2014 Qış Olimpiya Oyunları,rəsmi adı ilə XXII Olympic Winter Games (Rus dilində: XXII Олимпийские зимние игры, Latın qrafikası ilə: XXII Olimpiyskiye zimniye igry), ümumiyyətcə Soçi 2014 kimi bilinən (Rus dilində:Сочи 2014) adı ilə, 7 - 23 Fevral 2014 aralarında Soçi, Krasnodar diyarında Rusiyada keçirilmiş beynəlxalq multi-idman tədbiri idi. Açılış turları 6 Fevral 2014 tarixində keçirilmişdi, açılış mərasimindən bir gün əvvəl.
Bu, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Tomas Baxın sədrliyi ilə keçirilən ilk Olimpiya Oyunları idi. Həm Olimpiada, həm də Paralimpiya oyunları Soçi Təşkilat Komitəsi (STK) tərəfindən təşkil edilib. Soçi 2007-ci ilin iyulunda Qvatemala şəhərində keçirilən BOK-un 119-cu Sessiyası zamanı ev sahibi şəhər kimi seçilib. Bu, 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra MDB dövlətində keçirilən ilk Olimpiada idi. Sovet İttifaqı əvvəllər 1980-ci ildə Moskvada Yay Olimpiya Oyunlarına ev sahibliyi edən ölkə idi.
İstinadlar
Xarici keçidlər