005202 事業内容 清涼飲料の製造および販売代表者 代表取締役社長 道上久司 代表取締役専務 芝亮介資本金 67億5,000万円売上高 166億1900万円(2023...

 

Heinrich Porges (1837-1900) Heinrich Porges (November 25, 1837 – November 17, 1900) was a Czech-Austrian choirmaster, music critic and writer of Jewish descent.[1] Life Heinrich Porges was born in Prague, the son of Simon Porges (1801–1869) and his wife Charlotte. He originally studied Philosophy and Law in Prague, later turning to music. In 1863 he became an assistant of the critic Franz Brendel in editing the Neue Zeitschrift für Musik in Leipzig. In 1867 he produced the arts p...

 

Tajik Stadium This article does not cite any sources. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: TALCO Arena – news · newspapers · books · scholar · JSTOR (May 2010) (Learn how and when to remove this template message) TALCO ArenaTALCO ArenaLocationTursunzade, TajikistanOwnerRegar-TadAZOperatorRegar-TadAZCapacity13,770Field size111 yards (101 m) by 74 yar...

This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: 46th Infantry Regiment United States – news · newspapers · books · scholar · JSTOR (December 2012) (Learn how and when to remove this template message) 46th Infantry RegimentCoat of armsActive1917–presentCountry United StatesBranch United State...

 

Citroën C3 (CC21) Citroën C3 (CC21) Marque Citroën Années de production 2022 - Classe Citadine polyvalente Usine(s) d’assemblage Tiruvallur Porto Real Châssis - Carrosserie Carrosserie(s) Citadine 5 portes Plate-forme CMP (Smart Car) Châssis Citroën C3 IV Dimensions Longueur 3 981 mm Largeur 1 733 mm Hauteur 1 604 mm Empattement 2 540 mm Volume du coffre 315 dm3 Chronologie des modèles Citroën C3 II (Amérique du Sud) modifier  La C...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!