System of a Down (SOAD) — 1992-ci ildə Los-Ancelesdə Serj Tankyan və Daron Malakyan tərəfindən "Soil" adı ilə yaradılmış, 1995-ci ildə isə indikini adını almış hevi-metal qrupu. 2006-cı ildə "B. Y. O. B" mahnısı ilə, "Ən yaxşı Hard Rok Performansı" nominasiyası üzrə Qremmi mükafatı qazanıb. Eyni ildə dağılan qrup üzvləri, 2010-cu ildə yenidən bir araya gəlib.