Tütünçəkmə — tütün yarpaqlarının tüstüsü ilə siqaret, qəlyan və b. şəklində istifadə edərək nəfəs alma, dünyada qarşısı alına bilinən əsas ölüm
səbəblərindən biri.
Əsas mahiyyəti
Böyüklər arasında o, hər on nəfərdən birinin
ölümünün səbəbidir. XX əsrdə tütün 100 milyon insanın ölümünə
səbəb olmuşdur. Təkcə 2005-ci ildə tütünün törətdiyi xəstəliklər
nəticəsində 5,4 milyon insan tələf olmuşdur. Tütün, ondan
mütəmadi şəkildə istifadə edənlərin, demək olar ki, yarısının ölümünə səbəb olur. Orta hesabla dünya əhalisinin 29%-i siqaret
çəkənlərdir. Siqaretçəkmə qadınlara nisbətən (10,3%) kişilər
arasında (47,5%) daha çox yayılmışdır.
İndiki tendensiyanın qalacağı halda 2030-cu ilədək
tütünçəkmədən ölənlərin sayının ildə 8 milyona çatacağı və XXI
əsrdə tütündən ümumilikdə 1 milyard insanın tələf olacağı
gözlənilir.
Dünyada 1 milyard siqaret çəkənin 80%-i gəlirləri aşağı və
orta səviyyədə olan ölkələrdə yaşayır. Əgər təcili tədbirlər
görülməzsə, 2030-cu ilədək tütünlə bağlı ölüm hallarının 80%-i
inkişaf edən ölkələrin payına düşəcək. Tütün məhsullarının yanması nəticəsində ətraf mühitə yayılan
tüstü ikincili tütün tüstüsü kimi tanınır. Qapalı şəraitdə tütün
tüstüsü hər tərəfə yayılır və onun zərərli təsirinə həm siqaret
çəkənlər, həm də çəkməyənlər məruz qalırlar. Bu, adətən, passiv
siqaretçəkmə adlandırılır.
Müəyyən olunmuşdur ki, tütün tüstüsündə 4000 zərərli
kimyəvi maddə var. Bu maddələr (qatran, mürəkkəb kimyəvi
maddələr, aromatizatorlar və s.) insanın orqanizminə zərərli təsir
göstərir. Tütün tüstüsündə olan nikotin və qarmin kimi psixoaktiv
maddələr mərkəzi sinir sistemini stimulyasiya edərək eyforiya
hissi yaradır və müvəqqəti olaraq yorğunluğu, yuxululuğu,
əzginliyi aradan qaldıraraq iş qabiliyyətinin və yaddaşın
yüksəlməsi effektini göstərir. Nəticədə yaranmış nikotindən
asılılıq tütünçəkmənin davam etməsinə gətirib çıxarır.
Passiv tütünçəkmə böyüklərdə bir çox ürək-damar və nəfəs
yolları xəstəliklərinin yaranmasına səbəb olur və bu da sonda
ölümə gətirib çıxara bilir.
Hesablamalara əsasən dünyada 700 milyon uşaq (dünyada
bütün uşaqların demək olar ki, yarısı) havada olan ikincili tütün
tüstüsü ilə nəfəs alır. Bu da uşaqlarda bir çox ciddi xəstəliklərin
yaranmasına və artıq mövcud olan xəstəliklərin (məsələn,
astmanın) ağırlaşmasına gətirib çıxarır.
İkincili tütün tüstüsü ayrı-ayrı insanların, müəssisələrin və
ümumilikdə cəmiyyətin iqtisadi xərclərinə təsir etməklə,
səhiyyənin birbaşa və dolayı xərcləri şəklində məhsuldarlıq
itkilərinə gətirib çıxarır. İkincili tütün tüstüsünün təsirinin
təhlükəsiz səviyyəsi mövcud deyil. Heç bir ventilyasiya, heç bir
filtr, hətta birlikdə istifadə olunduqda belə qapalı şəraitdə tüstünün
təsirini təhlükəsiz səviyyəyə endirə bilməz.
Tütünçəkmənin güclü vərdiş və hətta asılılığın formalarından
biri olmasına baxmayaraq milyonlarla insan bu təhlükədən qurtula
bilir.
XBT-10 ÜZRƏ TƏSNİFAT
F17 – Tütündən istifadə nəticəsində yaranan psixi və davranış pozuntuları
Tütünçəkmə səbəbindən yarana bilən xəstəliklər
Onkoloji xəstəliklər: tənəffüs, mədə-bağırsaq, sidik-cinsiyyət,
qan törədici sistemlərdə yüksək ehtimal ilə baş verə bilər.
Tütünçəkmə ağciyərlərdə xərçəng xəstəliyinin yaranmasının
əsas səbəbi hesab edilir. Ağciyər xərçəngindən ölən kişilərin 90%-
də, tütünçəkmə əsas amil sayılır. Aktiv tütün çəkənlərdə ağız
boşluğunun, dodağın, mədənin və onikibarmaq bağırsağın, sidikcinsiyyət
orqanlarının, qan törədici sisteminin xərçəng xəstəliyinin
yaranması riski artır.
Ürək-damar xəstəlikləri: ateroskleroz, beyin və ürək-damar
xəstəlikləri, qarın aortasının anevrizmasının inkişafı ehtimalı artır.
Tənəffüs yolları xəstəlikləri: ağciyərlərin xroniki obstruktiv
xəstəliyi, bronxit, pnevmoniya, uşaqlarda və böyüklərdə ağciyər
xəstəliklərinin yaranması ehtimalı artır.
Reproduktiv sağlamlıq: Siqaret çəkən qadınlarda fertillik
zəifləyir. Tütün tüstüsü ilə daxil olan zərərli maddələr həm hamilə
qadına, həm də bətnindəki dölə mənfi təsir göstərir. Tütün
tüstüsünün toksiki maddələri hamiləlik zamanı baş verən müxtəlif
fəsadların yaranması ehtimalını və dölün oksigen çatışmazlığına
gətirib çıxararaq onun bütün orqanlarında normal inkişafın
pozulması riskini artırır.
Tütün çəkən kişilərdə impotensiyanın yaranması ehtimalı
çəkməyənlərə nisbətən çoxdur.
Hamiləliyin ağırlaşmaları: vaxtından əvvəl doğuş, ciftin
vaxtından əvvəl ayrılması. Yenidoğulmuşlarda fəsadlar:
normadan aşağı çəkili yenidoğulmuşlar, ağciyərlərin tam inkişaf
etməməsi və qəflətən ölüm sindromu.
Digər xəstəliklər: kataraktlar, mədənin peptik xorası, immun
sisteminin zəifləməsi. Tütün çəkənin xarici görünüşü dəyişilir.
Tütünçəkmə dişlərin və dırnaqların saralmasına, saçların
tökülməsinə və qırışların yaranmasına gətirib çıxarır. Bəzən
insanlar səhv olaraq bədən çəkisinə tütün çəkməklə nəzarət etməyi
düşünürlər.
Tütünçəkmədən imtina etməyin üstünlükləri
Tütünçəkmə nəticəsində əmələ gələn bir çox xəstəliklərin
yaranma riski tütünçəkmədən imtina etdikdən sonra azalır.
Xəstəliklərin yaranmasına görə fərdi risk tütünçəkmənin
müddətindən, intensivliyindən və xəstəliyin tütünçəkmə zamanı
olub-olmamağından asılıdır (cədvəl 1-ə bax).
Beləliklə, tütünçəkmədən imtina etməyə sövq etmək, xüsusilə
də siqaret çəkməyə yeni başlayan insanlarda bu zərərli vərdişin
yan təsirlərinin aradan qaldırılması üçün çox vacibdir. Tütün
çəkən insanların səhhətində narahatlıq olmadığına görə
tütünçəkmə nəticəsində yaranan xəstəliklərin özünü büruzə
verməsinə qədər uzun müddət keçə bilər ki, bu səbəbdən də onlar
səhiyyə xidmətlərinə çox az və ya artıq gec olduqda müraciət
edirlər. Beləliklə, tibb işçisi bütün mümkün olan yollarla insanları
tütünçəkmədən imtina etməyə sövq etməlidir.[1]
Qeydlər
Aktiv tütünçəkmə — qurudulmuş və ya emal edilmiş közərən
tütün yarpaqlarının tüstüsünün (əksər hallarda siqaretçəkmə
vasitəsilə) nəfəs yolları ilə qəbul edilməsidir.
Passiv tütünçəkmə — ətrafa yayılan tütün tüstüsünün nəfəs
yolları ilə qəbul edilməsidir.
Nikotindən asılılıq sindromu — davranış, dərketmə və fizioloji
simptomlar kompleksi olub, nikotinin təkrar qəbulundan sonra
yaranır və adətən, təkrar olaraq qəbuletmə istəyini (tələbini)
yaradır. Nikotinin qəbuluna nəzarətin çətinləşməsi həmin
maddənin zərərli/öldürücü təsirinə malik olmasına baxmayaraq
nikotinin davamlı qəbul edilməsinə, nikotinin dozasının yol
verilən həddinin artmasına və bəzən abstinensiya vəziyyətinin
yaranmasına gətirib çıxarır (XBT-10, 221-ci səhifə).
Xarici keçidlər
1.Tütünçəkmə
2.İkincili tütünçəkmə barədə 10 fakt [ölü keçid]
İstinadlar