Sonsuz düyüm

Sonsuz düyüm və ya daimi düyüm xüsusilə Tibet, Monqolistan, Tıva, Kalmıkiya, Buryatiya kimi Tibet Buddizminin təsirə malik olduğu ərazilərdə mühüm mədəni simvoldur.

Mənası

Buddizmdə sonsuz düyüm kəsişərək düzbucaqlar əmələ gətirən xətlərdən ibarət qapalı, qrafik ornamentdir. Bu işarənin əvvəli və ya sonunun olmaması Buddanın sonsuz müdrikliyini və mərhəmətini təcəssüm etdirir. Bu simvol əbədiyyəti mövcudluğun əsas reallığı olaraq göstərir. Xətlərin kəsişməsi bütün hadisələrin bir-birləri ilə səbəb və nəticə əlaqəsi kimi güclü bir əlaqə ilə bağlı olmasını təmsil edir. İşarədə heç bir boşluq olmadan bütün kompozisiyanın qapalı olması sadəliyin və tamamilə tarazlaşdırılmış ahəngdarlığının təsviri formasıdır.

Həmçinin bax

İstinadlar

[1] Arxivləşdirilib 2015-02-06 at the Wayback Machine

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!