Film məşhur pambıqçı, Sosialist Əməyi Qəhrəmanı Sərdar İmrəliyevə həsr olunmuşdur.
Tanınmış mexanizator öz briqadası ilə artıq neçə illərdir ki, maşınla pambıq yığımı üzrə dövlət planlarını dalbadal yerinə yetirir.
Filmin müəlifləri onun əmək həyatından faktlar götürmüş və belə bir suala cavab verməyə çalışmışlar. Sərdar hansı yollarla müvəffəqiyyətlərə nail olmuşdur? Onun istehsalat sirri nədən ibarətdir?
Filmdə bizim müasirlərimizin parlaq, yaddaqalan obrazı yaradılmışdır.