Q. Qeybullayev, Qafqaz Albaniyası ərasizində müxtəlif formalarda bir neçə dəfə istifadə edilənSisakan, Şəki, Sakaşen/Şakaşen, Kusakan və Arsak toponimlərini həmin ərazilərdə yaşamış sak tayfasının adı ilə əlaqələndirir.[3] Eyni zamanda, akademik N.Y.Marr da Sisakan toponimində sak etnoniminin olduğunu qeyd edir.[4]
Coğrafiyası
Sisakan-i-Kotak havarı Arsak vilayətinin cənubunda yerləşirdi. Havar, cənub-qərbdən Sünik vilayətinin Kovsakan havarı, qərbdən Sünik vilayətinin Baxk havarı, mial-qərbdən Sünik vilayətinin Haband havarı, şimaldan Arsak vilayətinin Myus-Haband havarı, şimal-şərqdən Arsak vilayətinin Paçkank havarı, şərqdə Paytakaran vilayətinin Vardanakert havarı, cənubdan isə Paytakaran vilayətinin Alevan havarı ilə sərhədlənirdi.[2]
Sisakan-i-Kotak havarının cənub və cənub-şərq sərhədləri Araz çayı boyunca, şimal şərq sərhəddi isə İşxanaget çayı (müasir adı Quruçay) boyunca keçirdi.[2]
Sisakan-i-Kotak, Haband və Myus-Haband havarlarının ərazilərinin kəsişdiyi yerdə Dizapayt dağı (müasir adı Ziyarət dağı) və Katarovəng monastırı yerləşirdi.[2]
İstinadlar
↑Каланкатуаци, Мовсес. История страны Алуанк (Перевод с древнеармянского Ш.В.Смбатяна). Ереван: Институт древних рукописей им. Маштоца – Матенадаран. 1984. 2020-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.
Вслед за этим он (Вачаган III Благочестивый) повелел жителям Арцаха, страны труднодоступной, находящейся под его властью, оставить обряды идолопоклонства и жертвоприношения, и поклонения скверным идолам.
↑ 1234Հակոբյան, Թադևոս. Հայաստանի պատմական աշխարհագրություն. İrəvan: İrəvan Dövlət Universiteti. 2007. səh. 241-242. (#accessdate_missing_url)