İn və Yan

İn və Yan

İn və Yan — qədim Çin təbii fəlsəfəsinin əsas anlayışları.

İn Yan Taoizmdə işlədilən ən tanınmış anlayışlardan biridir. Bu, bir arada bütövlüyü tamamlayan iki hissədir. İn sözü "kölgəli tərəf", Yan sözü isə "günəşli tərəf" mənasını verir. İn Yan bütövlüyü formalaşdıran ikilik anlayışıdır. İn Yanın simvolu Taicitu adlanır. Bir çox insan onu sadəcə İn və Yan adlandırır. Taicitu simvolu çox qədimdən yaradılmış və illər keçdikcə Taoizmin simvoluna çevrilmişdir.

İn və Yan prinsipləri

Hər şey iki qütblüdür və bir-birinə əksdir

Hər şeyin bir-birindən ayrılmaz iki əks qütbü vardır. İn və Yan qütbü. Harda İn və Yan qütbləşməsi meydana çıxarsa orda hərəkət başlayar. "Bir" heçlikdən gəlir, "iki" isə birdən yaranır. Qalan hər şey isə "iki"nin, yəni İn və Yanın tükənməyən, dəyişən və dönüşən əlaqəsinin məhsulu olaraq meydana gəlir. Əks qütblər elektrik axını, cəzb etmə və itələmə qüvvələrini də yaradır.

Hər bir qütb daxilində mütləq öz əksini ehtiva edir

Bir qütbün hakimiyyətinin ən güclü olduğu yerdə əks qütb özünü büruzə verməyə başlayır. Sualın cavabı, sevginin nifrəti, hərəkətsizliyin hərəkəti, müdafiənin hücumu özündə ehtiva etməsi buna misaldır. Taicitu və ya İn Yan simvolunun içindəki balaca əks rəngli dairələr bu xüsusiyyəti əks etdirir.

Qütblərin bağlılıq əlaqəsi

Əks qütblərdən biri digəri olmadan müstəqil mövcud ola bilməz. Gecə olmadığı müddətcə gündüz də yoxdur və əksinə. Qütblər müstəqil vahid kimi götürülə bilməz. Şərq tibbində bədən və ruhi vəziyyət ayrı tutulmur. Hər orqan əsas ruhi vəziyyəti də təmsil edir. Orqanın özü İn, funksiyası isə Yandır. Hər ruhi vəziyyət onunla əlaqəli orqanın vəziyyəti ilə yaxından əlaqəldir.

Bir qütbün digərinə çevrilə bilməsi

Əks qütblər bir-birinə çevrilə bilən quruluşdadır. İn Yana və Yan da İnə dönüşə bilər. Bu, bitməyən sonsuz hərəkəti labüd hala gətirir. Qış yaya, payız bahara, qaranlıq aydınlığa çevrilir və bu hərəkətlilik davam edir.

Yaradan-məhv edən və ya dəstəkləyən-məhdudlaşdıran əlaqəsi

Qütblər bir-birini yaratdığı, dəstəklədiyi kimi eyni şəkildə məhv edən, məhdudlaşdıran əlaqəsində də ola bilərlər. Buna misal olaraq bir şamı göstərmək olar. Yanmaqda olan ip və parafin alovu təmin edir. Alov isə bu ikisini məhv edir. Sonda ip və ya mum bitdikdə alov da bitəcək.

Qütb öz daxilində alt qütbünü ehtiva edir

Hər İn və Yan öz alt İn və Yan qütblərindən əmələ gəlir. Mikro quruluş makronun, makro quruluş isə mikro quruluşunun ayrılmaz parçalarıdır.

Həmçinin bax

İstinadlar

[1]

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!