Soçi Avtodrom

YerSirius qəsəbəsi, Krasnodar diyarı, Rusiya
Uzunluğu5.848[1] km
Künc/Tərəf18
Dövrə rekordu1:31.304 (Lyuis Hemilton, Mercedes, 2020)

Soçi Avtodrom (rus. Сочи Автодром) — Rusiyanın Krasnodar diyarının Sirius qəsəbəsindəki avtomobil yarışları üçün yarış treki.[2]

Soçi Olimpiya Parkının ərazisindəki İmeretin ovalığında yerləşir.[3] 2014 Qış Olimpiya Oyunlarının Olimpiya parkı ətrafında trek ideyası Sidneydəki Olimpiya parkı ətrafındakı Jil Vilnyov adın avtodromuHomebush Street Circuit trassasına bənzəyir. İl boyu fəaliyyət göstərir.

Tarixi

2010-cu il oktyabrın 14-də Rusiya Federasiyası Hökumətinin dəstəyi və Vladimir Putinin iştirakı ilə Soçi şəhərində "Sentr "Omeqa"" və "Formula One Management" (FOM) qrupunun şirkətləri arasında Formula-1 Rusiya Qran-prisi yarışının təşkili ilə bağlı saziş imzalandı. Müqavilə yeddi illik nəzərdə tutulmuşdur və yenilənməsi mümkün idi. 28 oktyabr 2010-cu ildə "Sentr "Omeqa"" şirkəti "Tilke Gmbh & Co. KG" şirkəti ilə trassanın layihələşdirilməsi üçün müqavilə imzaladı. Trassanın tikintisinə federal mənbələrdən 5,8 milyard rubl ayrılıb.[4] Obyektin tikintisi üçün məsul icraçı qismində ""Omeqa" Krasnodar diyarının tikinti kompleksinin texnologiyalarının ötürülməsi mərkəzi" çıxış etdi.[5]

17 iyul 2011-ci ildə Rusiyada avtoidmanın populyarlaşdırılması üçün "Formula Soçi 2011" adlı yarış festivalı təşkil edildi, həmin avtoşouda üç Formula 1 komandası iştirak etdi: "Red Bull Racing", "Renault" və "Marussia Virgin Racing".

2013-cü il fevralın 4-də Formula 1-in rəhbəri Berni Ekklstoun "kral yarışları" trekinin inşasının gedişatını qiymətləndirmək üçün Soçiyə səfər etdi.

30 may 2014-cü il tarixində Formula 1 Rusiya Qran-prisinin promouteri "Soçi Avtodrom" brendini təqdim etdi və rəsmi bilet satış kanalına çevrilən "sochiautodrom.ru" saytını istifadəyə verdi. 19 avqust 2014-cü il tarixində Formula 1 yarış direktoru və FİA-nın təhlükəsizlik üzrə deleqatı Çarli Vaytinqin başçılıq etdiyi Beynəlxalq Avtomobil Federasiyasının (FIA) nümayəndə heyəti məkanın yarışlara hazırlığını qiymətləndirmək üçün Soçi Avtodroma baş çəkdi. Komissiya əsaslı yoxlamadan sonra avtodromun beynəlxalq avtomobil yarışlarına ev sahibliyi etməyə hazır olduğunu bəyan etdilər. 11 sentyabr 2014-cü il tarixində avtodromun tikintisinin başa çatması münasibətilə landşaft kompozisiyasının açılışı baş tutdu.

2014-cü il sentyabrın 13-14-də Soçi avtodromu tarixində ilk yarışa ev sahibliyi etdi. Bu, Rusiya tarixində Formula 1 üzrə dünya çempionatının ilk Qran Prisi ərəfəsində trasın və avtodromun bütün xidmətlərinin sınaqdan keçirilməsi məqsədini daşıyan Rusiya dövrə yarışlarının seriyasının bir mərhələsi idi.[6]

Rəsmi olaraq, trek yalnız 20 sentyabr 2014-cü ildə açıldı.[7][8]

10-12 oktyabr 2014-cü il tarixlərində yeddi illik müqavilə əsasında keçirilən Rusiya Qran Prisinin ilk yarışı keçirildi.[9][10] Beynəlxalq Avtomobil Federasiyasının illik Baş Assambleyasında Formula-1 çempionatları arasında 2014-cü il Rusiya Qran Prisi ən yaxşısı seçildi.[11]

2015-ci ildə Rusiya tarixində ilk dəfə olaraq "Rezept-Sport Wheelchair" adlı beynəlxalq əlil arabası yarışı baş tutdu.

İstinadlar

  1. FIA. "Circuit Map" (ingilis). 2016-04-27. 2016-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-30.
  2. "Soçi Avtodromun rəsmi saytı". 2014-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.
  3. Как выглядит трасса Формулы-1 «Сочи Автодром» Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine.
  4. Elizalde, Pablo. "Russia to spend $200m on F1 track". Autosport.com. Haymarket Publications. 26 Ocotber 2011. 19 December 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 April 2012. (ing.)
  5. "OMEGA". OMEGA (Developer). 2014-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 Ocotber 2011.
  6. "Репортаж 1-го канала с самых первых соревнований, состоявшихся на «Сочи Автодроме»". 2020-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-10.
  7. "Состоялось торжественное открытие «Сочи Автодрома»". 2014-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-10.
  8. "Состоялось торжественное открытие «Сочи Автодрома»". ИТАР-ТАСС. 2014-09-20. 2014-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-10.
  9. "В СОЧИ ЗАВЕРШИЛСЯ ГРАН-ПРИ РОССИИ «ФОРМУЛЫ-1»". 2015-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-10.
  10. Collantine, Keith. "Russia to join F1 calendar in 2014". F1 Fanatic. Keith Collantine. 14 October 2010. 17 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 June 2011.
  11. "Гран-при России 2014 года признан лучшим в Чемпионате Формулы 1". 2016-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-10.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!