Tailand qadın voleybol yığması — bu ölkənin ən populyar milli komandasıdır. Belə ki, dünyada voleybol populyarlığına görə basketbol və futboldan geri qalsa da Tailandda adı çəkilən idman növləri inkişaf etmədiyindən yerli xalqın bütün maraq dairəsi bu idman növünə çevrilib. Milli komandanın son illərdəki möhtəşəm çıxışları və 2013-cü ildə yaşanan Asiya çempionluğu yerli azərkeşləri çox sevindirib və onlar 2014-cü ildə keçiriləcək dünya çempionatında komandalarında daha böyük sensassiya gözləyirlər.